
Xəbərlər
8.01.2023, 21:48
DÜNƏN də, BUGÜN də, SABAH da... Mən - özüməm
DÜNƏN də, BUGÜN də, SABAH da...
Mən - özüməm
Kim deyər mənə əsir,
Axşam evə tələsir,
Səhər qaçıram işə,
Bağlıyam bu vərdişə.
Gələndə şənbə-bazar,
Oluram şair, yazar.
Qoşuram sözü-zözə,
Yaratmıram möcüzə.
Necə olum narazı?
Haqq verir çoxu, azı.
Olduğuna bərəkət,
İşim – ancaq hərəkət.
Açılıb yeni sabah,
Min şükür sənə Allah!
Əlim işdə, duada,
Günü vermirəm bada.
Yanan olsa, su mənəm,
Ocaq, kölgə - bu, mənəm.
Hər günüm yeni əsər,
Mən – özüməm, müxtəsər.
8 yanvar 2023-cü il
Mən - özüməm
Kim deyər mənə əsir,
Axşam evə tələsir,
Səhər qaçıram işə,
Bağlıyam bu vərdişə.
Gələndə şənbə-bazar,
Oluram şair, yazar.
Qoşuram sözü-zözə,
Yaratmıram möcüzə.
Necə olum narazı?
Haqq verir çoxu, azı.
Olduğuna bərəkət,
İşim – ancaq hərəkət.
Açılıb yeni sabah,
Min şükür sənə Allah!
Əlim işdə, duada,
Günü vermirəm bada.
Yanan olsa, su mənəm,
Ocaq, kölgə - bu, mənəm.
Hər günüm yeni əsər,
Mən – özüməm, müxtəsər.
8 yanvar 2023-cü il
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay










