Xəbərlər
23.10.2026, 22:03
Bir şəhidin adını daşıyan balaca Səlimdən geriyə acı xatirələr qaldı…
Şamaxıda 7 yaşlı uşağın faciəli ölümü hər kəsi kədərə boğub.
Birinci Qarabağ müharibəsində Vətən uğrunda canından keçən Səmiyev Səlim Qəndalı oğlu 1994-cü il yanvarın 4-də Ağdam rayonunda şəhid olub.
İllər sonra şəhidin qardaşı oğlu Elşən öz oğluna əmisinin adını verib. Beləcə, balaca Səlim təkcə bir adın deyil, həm də şəhid əmisinin əziz xatirəsinin daşıyıcısı olub.
Amma həyatın yazdığı acı tale bu ailəni yenidən ağır itki ilə üz-üzə qoyub. Şəhidin adını daşıyan, onun qardaşı nəvəsi olan 7 yaşlı Səmiyev Səlim Elşən oğlu bir neçə gün əvvəl bədbəxt hadisə nəticəsində həyatını itirib.
Vətən uğrunda canını fəda edən Səlimin adı illər sonra balaca bir ürəkdə yaşamağa davam edirdi… İndi isə o adın ətrafında daha bir böyük kədər, yarımçıq qalan bir uşaqlıq və ailənin heç vaxt unuda bilməyəcəyi bir həsrət var.
Turaztv.az və Shamaxi.ws olaraq mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyirik.
Allah şəhid Səlimə və balaca Səlimə rəhmət eləsin. Hər ikisinin məkanı cənnət olsun! Amin!
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay








