Novruzəli Aslanov
Milli Məclisin deputatı

“Azərbaycanla Özbəkistanı birləşdirən tarixi, mədəni və mənəvi bağlar ölkələrimiz arasında münasibətlərin təməlini təşkil edir. Lakin müasir dövlətlərarası əlaqələrin davamlılığı üçün yalnız ortaq keçmişə istinad etmək kifayət deyil. Bu yaxınlığın gələcəyə daşınması, yeni əməkdaşlıq mexanizmləri ilə möhkəmləndirilməsi lazımdır. Azərbaycan Prezidenti İlham Əliyevin Daşkənddə mətbuata bəyanatı iki qardaş ölkə arasında münasibətlərin hansı dəyərlər üzərində qurulduğunu və bu əlaqələrin gələcəkdə hansı istiqamətlərdə inkişaf edəcəyini aydın şəkildə göstərdi. Bu münasibətlər haqqında danışarkən yalnız siyasi dialoqu və qarşılıqlı səfərləri xatırlamaq kifayət deyil. Azərbaycan-Özbəkistan əlaqələrinin fərqləndirici cəhəti ondan ibarətdir ki, siyasi iradə artıq konkret layihələrə, iqtisadi təşəbbüslərə və xalqların həyatında görünən nəticələrə çevrilir.”

Bu ifadələr Milli Məclisin deputatı Novruzəli Aslanovun aia.az-a verdiyi açıqlamada yer alıb.

Millət vəkili bildirib ki, son illər iki ölkə arasında siyasi dialoqun intensivləşməsi dövlət başçıları arasında qarşılıqlı etimadın yüksək səviyyədə olduğunu göstərən mühüm məqamlardan biridir: “Bu etimad münasibətlərin bütün istiqamətlərinə müsbət təsir göstərir. Ali Dövlətlərarası Şuranın yaradılması və onun artıq üçüncü iclasının keçirilməsi də siyasi əlaqələrin institusional əsaslarının möhkəmləndiyini nümayiş etdirir. Belə mexanizmlər qəbul olunan qərarların ardıcıl icrasına, yeni təşəbbüslərin əlaqələndirilməsinə və əməkdaşlığın konkret nəticələr üzrə qiymətləndirilməsinə imkan yaradır. Əslində, Azərbaycan–Özbəkistan münasibətlərinin bugünkü səviyyəsinin əsas üstünlüyü məhz burada görünür: tərəflər münasibətləri yalnız yüksək səviyyəli bəyanatlarla məhdudlaşdırmır, onları daimi fəaliyyət mexanizmləri ilə təmin edirlər. Daşkənddə imzalanan sənədlər də bu prosesin davamıdır. Müxtəlif sahələri əhatə edən yeni razılaşmalar əməkdaşlığın hüquqi bazasını genişləndirir və gələcək layihələrin həyata keçirilməsi üçün əlavə imkanlar yaradır. İqtisadi münasibətlər bu əməkdaşlığın ən mühüm dayaqlarından biridir. Qarşılıqlı investisiyaların artırılması, birgə müəssisələrin yaradılması, ticarət əlaqələrinin genişləndirilməsi iki ölkənin iqtisadi potensialını birləşdirir. Xüsusilə ticarət dövriyyəsinin 2030-cu ilədək 1 milyard dollara çatdırılması hədəfi iqtisadi əlaqələrin qarşısında konkret vəzifələr qoyur. Bu məqsədə çatmaq üçün biznes dairələri arasında təmasların artırılması, yeni məhsulların bazarlara çıxarılması və investisiya layihələrinin genişləndirilməsi mühüm əhəmiyyət daşıyır. Azərbaycan-Özbəkistan əməkdaşlığında sənaye sahəsi də xüsusi perspektivlər vəd edir. Birgə istehsal layihələri hər iki ölkənin daxili bazarlarını təmin etməklə yanaşı, onların regional bazarlara çıxış imkanlarını da genişləndirə bilər. Lakin iki ölkə arasındakı münasibətlərin gücünü yalnız iqtisadi göstəricilərlə ölçmək düzgün olmazdı. Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Özbəkistanın həyata keçirdiyi layihələr qardaşlığın mənəvi tərəfini nümayiş etdirir. Füzulidə Mirzə Uluqbəy adına məktəbin tikilməsi bu baxımdan xüsusi məna daşıyır. Qarabağın yenidən qurulması prosesinə qardaş ölkənin qoşulması Azərbaycan xalqının yaddaşında uzun müddət qalacaq bir həmrəylik nümunəsidir. Bu addımın başqa bir əhəmiyyəti də ondan ibarətdir ki, Özbəkistanın Qarabağda iştirakı Azərbaycanın Böyük Qayıdış siyasətinə verilən praktiki dəstəkdir. İşğaldan azad edilmiş ərazilərdə məktəb, yaşayış məntəqəsi, istehsal müəssisəsi və digər obyektlərin yaradılması həmin torpaqlarda həyatın yenidən qurulmasına xidmət edir. Beləliklə, Azərbaycan-Özbəkistan dostluğu bütün sahələrdə sözlərdən çox real nəticələrlə ifadə olunur” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.

Son xəbərlər

Lilpar Cəmşidqızı : QƏZƏL

Novruzəli Aslanov: “Daşkənddə imzalanan sənədlər Azərbaycan-Özbəkistan əməkdaşlığının hüquqi bazasını genişləndirir”

Ali məktəblərin boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlanıb

Yeni tədris ili üzrə 44 mindən çox uşaq bağçalara qəbul olub

Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar - YENİLƏNİB

Direktor müavinlərinin işə qəbulu üzrə elektron qeydiyyat başlayıb

Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə "ABB Davr" Bank layihəsinin açılışı olub

Azərbaycan ilə Özbəkistanın prezidentləri və birinci xanımları Buxarada İsmayıl Samani türbəsi ilə tanış olublar

Arvadı intihar deyirdi, polis qətl olduğunu müəyyən etdi

Bakıda 36, rayonlarda 40 dərəcəyədək isti gözlənilir

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Sürəti gözümdə bitən qardaşım - FOTO

Şəki sakinləri Bakıda dənizdə batdılar

KİMİ ALDADIRSAN, AY ZALIM OĞLU?

Prezidentlə xanımı İsmayıl Samani türbəsi ilə tanış oldu

Tarixin ən böyük maliyyə hücumu - “Dan yeri söküləndə...”

Qaraciyəri fibroz və sirrozdan qoruyan möcüzəvi içki

İmişlidə toyda faciə - 25 yaşlı oğlan qəfil öldü

UKMTO: Səudiyyə Ərəbistanı sahillərində tanker vurulub

Hikmət Hacıyev Buxaradan paylaşım edib

İlham Əliyev Volodimir Zelenskini Ukraynanın müstəqilliyinin 35 illiyi münasibətilə təbrik edib

Bu il 111 minə yaxın pensiya, müavinət və təqaüd təyinatı proaktiv qaydada verilib

AVRO-2026: Azərbaycanın qadın voleybolçuları bu gün Rumıniya ilə qarşılaşacaq

Mədəniyyət Nazirliyi Tofiq Bakıxanovun vəfatı ilə bağlı nekroloq yayıb

"Mossad" rəhbəri nazirlə gizli şəkildə görüşdü - SƏBƏB

Bu məhsulları dondurucuda saxlamayın

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31