“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”

SƏN ALLAHINLA OL, ALLAH ÖZÜ SƏNİN İŞİNİ DÜZƏLDƏCƏK...
VƏ BİRDƏ...,
Məsuliyyət,peşəkarlıq və insani vicdan varsa,hər şeyi düzəltmək olar.


Deyir: “Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”
Bu fikrin, bu deyimin inamdan və imandan gəldiyini hamımız çox yaxşı bilirik. Amma bəzən elə olur ki, insanın eşitdiyi bircə cümlə belə onun daxilində böyük bir rahatlıq yaradır. O rahatlığın içində bir daha sidq-ürəklə Allahına şükür edirsən. Biz insan olaraq onsuz da hər bir halda Allahımıza şüküranıq. Sadəcə, bəzi anlarda bu şükürün mənası, insanın qəlbində yaratdığı rahatlıq daha dərindən duyulur.
Təxminən iki il bundan əvvəl nəvəmin fiziki olaraq görmə qabiliyyətinin zəiflədiyini hiss etdik. Bununla bağlı müəyyən addımlar atdıq. Düşündük ki, bəlkə eynək taxmaqla bu problem aradan qalxar. Amma sonradan məlum oldu ki, adi naşılıqdan, məsuliyyətsizlikdən irəli gələn yanlış müayinə nəticəsində nəvəmə eynək də səhv təyin olunubmuş.

Nəvənin gözlərinin tam müayinəsi və müalicəsi üçün tanış adamlara müraciət etdik. Düşündük ki, bəlkə onların tanıdığı, öz işinin və peşəsinin məsuliyyətini dərk edən, bu sahədə peşəkar, eyni zamanda insan kimi vicdanlı bir mütəxəssis tapmaq mümkün olar.

Aygün xanım Rəhimzadənin adını məsləhət gördülər və əlaqə telefonunu verdilər.
Elə ilk telefon danışığımızdan xoş qarşılandığımızı hiss etdik. İş yerini, ünvanı öyrəndik. “Batıgöz” Klinik Hospitalı olduğunu bildik. Klinikaya gedib qəbul yazıldıq və Aygün həkimlə görüşdük. Nəvəmin görmə qabiliyyətinin zəifləməsi ilə bağlı bütün narahatlıqlarımızı ona danışdıq.
Aygün həkim onunla çalışan əməkdaşlara bütün lazımi tapşırıq və tövsiyələrini verdi. Nəvəmi beynəlxalq standartlara cavab verən müasir avadanlıqlarla hərtərəfli müayinə etdirdi. Sonra da öz savadına, təcrübəsinə və peşəkarlığına uyğun şəkildə bizi məlumatlandırdı. Müəyyən prosedurlardan sonra ilk əməliyyat gününü də təyin etdi.

Amma bir məsələ də var idi...

Təxminən bir həftə əvvəlcədən bilirdik ki, həmin gün digər nəvəmin Vətən qarşısında hərbi xidmət borcunu yerinə yetirməsi münasibətilə andiçmə mərasimi keçiriləcək.

Heç kimə narahatlığımızı hiss etdirmədən, həmin gün günorta saatlarında nəvəmin göz əməliyyatını etdirdik. Gün ərzində bir tərəfdən əməliyyatın yaratdığı narahatlığı yaşayan, digər tərəfdən isə axşam saatlarında hərbi andiçmə mərasiminə getməyə hazırlaşan bir ailə olaraq yola düşdük.
Gün ərzində yaranan fiziki yorğunluq, ictimai nəqliyyatda uzaq yol getməyin gətirdiyi narahatlıq, yolun uzunluğu... Bütün bunlara baxmayaraq, yaxşı insanların, öz peşəsinə insan və həkim kimi vicdanla yanaşan insanların sayəsində qəlb rahatlığım sanki canımdakı bütün ağrını, yorğunluğu çıxarıb aparırdı.

Qarşıda başqa bir sevinc vardı.

Yol boyu saatıma baxa-baxa, oturduğum yerdən gecənin qaranlığında uzaqdan-yaxından sayrışan kənd, şəhər və qəsəbə işıqlarını seyr edə-edə səhərin açılmasını gözləyirdim. Hər dəfə o işıqlara baxanda düşünürdüm ki, bu torpaqlarda bu gün rahat yol getməyimiz, gecənin qaranlığında bu işıqları seyr etməyimiz şəhid balalarımızın qanı, canı bahasına qazanılmış ərazi bütövlüyümüzün bir nemətidir.
Və mən ruhən rahatlıq tapırdım...
Respublikamızın axarlı-baxarlı, özünəməxsus təbiəti və dəyərli insanları ilə seçilən dilbər guşələrindən biri olan rayonumuzun yolları ilə nəvəmin xidmət etdiyi hərbi hissəyə doğru gedirdik.
Əslində, bu mənim ilk hərbi andiçmə mərasimim deyildi. Özümün, oğlanlarımın, eləcə də cəmi bir il əvvəl digər nəvəmin hərbi andiçmə mərasimində iştirak etmişdim. Ona görə də təxminən nə ilə qarşılaşacağımı bilirdim.
Amma bu dəfə gördüklərim məni daha çox heyrətləndirdi.
Tədbirin proqramı dəyişməsə də, əsgərlərə və onların yanına gələn valideynlərə göstərilən diqqət və sayğı məndə çox xoş təəssürat yaratdı. Hələ Aygün həkimin mənə yaşatdığı sevincin təsirindən tam çıxmamışdım ki, hərbi hissədə gördüklərim məni bir qədər də ruhlandırdı.
Ölkəmizdə müxtəlif sosial, iqtisadi və digər sahələrdə müəyyən çatışmazlıqlar olsa da, içimdən belə bir fikir keçdi:
Deməli, hər şeyi düzəltmək olar!
Bunun üçün məsul olan şəxsdə, ilk növbədə, məsuliyyət, peşəkarlıq və insani vicdan olmalıdır.
Çünki insan öz işinə vicdanla yanaşanda, tutduğu vəzifəyə məsuliyyətlə yanaşanda, qarşısındakı insana insan kimi münasibət göstərəndə gördüyü işin nəticəsi də tamam başqa olur.
Həmin gün bunu həm bir həkimin timsalında, həm də hərbi hissədə bir daha gördüm.
Çox təmtəraqlı və eyni zamanda çox rahat, səliqəli şəraitdə, şəhidlərimizin ruhuna bir dəqiqəlik sükutla ehtiram göstərilərək, Dövlət Himnimizin sədaları altında hərbi andiçmə mərasimi keçirildi.

Sonra valideynlər öz övladları ilə görüşdülər. Saat 17:00-dək rayonun müxtəlif görməli yerlərində yaddaqalan, gözəl bir istirahət vaxtı keçirdilər.
Bütün bunlar, gün ərzində yaşadığımız fiziki yorğunluğa baxmayaraq, bizə böyük bir mənəvi rahatlıq və sevinc bəxş etdi.
Sonda mənə və ailə üzvlərimə bu xoş dəqiqələri yaşadan, bu sevincin yaranmasında birbaşa zəhməti və əziyyəti olan Aygün həkimə, eləcə də N saylı hərbi hissənin rəhbərliyinə və şəxsi heyətinə səmimi qəlbdən təşəkkür edirəm.
İnsanın işini vicdanla görməsi, öz peşəsinə məsuliyyətlə yanaşması, qarşısındakı insana hörmət və diqqət göstərməsi bəzən bir ailənin qəlbində böyük bir rahatlığa, böyük bir minnətdarlığa çevrilir.
Ona görə də yazının əvvəlində dediyim o kəlməni bir daha xatırlayıram:
“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”
Allah sizi qorusun, gözəl insanlar!
Allah həkimlərimizə can sağlığı, əsgərlərimizə qüvvət, şəhidlərimizə rəhmət, qazilərimizə şəfa versin!
Allah Vətənimizi, dövlətimizi və xalqımızı qorusun!


Böyük sevinc hissi ilə,
Elxas Comərd,
AYB-nin üzvü,Şair-publisist.

Son xəbərlər

Super Liqa: “Beşiktaş” məğlub olub, “Trabzonspor” evində 3 xal qazanıb

Şəmkir və Qəbələ şəhid ailələri bir arada - FOTOLAR

40 dərəcə isti olacaq - Həftənin ilk iş gününün HAVASI

“Sən Allahınla ol, Allah özü sənin işini düzəldəcək...”

"Odisseya" rekord qırdı

Hazal Kaya “Uzak şehir”dən imtina etdi

“Hacıqabulda ikinci zavod tikilir” - Prezident

“Bütün bu işlərin necə böyük zövqlə görüldüyünün şahidi olmuşam”

Məlahət Behbudqızı ✍️ : Olacaq

" Ruhların tənhalığı "

Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub

Azərbaycanın sərbəst güləşçiləri dünya çempionatının son günündə iki medal qazanıblar

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində 3 qızıl medal qazanıb

Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli

Prezident: Ən səmərəli və nəticəyönümlü fond məhz Özbəkistan-Azərbaycan İnvestisiya Fondudur

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin reallaşdırılması istiqamətində işlər fəal şəkildə davam etdirilir

Prezident İlham Əliyev: Bu gün Özbəkistan böyük beynəlxalq nüfuza malik dövlətdir

Əbədi dostluq haqqında Müqavilə: Azərbaycan-Özbəkistan qardaşlığının möhkəm təməli

Azərbaycanın və Özbəkistanın Xalq artisti: Bu adı daşımaq böyük qürur olmaqla yanaşı, sənət qarşısında ciddi məsuliyyətdir

Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib

Prezident İlham Əliyev: Azərbaycanın və Özbəkistanın irəliləmək üçün dəqiq fəaliyyət planı var

Prezident İlham Əliyev Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidentinin xüsusi rolunu qeyd edib

Prezident İlham Əliyev: Azərbaycan ilə Özbəkistan arasında ikitərəfli münasibətlər çox möhkəm təməl üzərində qurulub

Prezident: Mərkəzi Asiya və Azərbaycan bu gün böyük inkişaf potensialına malik vahid geosiyasi və geoiqtisadi regiondur

Prezident İlham Əliyevin Özbəkistan səfəri - Bakı ilə Daşkənd arasında yeni əməkdaşlıq mərhələsi

"Bu, Azərbaycanın diplomatik təcrübəsində bir ilkdir" - Hikmət Hacıyev

Prezident vəzifəsinə yenidən seçilmək hüququm var - Tokayev

Prezidentlə xanımı Ümummilli Liderin memorial kompleksini ziyarət etdilər

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31