Xəbərlər
24.08.2026, 00:00
" Ruhların tənhalığı "

Ən gözəl şeirlər silsiləsi...
" Ruhların tənhalığı "
Köksünü hərarət sandı əllərim
Telinə yuvatək qondu əllərim.
Bir gün yoxluğunda, dondu əllərim...
Dağlar da üşüyər, çənsiz qalanda.
Boğuldum ümmanda, bu bərk axında
Xilasım uzaqdır, dərdin yaxında.
Ağlına gəlməz heç, bəlkə yuxunda...
Ruhlar da tənhadır, " tənsiz" qalanda.
Qaranlıq zindanın içində təkdim,
Burada rəsmini ağlıma çəkdim...
Qəlbimə nisgilin toxumun əkdim
Böyütdüm günbəgün, sənsiz qalanda.
Sonuncu yarpaqdın, düşdün budaqdan
Siyrilib ayrıldın, içimdə tağdan...
Mən də sən olmayan tənha otaqda
Səsini özlədim ünsüz qalanda...
Özümə o sənsiz darıxmır deyib,
Oturdum əynimə " təsəlli " geyib.
Bir az da qüruru öyüb, həm söyüb
Dedim ki: " ağıllan! " Onsuz qalanda.
Küskün bir məsumtək, durdum uzaqdan
Yoluna boynumu burdum uzaqdan.
Həsrətdən bir çadır qurdum, uzaqdan
Yanıma qayıdar, yansız qalanda...
Ehh...
Ümid qırılmamış sabah gec deyil,
Dözərəm buna da, həsrət suç deyil...
Ayrılıq bir yükdür, amma, köç deyil
Sən də anlayarsan, mənsiz qalanda...
Son xəbərlər
Fərqli coğrafiya, ortaq baxış: Azərbaycan və Özbəkistanın yeni şəhərsalma modeli
Xəbərlər
23.08.2026
Prezident İlham Əliyev Şavkat Mirziyoyevi Azərbaycana dövlət səfərinə dəvət edib
Xəbərlər
23.08.2026
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay





