Xəbərlər
20.04.2026, 00:05
RUHUN QAYIDIŞI — BİR YOLÇULUĞUN YADDAŞI, ZAMANI VƏ HƏQİQƏTİ... - FOTO
Xanlar Həmid mənim üçün çağdaş Azərbaycan ədəbiyyatında özünəməxsus poetik üslubu ilə seçilən şair və publisistdir. Onun yaradıcılığında vətənə bağlılıq, insanın daxili dünyası, mənəvi axtarışlar və ictimai-fəlsəfi düşüncə xüsusi yer tutur. Xanlar Həmidin qələmində söz yalnız bədii ifadə vasitəsi deyil, həm də həqiqətin, ədalətin və vicdanın daşıyıcısı kimi çıxış edir. Onun şeirlərindəki səmimiyyət, həyatilik və daxili ağrının poetik ifadəsi oxucu ilə birbaşa ünsiyyət yaradır.
Tam səmimi deyirəm ki, bir çox şair dostlarım kimi, Xanlar Həmid yaradıcılığı ilə də məhz sosial şəbəkə istifadəçisi olduğum ilk günlərdən tanışam. Onun yaradıcılığında ən çox diqqətimi çəkən və sözün həqiqi mənasında qibtə etdiyim məqam, elə onun özünəməxsus üslubudur.
Sonralar burada davam edən ünsiyyətimiz zamanı öyrəndim ki, o, “Avesta”nın “Yəşt” hissəsini rus dilindən Azərbaycan dilinə ilk dəfə poetik şəkildə tərcümə edən şair-ziyalıdır.
Onun yaradıcılığından seçib bir oxucu kimi münasibət bildirmək üçün götürdüyüm - “ŞAH LERİKİM, SƏNƏ GƏLDİM” - şeirində doğma torpağa qayıdış və mənəvi sığınacaq duyğusu ön plana çıxır. Çünki insan bəzən yol gedir, bəzən isə yol onu aparır. Bəzən ayaqları ilə məkan dəyişir, bəzən ruhu ilə zamanları keçir. Elə anlar olur ki, bu yolçuluq xəritələrə sığmır, insanın daxilinə yönəlir və özünə, kökünə, yaddaşına qayıdır. Bu qayıdış isə, hər bir insan üçün ruhun dayanacağıdır.
Münasibət üçün seçdiyim - “Şah Lerikim, Sənə Gəldim” - şeiri, şairin doğulub boya-başa çatdığı yurda sadəcə qayıdışı deyil. Bu, bir səcdədir. Şairin doğma torpağa müraciəti əslində Tanrıya yönəlmiş daxili bir pıçıltıdır. Burada Lerik coğrafi məkan olmaqdan çıxır, müqəddəsləşir və ruhun sığınacağına çevrilir. Dağların lalə vaxtı, zirvələrin ağ libası, təbiətin susqun dili, bütün bunlar şairin daxilində baş verən dirçəlişin poetik ifadəsidir.
Bu şeirdə insan təbiətə sadəcə baxmır, onunla birləşir. Quş kimi qonur, daş kimi donur, günəş kimi doğur, yağış kimi yağır. Bu, müşahidə deyil, vəhdətdir. Bu təsvir deyil, yaşantıdır. Lakin insan daim zirvədə qalmır. Həyat onu mütləq enişlərə, seçimlərə və dəyişmələrə aparır.
Bu şeir ilk misradan etibarən bir müraciət, bir səcdə və qayıdış ovqatı yaradır. “Şah Lerik” ifadəsi artıq coğrafi məkan olmaqdan çıxaraq mənəvi hakimiyyətə, ruhun sığınacağına çevrilir;
"Taxtın Xudamın taxtıdır,
Şah Lerikim, sənə gəldim.
Dağların lalə vaxtıdır,"
"Şah Lerikim, sənə gəldim".
Bu misralarda şair doğulub boya-başa çatdığı Leriki ilahi bir məkan kimi təqdim edir. Onun üçün bu yer sadəcə doğma torpaq deyil. Tanrının taxtına yaxın müqəddəslik məkanıdır. “Lalə vaxtı” ifadəsi isə həm təbiətin oyanışını, həm də daxili dirçəlişi simvolizə edir.
"Baxdım sola, baxdım sağa,
Zirvələr bürünüb ağa,
Həsrətini ovutmağa,
Şah Lerikim, sənə gəldim."
Zirvələrin “ağa bürünməsi” həm qarlı dağların təsviri, həm də ucalığın və paklığın rəmzidir. Şairin “həsrətini ovutmağa” gəlməsi isə bu şeiri daha da fərdiləşdirir və bu artıq sadə qayıdış deyil, bir sığınmadır.
"Qondum budağa quş kimi,
Dondum dərəndə daş kimi,
Günəş kimi, yağış kimi,
Şah Lerikim, sənə gəldim."
Burada şair özünü təbiətlə eyniləşdirir. Quş kimi azad, daş kimi susqun, günəş və yağış kimi əbədi... Bu paralellər onun varlıqla bütövləşmə cəhdini ifadə edir. Bu, müşahidə deyil yalnız təbiətin içində əriməkdir.
"Dərdə verdi dərd kişilər,
Qaya sayaq sərt kişilər,
Sənə dayaq mərd kişilər,
Şah Lerikim, sənə gəldim."
Bu bənddə artıq insan faktoru ön plana keçir. “Qaya sayaq sərt kişilər” obrazı Lerik insanını — dözümlü, sərt, eyni zamanda dayaq olan bir varlıq kimi təqdim edir. Bu isə torpağın yalnız coğrafiya deyil, insanla tamamlanan bütöv olduğunu göstərir.
"Sevgim acdır, tamahım tox,
Sevdiklərim dünyada çox,
Səndən ucada kimsə yox,
Şah Lerikim, sənə gəldim."
Burada incə bir fəlsəfi xətt var, şairin sevgisi bitməzdir, amma tamahı yoxdur. Bu, onun mənəvi kamilliyini göstərir. Son misra isə şeirin kulminasiyasıdir. “Səndən ucada kimsə yox”- bu artıq torpağın yox, dəyərin ucaldılmasıdır.
Şairin səhifəsindən seçdiyim-“BAKI VAXTIDIR”- şeiri isə bir çağırış olmaqla yanaşı, həm də xəbərdarlıqdır. Bu şeir tamamilə başqa bir ruhdadır. Burada daxili konflikt, şəhər-kənd qarşıdurması və modern həyatın ironiyası hiss olunur. Şair sanki özünə və ya bir “şair qardaşa” müraciət edir:
"Düzən ver özünə, şair qardaşım,
Bax əyin-başına, Bakı vaxtıdır.
Soyun kəndçiliyi əynindən çıxart,
Diqqət et naşına, Bakı vaxtıdır."
“Düzən ver özünə” - çağırışı artıq göstərir ki, bu şeir bir növ xəbərdarlıqdır. Bakı burada ikili mahiyyət daşıyır: bir tərəfdən imkanlar şəhəri, digər tərəfdən isə insanı özündən uzaqlaşdıran məkan. “Soyun kəndçiliyi” misrası isə xüsusilə sərt və düşündürücüdür — bu, kimlikdən uzaqlaşma məcburiyyəti kimi oxunur.
"O kəndin həsrəti səni köz edər,
Dilin lal olacaq, dərdin söz edər,
Alyanaq küçələr sənə göz edər,
Üzülmə boşuna, Bakı vaxtıdır."
“Alyanaq küçələr sənə göz edər” — şəhərin cazibəsi artıq insanı izləyən və onu dəyişən bir gücə çevrilir. Şeirin alt qatında gizlənən sual isə budur: şəhər insanı böyüdür, yoxsa içini boşaldır?
" Burda çiçəklərin üzü xallıdır,
Orda mələklərin dili ballıdır,
Zaman sizdə kasıb, orda pulludur,"
Baxmaz göz yaşına, Bakı vaxtıdır.
Burada şair yalnız bir şəhəri deyil, bütöv bir həyat tərzini təsvir edir. Bakı bu mətn daxilində imkanlarla dolu, lakin eyni zamanda insanı özündən uzaqlaşdıran bir məkandır.
" İlahi, şəhərdən xoşun gəlməsin,
Perilər mülkünə quşun gəlməsin,
Söylə ki, üstünə qoşun gəlməsin,
Söylə ki, xoşuna, Bakı vaxtıdır."
Şəhər burada sadəcə küçələr və binalar deyil — o, cazibədir, sınaqdır, dəyişmədir. “Soyun kəndçiliyi” misrası isə bu dəyişimin ağrılı tərəfini açır — insanın öz kökündən uzaqlaşmasının məcburiyyətini.
" Açıq qapıları xeyirdə, şərdə,
Əzələ göstərən metrolar tərdə,
Səni muradına yetirə bir də,
Allah bir düşünə, Bakı vaxtıdır."
Küçələr baxır, metrolar nəfəs alır, qapılar açılır... Amma bütün bu hərəkətin içində bir sual səssizcə dolaşır: insan bu şəhərdə özünü tapır, yoxsa itirir?
Şairin yaradıcılığından seçib götürdüyüm üçüncü şeir, - "QƏLƏM Haqqı" - şeiridir. Bu şeir artıq açıq şəkildə fəlsəfi-etiraz manifestidir.
"Haqq dediyin gözdən düşüb,
Var deyil ki, alam haqqı.
İncimə məndən, İlahi,
Mən doğruyam, salam haqqı."
Burada,-“Haqq dediyin gözdən düşüb”- misrası, artıq şeirin bütün ruhunu açır. Şair, ədalətin itib-batmasından, haqqın qiymətdən düşməsindən, sözün dəyərsizləşməsindən gileylənir.
Və, - "İncimə məndən, İlahi, Mən doğruyam, salam haqqı"- İlahiyyə giley edir.
"Dağa, daşa məni yolla,
Burdan keçməz kimsə pulla,
Cangüdənim Əzrayllla,
Söz kəsmişik, kəlam haqqı."
“Cangüdənim Əzrayıl ilə” misrası çox güclü metaforadır. Şair burada ölümün belə onunla razılaşdığını deyir. Bu da, bir növ“Mənim sözüm ölümdən də güclüdür” - deməkdir.
" Ömrüm boyu ölüm sözlüm,
Nə yaratdın, a nur üzlüm,
Baş zalımdır, ayaq məzlum,
Ağam haqqı, köləm haqqı.
Mən yazdığım gəlib gedir,
Sən yazana gülüb gedir,
Sən yazdığın ölüb gedir,
Tanrı haqqı, qələm haqqı."
Bu iki bənd, şeirin fəlsəfi zirvəsidir.
İnsanın yazdığı fanidir, Tanrının yazdığı isə əbədi.
Amma şair bunu, incə bir ironiya ilə verir. Sanki insan yazır, amma onun yazdığı yaşayırmı?
Şairin bu üç şeirini heç də təsadüfdən seçmədim. Çünki, şeirləri bir yerdə oxunduqda, sanki insanın daxilində bir yolçuluq görünür. Bu yolçuluq üç istiqamətdə gedir. Torpağa qayıdış, şəhərlə qarşılaşma və sözlə hesablaşma.
“Şah Lerikim, sənə gəldim”-şeiri, ruhun doğma yerinə dönüşüdür. Burada insan özünü tapır, sakitləşir, təmizlənir. Lerik burada sadəcə məkan deyil, ruhun vətənidir.
Amma insan bu vətəndə qalmır. O, “Bakı vaxtıdır” deyərək şəhərə üz tutur. Şəhər isə onu dəyişir, sınağa çəkir, bəzən də özündən uzaqlaşdırır. Burada artıq sadəlik yox, dəyişmələr, seçimlər və itkilər var. Və nəhayət, bütün bu yolun sonunda şair “Qələm haqqı” ilə üz-üzə qalır. Bu artıq nə torpaqdır, nə şəhər. Bu, insanın özü ilə dialoqudur. Burada sual sadədir, amma ağırdır.
Doğru nədir? Haqq nədir? Söz nə qədər yaşayır?
Bu üçlükdə maraqlı bir harmoniya yaranır. Lerik - ruhun başlanğıcı, Bakı - həyatın sınağı, Qələm isə həqiqətin aynası.
Bu şeirlərdə diqqət çəkən əsas cəhət isə budur. Yazının giriş hissəsində dediyim kimi, yaradıcılığına müraciət etdiyim gözəl şairimiz Xanlar Həmid sadəcə yazmır, özünəməxsus yaşadığını yazır. Ona görə də misralarda süni pafos yox, təbii ağrı və səmimiyyət var.
Həqiqətən də, bu üç şeiri münasibət bildirənə qədər dəfələrlə bir yerdə oxunduqda məndə belə bir fikir yaratdı. İnsan harada olursa-olsun, dağda, şəhərdə, ya da sözün içində. Əslində həmişə bir axtarışdadır.
Və bu axtarışın adı bəlkə də elə budur:- özünə qayıdış.
Mənim üçün ilk gündən dəyərli olan hörmətli şairimiz Xanlar Həmidə ömür yolunda bu cür sevincli özünə qayıdış arzusuyla yaradıcılıq uğurları diləyirəm.
Elxas Comərd.
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin
və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay