İllər sürətlə ötüb keçir özümüzdən xəbərsiz, heç bilmirik haraya, nəyə tələsirik?..Qışın soyuq, sərt havasından qurtulub mart ayının mülayim, bir az da ilıq küləkli günlərinə qovuşduq..Artıq yazdır, bu yazın ağzında iki möhtəşəm bayram gəldi. Ramazan və Novruz..Bayramlaşma, əmin - əmanlıq, sülh, azadlıq, səmimiyyət, ülfət kimi xalqımızin uzun illər yaşatdıqları adət - ənənəni bu günə kimi gətirib çıxarmağın özü bir qəhrəmanlıqdır deyərdim..
Bu gözəl bayramlar ayında iki il öncə fəaliyyətinə basladığımız "Qoşma" ədəbi məclisinin də iki yası məhz bayram günlərinə düşdü..O üzdən mart ayının 22 - də bahar bayramına, yaza həsr olunan şeirlər əsas mövzumuz oldu. İndiyədək Qoşma ədəbi məclisinin 25 - dən çox tədbirini keçirmişik..Keçirilən tədbirlər milli - mənəvi dəyərləri öndə tutaraq elmimizin, ədəbiyyatımızın, poeziyamızın təbliğinə önəm verib..Məclisin yaranması sözə, şeirə olan sevgi, ehtiyacdır..Ruhumuzun ehtiyacı olan sözü poeziyanın diliylə cəmiyyətə çatdırmaq, könüllərdə şeirdən qala qurmaqdır.

Ötən iki ilin tədbirlərini dəyərli oxucularımızla bolüsmək istərdim :
1. 2024 - cü ilin mart ayında ilk tədbirimizin mövzusu bahar bayramı oldu. Şeirlər yaz ətirli, torpaq qoxulu idi.
2.Aprel 2024 - cü ildə müəllim - şair Raqif Nazimoğlunun yaradıcılığına həsr etdik.
3.May 2024 - cü ildə Azərbaycan Türkiyə ədəbi əlaqələri, Türkiyədən gələn bir qrup ziyalılarla Qoşma ədəbi məclisinin görüşü oldu.
4.Şair Mədət Coşqunun yaradıcılıq gecəsi.
5.Xalq şairi Nigar Rəfibəyliyə həsr olunmuş xatirə gecəsi
6.Şairə Sevda Zeynalovanın "Ağbulağa qayıdacam" adlı ilk şeirlər kitabının təqdimatı.
7.Fəsillərin kövrəyi payız mövzusu.
8.Şairə Zərifə Sufi Mikaylovanın yaradıcılığına həsr olunmuş tədbir.
9.Şair Vahid Çəmənli yaradıcılığına həsr olunmuş tədbir.
10.Birinci Qarabağ muharibəsi veteranları, Qurban və Qabil Həsənov qazı qardaşlarına həsr olunmuş görüş.
11.Şair - müəllim Zöhrə Qaraqızının yaradıcılıq görüşû.
12.Şair Vəli Qaraçaylının 60 illik yubiley tədbiri.
13.Mərhum şair Eldar İsmayılın xatirə gecəsi.
14.Əzizə Ağahüseynqızının yaradıcılığına həsr olunmuş tədbir.
15.Şuşa - Cıdır düzündə Ağsu Ədəbi Birliyi ilə birgə Qoşma Ədəbi Məclisinin tədbiri.
16.Sifahi xalq ədəbiyyatında bayatı janrına həsr olunmuş tədbir.
17.Şair Qəzənfər Məsimoglunun "Şəhid kapitan" poemasının təqdimatı.
18.Fəsillərin kövrəyi - payız mövzusu.
19.Şair İldırim Əlişoğlunun yaradıcilığina həsr olunmuş tədbir.
20.Sair Raqif Nazimoğlunun həbsxana şeirlərinə həsr olunmuş tədbir.
21.Şair İlyas Əfəndinin 65 ılık yubileyinə həsr olunmuş tədbir.
22.Təbiətin qıs fəslinə aid şeirlər.
23.Şair Rövşən Xaləddinoğlunun "Bir şeir var yazılmamış" adlı ilk şeirlər kitabının təqdimatı.
24.Bahar, yaz fəslinə həsr olunmus yeni şeirlər.
Keçirdiyimiz tədbirlərin hər birini ürəyimizin sevgisiylə yoğurmusuq, könüllərdə zərrə də olsa sevinc cücərtməyə çalışmışıq..Bir şair könlülü sevindirə bilmişiksə nə xoş..
İndən belə də bu missiyanı davam və inkişaf etdirmək fikrindəyik.
Bu gün, 22 mart 2026 - çi il tarixində "Qoşma" ədəbi məclisinin növbəti görüşü onun iki illiyinə təsadüf edir.Movzumuz bahar bayramına, yazın gəlişinə həsr olunmuşdur.Onu da qeyd edim ki, iki illiklə əlaqədar müsbət rəy alan şeirlərin müəlliflərinə və ədəbi məclisimizdə müntəzəm, fəal iştirakına görə mukafatlandırma nəzərdə tutulmuşdur.
Hər zaman olduğu kimi bu dəfə də məclisimizin əvvəlində şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.Dövlət himnimiz oxundu.
Beləliklə tədbiri məclisin sədri şair Qəzənfər Məsimoğlu "Qoşma" şeiriylə açıq elan etdi. Məclis qonaqlarımızın maraqlı çıxıslarıyla davam etdi. Şair Zöhrə Qaraqızı, Bela Hüseynova, Adil Cəfakeş, Sədi Yaradanqulu, İldırım Qəhrəmanov, Rövşən Xaləddinoğlu, Qulu İsmayılov, Alim Aslanoğlu, Hüseyn Sözlü, Səringül Sadə, Hənifə Şəbnəm, Tahirə Əliyeva, Gullü Tomarlı, Şəfiqə Məmmədova, Nüsabə Şirinova, Yaşar Kamaloglu, Yunis Qaraxanlı, Könül Turablı, Həmzə Həqqani bahar mövzusunda şeirlərini səsləndirdilər..
Qalibləri müəyyən etmək üçun üç şairdən ibarət münsiflər heyəti təşkil olundu.Münsiflərin və məclis rəhbərliyinin yekdil fikriylə 4 şair :
Adil Cəfakeş
Zöhrə Qaraqızı
İldırim Əlişoğlu
Səringul Sadə

bahar haqqında söylənilən şeirlərin qalibi oldular.
Sonda Qoşma ədəbi məclisinin üzləriylə xatirə şəkilləri çəkildi..
Beləliklə bir görüşümüz də xatirəyə çevrildi, ömrümüzdən bir gün də əbədiləsdi, şeirləsdi..Ramazan və Novruz bayramları günlərində qələm adamlarıyla bir arada olmağımız çox sevindirici idi..Sözümüz, sazımız heç vaxt kəsərdən düsməsin.Sözünüz keçərli, qələminiz iti olsun dostlar..Söz mülkündə imzanızın qalacağına əminəm..
Bahar duyğularıyla süstlənmiş könül duyğularımdan istilik alan bu yazımda hər birinizə can sağlığı, xoş günlər, mənalı illər arzulayıram..Bayramınız mubarək, gününüz xoş, bahar fəsliniz uğurlu, bərəkətli olsun dəyərlilər.
Səmimiyyətlə
ƏZİZƏ AĞAHÜSEYNQIZI
"Qoşma" Ədəbi Məclisinin poeziya şöbəsinin rəhbəri.
22.03.2026
Bakı səhəri













Son xəbərlər

Azərbaycan Premyer Liqasında IX tura bu gün iki oyunla start veriləcək

"Brent" markalı neftin qiyməti may ayından bəri ilk dəfə 114 dolları ötüb

Bu ərazilərdə işıq olmayacaq

Sumqayıtda YAP-ın VIII Qurultayı ilə bağlı müşavirə keçirildi - FOTOLAR

"Deha"dan sonra bu seriala çəkiləcək - FOTO

Sahibkar “Süni intellekt” adlı yeni siyasi partiya yaratdı

3 yaşlı uşaq traktorun qoşqusu altında qalaraq öldü

İtaliyadakı qıtlıq Merkeli şoka salıb

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb – XƏBƏRDARLIQ

Sazın və Sözün Şirvan Zirvəsi

Payızda yaz yaşayırıq – Alimlərin xəbərdarlıq etdiyi GİZLİ TƏHLÜKƏ

Sevinc YUNUSLU : Bağışla ilahi məni, bu gecənin xətrinə… - FORO

Bu serialın heyətində dəyişiklik ediləcək

Çində güclü zəlzələ oldu

✍️ Tapdıq ƏLİBƏYLİ : BELƏ DƏ OLUR...

Etiraz aksiyalarını qadağan edəcəklər

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib

Hindistanın xarici işlər naziri sabah Azərbaycana səfər edəcək

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Sutka 25 saat olacaq: nə vaxt baş verəcəyi HESABLANDI

15 il sonra eyni filmdə... - Fotolar

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

“Sənə yetməyin bircə yolu var: Yanmaq!!!”

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Milli Məclis Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib, çağırış edib

"The New York Times": ABŞ və İsrail İrana yeni zərbələr endirməyi planlaşdırır

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031