İbrahim İlyaslı poeziyasında adam-insan faktoru


(Birinci yazı - giriş)

(Mən) bir insan “müəllimi”yəm – “İnsan fənni”ni tədris edən “müəllim”əm. Obraz (kimi) seçdiyim insanı tanımasam, şəxsiyyətini idrak etməsəm, haqqında söz demərəm (etiraf edim ki, bəzi istisnalar var)...
...Bu yazının Baş Obrazı içcə tanıdığım İbrahim İlyaslıdır. Peyğəmbər adı ilə mükafatlanıb. Həlim xasiyyəti var, yumşaq təbiətlidir, özünü idarə etməyi bilir. Hətta əsəbi halında belə, çöhrəsindəki abır-həya onu mədəni davranışlara “ürcah” edir...
Şeirləri də özü (şəxsiyyəti) kimidir – təbiətcə yumşaq, sakit, aqressiyasız, təsəvvüfçü... Qəzəb və gərginlik yaratmır, anlayışla oxunur, mübahisə doğurmur, oxucu hissində emosional sabitliyə yön verir, mədəni empatiyası var, ölçülü-biçilidir, münaqişə çək-çeviri yoxdur, yüksək təbirdədir, poetik təqdiri həm asan, həm mürəkkəbdir, əsas etibarilə, şeirdir və s.
İbrahim İlyaslının batini təması Haqq ilədir. Doğru sifətdə olması – insan münasibəti şeirlərinə də hopub. “Küfr mənlik deyil… Əstəğfürullah! – Sənə can atıram, sənə, İlahi!” fikri ilə o, bunu təsdiq edir...
Bəlli ki, onun əməl tərəzisi boş deyil...
Allah Adəmi (adamı) yaratdı zövq alsın. Adəm (adam) isə Onu şeytanın qarşısında utandırdı. Əslində, Allah Adəmi (adamı) yaratmışdı ki, “Küfr mənlik deyil… Əstəğfürullah!” desin. Demədi... deyə bilmədi... Məhz bu anlamda İbrahim İlyaslı (aşağıdakı misraların fövqü ilə) adamı çətin yozulan fərd hesab edir:
Səni qana-qana
yazmaq olmur,
yaza-yaza qanmaq.
Sənə yetməyin
bircə yolu var:
Yanmaq!!!

Bu xırda (kiçik) şeir sevgi timsallıdır; sevənin sevdiyinə çatması, onu hissi mənada yaşaması və eşqin (həyatın) nə olduğunu dürüst anlaması faktıdır (şam da yaşamaq üçün yanır)... Lakin bu hislərin təsəvvüf qatında başqa bir anlam təzahür edir: insan çətin anlaşılan, iki sifətdə - mənəvi-şeytani ibadət edən, yaxşı surətdə qalmağı bacarmayan... məxluqdur. İbrahim müəllim, əslində, adam-insan obrazına bu rakursdan nüfuz edir...
Fikrə baxın: “Səni qana-qana yazmaq olmur, yaza-yaza qanmaq...”. Şair tərs ehtivalar verən, təzadçı zəmin quran halları oxucuya açmır, onu bu təsəvvüfçü qata çıxmağa, nə demək istədiyini anlamağa “məcbur” edir.
Oxucu bu çoxqatlı fikrin həndəvərində ya doğru manevrlər etməyi bacarır, ya da soruşur ki, bir insanı qana-qana yazmaq, yaxud yaza-yaza qanmaq nə üçün (bu qədər) çətindir? Bu sual-diqtəyə azacıq nüfuz edim: Şübhəsiz, insanı qandıqca zatı bəlli olur. Belə halda Allahın yaratdığı təməlli insanla şeytanın asılı tərəfdaşı olan insan arasındakı fərqlər nəzərdən yayınmır. Anlaşılır ki, adam-insan elə insanca (ağılca) yaşamalıdır. Onun həyat proqramı budur: Həyatı olduğu təbirdə iqrar etmək. İki (bu fikirdə) insan yalnız bu halda eyni coşqunluqla qeybə çəkilə bilər...
Şairin qana-qana yazdığı adam, əslində, hamıdır (hər kəsdir), fərdi olaraq tipoloji dəyişəndir, bir çox hallarda şeytanidir - az¬ğın¬laşıb, onda xoş ovqat yoxdur. Fiziki (və maddi) möhkəmdir, “mən” iddiası var, çoxlarını eyni qor¬xu altında ağ bayraq qaldırmağa məcbur edə bilir və s... Beləsini qana-qana yazmaq əlbəttə, çətin olur.
Bir də var, adamı yaza-yaza qanasan. Yaza-yaza qanmağa çalışdığın adam sonradan fərd olaraq sosiallaşır, asılı düşür, mənəvi yox, maddi düşünür, radikal mağmına çevrilir, elmli, bilikli, dün¬yagörüşlü olmaqdan daha çox maddi mərtəbələrə çıxmaq israrında olur və s... Eləsi üçün insan olmaq şərt deyil, mütləqdir ki, imkanı olsun. Eləsinə nəfsi təmizlik yox, mal, mülk, pul, zinət... əsasdır.
...Bütün aspektlərdə nəfsi fikri ilə tə¬səv¬vürü arasında dəqiq sərhədi olmayan adamı tanımaq müşküldür. Beləsinin tə¬biət və Allahla təması pozulur, köksündə şeytan bardaş qurur, o da şeytanın ətəyində namaz qılır, hissi qav¬rayışını itirir, intellektual dərketməsini hörümçək toru basır, aldadıcı sifətlə təzahür edir; beləsinin sosial nöqsanları bioloji key¬fiy¬yət¬ləri ilə izah edilir...
Bu tipdə fərd ancaq bir şey düşünür: adam yalnız tox halda öz mahiyyətinə va¬ra bilir... Bax, belə adamı (doğrudan da) yaza-yaza qanmaq çox çətin olur.
İbrahim müəllimin insan haqqındakı bu təsəvvürü ölməz şairimiz Məhəmməd Hadinin aşağıdakı misraları ilə tam səsləşir:
Cahana gəlmədən məqsəd nədir insana, bilməm ki?
Həqiqətmi bu xilqət, yoxsa bir əfsanə, bilməm ki?
Bu gerçəyi aşağıdakı misralar da təsdiq edir:

Kimə nə, kiməm, nəçiyəm?
Hər gələn baxır, adamam.
Dünyanın ən bəd əməli
Adamdan çıxır – adamam.

Şüur və bəd əməl. Təsəvvür edin, insan şüurlu halda (əksərən) heyvandan daha betərdir. Allah “Qurani-Kərim”də əbəs yerə demir ki, “heyvanlarda insanlar üçün ibrətlər var...”.
İnsan hansı diqtədədir, Xaliq bilir. Onun missiyası başqa ikən tamam başqa vəzifə daşıdı. Nəfsi istəyinə qul olub başqasının girdabında təmtəraq qurdu. Pis vərdişlərə qurşandı. Hətta heyvanın etmədiyini insan etdi.
Mən bir dəfə yazmışdım ki, aşiq (yəni insan) üçün fərqi yoxdur, kimə ürcah olur, onunla həyat yaşayır, çünki onunku sevməkdir. (Belə deyim də,) bir var, son dərəcə gözəl qadına etiqad edəsən, bir də var, çirkin, iyrənc biri ilə batil əlaqədə olasan, hansı əfzəldir? Bunun mənası budur: Allah dura-dura insan niyə şeytana könül verir ki, bütün pis əməllər onun əli ilə zahir olur?
İnsanın şüuru var, ağlı bu ali hissi idarə edə bilmir. Məsələn, o, ağılca düşünə bilsəydi, şeytan onu (Adəmi-Həvvanı) məzəmmət edəndə deyərdi: “Sən məni təkcə Özünə aşiq et, İlahi!”.
İbrahim müəllim insanı (adamı) əbəs yerə qınamır...
Bu qınaq bir acıma halı da yaradır. Bu acıma, əslində, bir təəssüf hissidir. Bu təəssüf də “Sənə yetməyin bircə yolu var: Yanmaq!!!” ehtivasında “yanmaq” sözünün sinonimal cəhdidir... Belə deyim, şair insanın halına yanır – Allaha deyil, daha çox şeytana baş əydiyi üçün təəssüf hissi keçirir.
Bu təbir eşqcə də (eşq müstəvisində də) eynən belədir; məsələn, (ilk olaraq) Şeytan Allahın Adəmi (ilk adamı) daha fövqəl hesab etməsi səbəbindən, Adəm Həvvanın səhvi, Məcnun Leylinin acizliyi, Yusif də Züleyxanın tamahı üzündən yandı – daha doğru zəmində, təəssüf hissi keçirdi... Kiçik bir şeirdə şair qardaşım dürüstcə izah edir ki, yanmaq ilə təəssüf hissi keçirmək arasındakı məsamələr eyni qəlibdədir...
(Və kiçik bir şeirdə böyük məna yaratmaq ustalığı bax, budur)...
Bütün bunlar istedadlı şair İbrahim İlyaslının insan-adam haqqında doğru təfərrüatda (fikirdə) olduğunu isbat edir...
“Sənə yetməyin bircə yolu var: Yanmaq!!!”
Hikmət Məlikzadə

Son xəbərlər

Meyvə və tərəvəzlərin qida dəyəri 50 faiz azalıb – XƏBƏRDARLIQ

Sazın və Sözün Şirvan Zirvəsi

Payızda yaz yaşayırıq – Alimlərin xəbərdarlıq etdiyi GİZLİ TƏHLÜKƏ

Sevinc YUNUSLU : Bağışla ilahi məni, bu gecənin xətrinə… - FORO

Bu serialın heyətində dəyişiklik ediləcək

Çində güclü zəlzələ oldu

✍️ Tapdıq ƏLİBƏYLİ : BELƏ DƏ OLUR...

Etiraz aksiyalarını qadağan edəcəklər

Leyla Əliyeva Səmərqənddə “Uşağın gözü ilə dünya” sərgisi və İmam əl-Buxari memorial kompleksi ilə tanış olub

Abşeronda anasını qətlə yetirməkdə təqsirləndirilən şəxsə hökm oxunub

Brüsseldə Aİ-Azərbaycan Tərəfdaşlıq Prioritetləri və yeni ikitərəfli sazişin razılaşdırılması müzakirə edilib

Hindistanın xarici işlər naziri sabah Azərbaycana səfər edəcək

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Sutka 25 saat olacaq: nə vaxt baş verəcəyi HESABLANDI

15 il sonra eyni filmdə... - Fotolar

Yardımlı Rayon İcra Hakimiyyətinə yeni başçı təyin edilib

“Sənə yetməyin bircə yolu var: Yanmaq!!!”

Prezidentin Xankəndi, Ağdərə və Xocalıda xüsusi nümayəndəsi vəzifəsindən azad edilib

Milli Məclis Fransada kütləvi etirazlara və insan hüquqlarının pozulması hallarına münasibət bildirib, çağırış edib

"The New York Times": ABŞ və İsrail İrana yeni zərbələr endirməyi planlaşdırır

Azərbaycan nefti cüzi bahalaşıb

Sürücülük imtahanları sərtləşdirilir? - Hər söz və hərəkət qeydə alına bilər

Beynəlxalq Valyuta Fonduna ən çox borcu olan ölkələr – SİYAHI

Sürücülərin çoxunun istifadə etməyi unutduğu maşındakı 3 faydalı düymə

Heydər Əliyevin sabiq mətbuat katibi vəzifəyə təyin olundu

“Sülhə hər zamankından daha yaxınıq”

Təyyarədə 40 santimetrlik ilan tapıldı - Uçuş ləğv edildi

ÇL: "Real Madrid" qələbə qazanıb, "Bavariya" və "Arsenal" heç-heçə edib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031