HƏMİŞƏ YERİ GÖRÜNÜR

O, qaynar həyat, mənalı ömür yaşamışdır. Mürşüd Xudaverdiyev Yaradanın el-obaya bəxş etdiyi dəyərli şəxsiyyət idi. Onu Beyləqanda yalnız səmimi, mehriban, hər kəsə təmənnasız yaxşılıq etməyə çalışan ziyalı kimi deyil, həm də dəyərli məsləhətlərini heç kimdən əsirgəməyən, daim düz yol göstərən bir insan kimi tanıyırdılar. Belə bir ucalıq hər adama qismət olmur. Həm də yurd, Vətən istəklisi, sinəsində böyük ürək gəzdirən örnək ziyalı idi.
Onda qəribə bir cazibə vardı. Bir dəfə onunla görüşüb ünsiyyət quran adam həmişəlik onun emosional dünyasından çıxa bilmirdi. Çünki onun dünyası saf idi, büllur idi, riyadan, məkrdən uzaq idi. Onunla söhbət edən, ünsiyyət quran kəs saflaşır, durulurdu. Ona görə ki, özü dağlarımızın havası, suyu kimi təmiz, saf, duru idi...Buna görə də, tanış-bilişləri, qohum-əqrəbası həmişə onunla ünsiyyətə can atırdılar. Onun dünyasına düşənlər mənən zənginləşirdilər, əməlli-başlı müsbət enerji daşıyıcılarına çevrilirdilər...


Mürşüd Xudaverdiyevlə ilk dəfə 1975- ci ildə, Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsində oxuyarkən tanış olmuşduq. Mürşüd sadə, təmiz ürəkli bir insan idi. İnsanlarla ünsiyyət qurmağı çox sevirdi. Şirin danışığı və şən zarafatlarıyla adamın diqqətini özünə cəlb edirdi. O qədər mehriban, sadə, təvazökar idi ki, adam onunla günlərlə söhbət etsəydi yorulmazdı. Özünəməxsus bir şəkildə şaqraq gülüşü vardı... Bu adam paxıllığın, qeybətin nə olduğunu bilməzdi. Onu insanlara sevdirən bir də əliaçıqlığı idi. Dostlar üçün canından keçməyə hazır idi...
Aradan xeyli illər keçmişdi. Mən mərkəzi qəzetlərdən birinin bölgə təmsilçisi işləyərkən Beyləqan rayon İcra Hakimiyyətinə getmişdim. Mürşüdlə elə orada rastlaşdıq. Əl çəkmədi, məni evlərinə apardı, bir gün onun qonağı oldum. 2006-cı ildə mən “Muğan-Şirvan” qəzetini təsis edərkən ilk xeyir-dua verənlərdən olmuşdu...
Mürşüd İsmayıl oğlu Xudaverdiyev 1957-ci il aprelin 9-da Beyləqan rayonunun (keçmiş Jdanov rayonu) Dünyamalılar kəndində anadan olmuşdur. 1973 - cü ildə Dünyamalılar kənd orta məktəbini bitirmişdir. 1974 - cü ildə Gəray Əsədov adına kolxozun üzvlüyünə qəbul olunmuşdur. Hərbi xidməti başa vurduqdan sonra 1978 - ci ildə Gəray Əsədov adına kolxozda kolxozçu kimi işləmişdir.1980- ci ilin dekabrında Jdanov rayonu XXI Partiya Qurultayı adına kolxozda komsomol komitəsinin katibi seçilmisdir.1983 - cü ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) jurnalistika fakültəsini bitirmişdir. Həmin il də ailə həyatı qurmuşdur. Həqiqətdir ki, ailə kiçik dövlətdir. Bu mətləbi dərindən bildiyinə görə ailəsinin qədir-qiymətini həmişə hər şeydən üstün tutub, İki oğlan, bir qız atası kimi onlarla fəxr edib, ailəni ülvi, müqəddəs sayıb. Ovladları ailəlidir, onların 4 oğlu, 2 qızı vardır.

1988 - ci il fevral ayında Jdanov rayonu XXI Partiya Qurultayı adına kolxozda partiya komitəsinin katibi təyin olunmuşdur. 1989 - cu ilin noyabrında Beyləqan rayonu XXI Partiya Qurultayı adına kolxozda Beyləqan adına kolxozun idarə heyətinə sədr təyin edilmişdir.1992 -ci ildə Beyləqan rayonu Gəray Əsədov adına kolxozun üzvlüyunə qəbul olunmuş, 1994 cu il aprel ayının 4-də Beyləqan rayonu Gəray Əsədov adına kolxozun qaramal fermasına müdir təyin edilmişdir. 2006 ci il yanvarın 16-dan Beyləqan rayon İcra Hakimiyyəti başcısının Dünyamalılar kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi işləmişdir
Yaxşılıq etmək Mürşüd Xudaverdiyevin həyat meyarı idi. Xeyirxahlıq onun axan qanında, döyünən ürəyindəydi, bundan daim zövq alırdı. Başqasının ağrısını yüngülləşdirməyi, çarəsiz qalana dayaq olmağı yaxşı anlayırdı. İslədiyi müddət ərzində kənd camaatı ilə sıx təmasda olmuş, onların vəziyyəti ilə yaxından maraqlanmışdır. Kimsəsiz, kasıb ailələrə yardım, dəstək olmuşdur. Kəndin infrastrukturu və yolların abadlaşdırilması istiqamətində işlər görmüşdür. Kəndin ziyalı və ağsaqqalları ilə bütun tədbirlərdə yaxından iştirak etmiş və öz tövsiyəsini vermisdir. Şəhidlər xiyabanının abadlaşdırılmasında böyük rolu olmuşdur. Gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə edilməsinə önəm vermiş, hərbçi və şəhid ailələri ilə mütəmadi görüslər keçirmisdir.Təhsil sahəsinə önəm verən Mürşüd Xudaverdiyev Dünyamalılar kənd 1 və 2 nömrəli tam orta məktəblərində görüslər keçirmis, şagirdlərin ixtisaslaşması üzrə maraqlanmış, təhsil sahəsində fərqlənən şagirdləri mükafatlandırmısdır. Xeyriyyəçi qardaşı Cəmşid Xudaverdiyev tərəfindən Dünyamalılar kəndində tikilən məsciddə dini mərasimlərin düzgün və kollektiv şəkildə keçirilməsini hər zaman dəstəkləmişdir.
Mürşüd Xudaverdiyev çalışdığı bütün vəzifələrdə işin məsuliyyətini dərindən dərk edərək şərəflə çalışmış, yaxşı təşkilatçı kimi tanınmışdır. 2006 - cı ildə ona dövlət qulluqçusu ixtisası dərəcəsi verilmişdir. 2007 - ci il dekabrın 19- da 1- ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi almış və təltif edilmisdir. 2022 - ci ilin mart ayının 28 -də 65 yası tamam olduğundan işinə xitam verilmişdir.

Mürşüd Xudaverdiyev olduqca həssas və daxilən narahat adam idi, təbiəti, adamları qəlbi ilə duyub qavramağa çalışırdı. Təbiətdə və cəmiyyətdə nizamsızlıq görəndə həmişə daxili bir narahatlıq keçirirdi. El-obasının yükünü balalarının, ev-eşiyinin qayğısı kimi çiynində gəzdirən ziyalı idi.
...Heç kəsə əziyyət vermədin. Ürəyini tutdun və sakitcə gözlərini yumaraq 2023-cü il yanvarin 19 - da bu fani dünyaya əlvida deyərək əbədiyyətə qovuşdun. Dünyamalılar kənd qəbiristanlığında dəfn olundun. Bu gün isə səndən bizə qalan unudulmaz xatirələr...
Onun yeri həmişə görünür. Ona ehtiyac hiss edirik, onun üçün darıxırıq...

Vaxtsız getdi. Amma bəzən ömrə uzunluğu yox, dəyəri ölçü olur. Mürşüdün ömrü dəyərlidir. Yaşadığı kimi xatırlanacaq-ləyaqətlə, ehtiramla və sevgi ilə. Rahat uyu, gözəl insan.
Allah sənə rəhmət eləsin.

Elçin NƏSİB

* Yazıdakı faktların və fotoların toplanmasında mənə kömək göstərdiyinə görə, Mürşüd Xudaverdiyevin qohumu şair-publisist Əzizə Ağahüseynqızına xüsusi təşəkkürümü bildirirəm.

Son xəbərlər

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930