ÖMRÜNÜN MÜDRİKLİK DÖVRÜNÜ YAŞAYAN MÜƏLLİM - FOTOLAR
ÖMRÜNÜN MÜDRİKLİK DÖVRÜNÜ YAŞAYAN MÜƏLLİM

Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin direktoru Qalib Bəşirovun doğum gününə

Sadəliyi, səmimiliyi, təmkinliyi, nəcibliyi, ciddiliyi ilə həmişə fərqlənən Qalib Bəşirov həyatda sevimli müəllim, dərin alim, qayğıkeş valideyn, dəyərli ziyalı, etibarlı dost statusunu qazanıb. Nə qədər qəribə səslənsə də, belə insanlar haqqında danışmaq istəyəndə söz tapmaq çətinləşir.
Bu incə qəlbli insanla görüşlərimiz çox olub: İsmayıllıda, Bakıda keçirilən maraqlı tədbirlərdə, xeyirdə-şəhərdə... Hər dəfə də görüşəndə, söhbətləşəndə adam o qədər sevinir ki... Ona görə sevinir ki, qarşı tərəf olduqca mehriban, səmimi, incə xarakterli bir ziyalıdır. İnana bilmirəm və indiyədək eşitməmişəm ki, indiyədək o, kiminsə qəlbini qırsın, xətrinə dəysin. Hər dəfə görüşəndə eyni sadəliyi və səmimiyyəti ilə məni qarşılayır, hal-əhval tutur, suallar verir. Məhz elə buna görə də o, hələ ilk görüşümüzdən mehriban, xeyirxah, səmimi, zəhmətkeş və dərin biliyə malik olan bir ziyalı kimi qəlbimdə özünə yer tapıb.

İllər keçdikcə biz onunla qeyd etdiyim kimi, daha tez-tez görüşməyə başladıq və hər dəfə mən onu görəndə həmişə belə şux, şən, zarafatcıl insan təsiri bağışladığının şahidi olmuşam.
Əmək fəaliyyətim boyu müxtəlif təhsil müəssisələrində olmuş, sinif otaqlarını gəzmiş, çoxlu təcrübəli pedaqoqla həmsöhbət olmuşam. Amma indiyədək Qalib Bəşirovla müəllim-jurnalist dialoqunda ola, ondan müsahibə götürmək imkanı əldə edə bilməmişəm.Bu, mənə böyük fəaxrət olardı ki, Azərbaycanın “Əməkdar müəllimi” ilə peşəkar diskussiya aparım, təhsilimizin bu günü ilə bağlı suallar verim, illərdir direktoru olduğu Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbinin uğurları, yetirmələrinin nailiyyətləri, özünün sevincləri, problemləri ilə maraqlanım. Əldə etdikləri uğurlardan ya “İsmayıllı xəbərləri” qəzetindən, ya da feysbuk səhifəsindən xəbər tutmuşam.
Qalib müəllim məktəbdə həmişə çalışıb ki, dərslər daha səmərəli, daha faydalı, daha keyfiyyətli, daha maraqlı, daha məzmunlu olsun və buna da nail olub. İlbəil əldə etdiyi uğurlar dediklərimin bariz nümunəsidir. Onun rəhbərlik etdiyi təhsil müəssisəi nəinki İsmayıllısa, fəxarətlə deyərdim ki, Azərbaycanda nümunəvi məktəb sayılır.
Adətən müəllimlər dərsdən çıxanda, rəhbərlər də işin sonunda yorğun görünürlər. Bu Qalib müəllimə xas deyil. O, sinif otaqlarından da, kabinetindən də çıxanda sifətində məmnunluq hissi, gözlərində sevinc olur. Çünki o, insanlara nəsə öyrətməkdən həzz alır.
Müəllimlikdən xüsusi zövq alan Qalib Bəşirov şərəfli bir ziyalı ömrü yaşayıb. Bu gün onun ömrünü müdrik çağlarıdır. Bu yazını uzada bilərdim, amma vaxt baxımından nəzərə alıb geniş materialı Qalib müəllimin yubileyinə saxlayıram. Yəqin ki, onun 70-ni mənə görmək qismət olacaq. Sözün düzü, görkəmindən bu, o qədər də hiss olunmur. Bəlkə ona görə ki, o həmişə işləyib - zəhmət onu cavan saxlayıb; bəlkə heç kimə pislik etməyib, əksinə həmişə hamıya yaxşılıq edib - xislət onu cavan saxlayıb; bəlkə insanlara yaxşılığı insanlığı sevdiyi üçün eləyib - sevgi onu cavan saxlayıb; bəlkə biliyindən həmişə hamıya pay verib - dualar onu cavan saxlayıb; bəlkə hamıya hörmət və ehtiramla yanaşıb - xeyirxahlıq və mədəniyyət onu cavan saxlayıb... Belə insanlara el içində “Allah adamı” deyirlər.
Ömrünün müdriklik dövrünü yaşayan Qalib müəllim yenə öz ideyalarına, adət-ənənələrinə, düşüncələrinə uyğun yaşayır. Yenə qapını açıb sinif otaqlarına daxil olur, yenə kabinetində oturub işləyir, yenə gələcəkdə müxtəlif peşə sahibi olacaq yeniyetmələrə, eləcə də məktəbə təzə işləməyə gəlmiş gənc kadrlara məsləhət verir, yenə konfranslarda məruzə ilə çıxış edir, yenə məqalələr yazır. Bütün bunları o, vəzifə borcu kimi edir, amma bəlkə də bilmir ki məktəbdə təcrübəli və gənc müəllimlər, sinif otaqlarında şagirdlər, orta məktəbdə çalışan digər işçilər, daha dəqiq desək, kollektiv, iştirak etdiyi konfrans iştirakçıları onunla görüşdən faydalandıqları üçün həmişə onu gözləyirlər.
Bu şərəfli bir gündə - ad günündə hamı Qalib müəllimin sevincinə qoşulur, onu təbrik edir, ona cansağlığı, uzun ömür, yeni pedaqoji sahədə, təlim-tərbiyəfdə nailiyyətlər, sevincli və xoşbəxt günlər, nəvələrin xeyir işini və s. arzu edirlər. Biz də bu arzulara qoşularaq, Qalib müəllimi təbrik edirik.

Daşdəmir ƏJDƏROĞLU
ÖMRÜNÜN MÜDRİKLİK DÖVRÜNÜ YAŞAYAN MÜƏLLİM - FOTOLAR

ÖMRÜNÜN MÜDRİKLİK DÖVRÜNÜ YAŞAYAN MÜƏLLİM - FOTOLAR
ÖMRÜNÜN MÜDRİKLİK DÖVRÜNÜ YAŞAYAN MÜƏLLİM - FOTOLAR
ÖMRÜNÜN MÜDRİKLİK DÖVRÜNÜ YAŞAYAN MÜƏLLİM - FOTOLAR
ÖMRÜNÜN MÜDRİKLİK DÖVRÜNÜ YAŞAYAN MÜƏLLİM - FOTOLAR
ÖMRÜNÜN MÜDRİKLİK DÖVRÜNÜ YAŞAYAN MÜƏLLİM - FOTOLAR
ÖMRÜNÜN MÜDRİKLİK DÖVRÜNÜ YAŞAYAN MÜƏLLİM - FOTOLAR
ÖMRÜNÜN MÜDRİKLİK DÖVRÜNÜ YAŞAYAN MÜƏLLİM - FOTOLAR
ÖMRÜNÜN MÜDRİKLİK DÖVRÜNÜ YAŞAYAN MÜƏLLİM - FOTOLAR
ÖMRÜNÜN MÜDRİKLİK DÖVRÜNÜ YAŞAYAN MÜƏLLİM - FOTOLAR
ÖMRÜNÜN MÜDRİKLİK DÖVRÜNÜ YAŞAYAN MÜƏLLİM - FOTOLAR

Son xəbərlər

Mədəniyyət Nazirliyinə Aparat rəhbəri təyin olunub

Sabah bəzi rayonlarda leysan olacaq

Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ

Azərbaycan səfiri etimadnaməsini Tokayevə təqdim etdi

Masazırda kişi qətlə yetirildi - 43 yaşlı arvadı saxlanıldı

Rusiyada yüzlərlə ticarət mərkəzi bağlanacaq: Azərbaycanlıları nə gözləyir?

Rusiya və Ukrayna "103-ün 103-ə" formulu ilə hərbi əsirlərin mübadiləsini həyata keçirib

Həkimin məsuliyyəti hansı hallarda yaranır? – Ali Məhkəmədən mühüm açıqlama

NİFTALI RZAYEV – ÖMRÜN YETMİŞİNDƏN BOYLANAN İNSANLIQ

Milli Məclisin deputatları Qazaxıstanda parlament seçkilərini müşahidə edəcəklər

Məşhur müğənnilərin yeni albomları yolda qəzaların sayını artırırmış - Alimlər maraqlı əlaqə aşkarladılar

Daha 5 itkin-şəhid dəfn olunacaq - Siyahı

“Hörümçək Adam” daha bir rekorda imza atdı

17 il sonra ekranlara qayıdır - Rekord qonorar alacaq

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşır

UEFA Çempionlar Liqası: "Sabah" Buxarestdə "Hapoel"lə qarşılaşacaq

O, NECƏ XATIRLANIR? (Səmimi sətirlər çələngi)

"Rufo Gəncinski"yə qarşı sui-qəsd cəhdi oldu - Killerin silahı...

19 yaşlı Zeynəbin qətlinin təfərrüatı

Motsartı kim öldürdü? - 35 yaşlı dahinin müəmmalı ölümü və şübhəli dost

Afiq Göyçəli : „Cavan nəsilə yer verməyənlərə“

Zaxarova Bakının axtarışa verdiyi rusiyalı jurnalistlərdən danışdı

ÇL: “Fənərbaxça” İstanbulda “Lion”a məğlub olub

Ən zərərli meyvə və giləmeyvələrin adları - Açıqlandı

ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər

Türkiyədə zəlzələ olub

ELM və TƏHSİLƏ HƏSR OLUNMUŞ MƏNALI və ŞƏRƏFLİ ÖMÜR YOLU

VƏTƏN HİSSİ VƏ ŞƏHİD MƏQAMI: "VƏTƏNƏ YAZILAN ÖMÜR" KİTABI SUMQAYITDA TƏQDİM OLUNDU

Bütün xəbərlər
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31