Xəbərlər
24.10.2026, 01:02
Bakıda ilk kazinonun açılacağı tarix bəlli oldu
İlk Royale Kazinosu 2027-ci ilin may ayında Bakıda "Sea Breeze"də açılacaq.
"Unikal" xəbər verir ki, bu barədə Vesti.az-a "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov məlumat verib.
"Royale Kazinosunun tikintisi tam sürətlə davam edir. Kazino 2027-ci ilin may ayında açılacaq", - deyə Ağalarov bildirib.
90.000 kvadratmetrlik kazino Xəzər dənizinin Azərbaycan sektorunda, "Sea Breeze" kompleksinin daxilində süni yarımadada tikilir. Bina 35 metr hündürlükdə olacaq. Kazinonun iki mərtəbəsinin hər biri 10 metr hündürlükdə, günbəzin altında isə əlavə 15 metr olacaq.
Kazinoda 12 VIP salon və beynəlxalq poker turnirlərinə ev sahibliyi edə biləcək bir əsas salon olacaq. Kazinoya giriş 21 yaşdan böyük şəxslər üçün nəzərdə tutulub.
Kazinoda həmçinin konsert zalı, barlar, restoranlar və kafelər, eləcə də 1500 oyun avtomatı yerləşəcək. "Royale Casino" Avropanın ən böyük kazinosu olmaq potensialına malikdir.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay






