Xəbərlər
19.04.2026, 08:47
VAQİF VÜQAR : GÜVƏN SEVDİYİM - FOTO
Bu dünya dil tapıb mənimlə oynar,
Vida deməmişəm uşaqlığıma.
Hələ güvənirəm köksümdə qaynar
Sevginin dəlisov şıltaqlığına.
Sevmək istəyirəm təzə söz yazıb,
Bir dəli-dolunu tanısın hamı.
Küləklər oxusun bağrına basıb
Cavablı, cavabsız məktublarımı.
Saçım ağarsa da deyiləm qoca,
Gümraham cüssəmlə yenə bu səhər.
Ümmana dönürəm axıb, dolduqca
Həvəsim tükənməz çaylara bənzər.
Ölümsüz eşq ilə çırpınır ürək,
Qayalar sökərəm, dağlar aşaram.
Çaxaram od saçan bir ildırım tək,
Yenə tufanlarla qucaqlaşaram.
Sevdiyim, yazdığım bu bir həqiqət
Qovuşdur nə olar o gözəl günə.
Sən güvən qayğıkeş,bir də sözü mərd,
Özü mərd şairin böyüklüyünə...
Vida deməmişəm uşaqlığıma.
Hələ güvənirəm köksümdə qaynar
Sevginin dəlisov şıltaqlığına.
Sevmək istəyirəm təzə söz yazıb,
Bir dəli-dolunu tanısın hamı.
Küləklər oxusun bağrına basıb
Cavablı, cavabsız məktublarımı.
Saçım ağarsa da deyiləm qoca,
Gümraham cüssəmlə yenə bu səhər.
Ümmana dönürəm axıb, dolduqca
Həvəsim tükənməz çaylara bənzər.
Ölümsüz eşq ilə çırpınır ürək,
Qayalar sökərəm, dağlar aşaram.
Çaxaram od saçan bir ildırım tək,
Yenə tufanlarla qucaqlaşaram.
Sevdiyim, yazdığım bu bir həqiqət
Qovuşdur nə olar o gözəl günə.
Sən güvən qayğıkeş,bir də sözü mərd,
Özü mərd şairin böyüklüyünə...
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay













