İnsanın öz içində dinlədiyi hər musiqi, oxuduğu hər şeirlə bir bağı olur, bəlkə özünün də bilmədiyi gizli bir bağı.. Bu şeir mənim üçün çox dəyərlidir. Çünki xoşbəxtliyin şeiridir. İnsanın nadir hiss etdiyi o duyğunun..Xoşbəxtliyin!..Bu duyğunu günlərdir xatırlayıram və ölənə qədər də unutmaq istəmirəm..Belə gözəl hisləri bu cür ifadə edən dəyərli imza da var olsun!
Rəbiqə Nazimqızı

Gözlərimdə günəşi söndürən adamsan sən,
Ovucların nə gözəl sevdirir qaranlığı.
Söz-söz keçib könlümə, şeir yaradansan sən,
Necə yaxşı yaraşır taxtıma sultanlığın.

Sən mənim üç gündən bir küsüb-barışdığımsan,
Sən mənim susduğumsan, mənim danışdığımsan,
Sən mənim zərrə-zərrə itib qarışdığımsan,
Nə varsa yaşadığım, hamısı sənə xatir.

Sən mənim gərgədanım, ağ divimsən,filimsən,
Əzrayıl eşitməsin, sən ən dadlı ölümsən,
Sən mənim açarımsan, sən mənim qıfılımsan,
Bütün nağıllarımdan almalar sənə çatır.

Qollarında dünyanı unutduğum adamsan,
Sən yeganə doğrusan, sən ən təmiz yalansan.
Bu dünyada ən gözəl anları yaşadansan,
Gəl e, səni deyirəm, tez ol, özünü yetir.

Sən nanəli şəkərsən, sən naxışlı qapısan,
Sən ümid topasısan, arzuların sapısan,
Nolardı vaxtındaca düz yerində tapılsan,
Bax yenə gecikirsən, yenə də səbrim bitir...

Son xəbərlər

Məlahət Behbudqızı ✍️ : Çəkə bilməz - FOTO

TUBU İMANOVA : DƏNİZ VƏ KİTAB (Duyğusal hekayə) - FOTO

Fəxrət Süleymanov. Ömrünü dövlətə, xalqa vicdanla xidmətə həsr etmiş ziyalı: - FOTO

"Sahipsizler"in aktrisası bu seriala çəkiləcək - FOTO

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar

Oğlunun ölümünə cəmi 24 gün dözə bildi...

AB İsrail və Livanı atəşkəsə riayət etməyə çağırıb

Ay bərəkallah, nə gözəl canlarıq! - FOTO

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Britaniyanın ən böyük hərbi gəmisi sıradan çıxdı

Bədəninizin "xoşbəxtlik kodu" var - Bunu bilirdiniz?

VÜSALƏ İSMAYILOVA : Öz adımı alçaltmadım gördüyüm hər kimsəyə - FOTO

Dünyada baş verənlər FOTOLARDA

Azərbaycanda rekord yağıntı və güclü küləklər qeydə alındı

Gülnarə Məhəmmədqızı : İnsanları Tanıdıqca - FOTO

Səadət Qərib : GÜL QADINLAR - FOTO

Uğurlara gedən yol - FOTO

Bir ilə 510 milyon qazandı - Rekord qırdı

"Kosmetik prosedurlardan qorxuram" - Nebahat Çehre

Qızlarımız DÇ-nin yarımfinalında!

Eşq iddialarını özü təsdiqlədi

“Hürrem” və “Süleyman” illər sonra bir arada - Fotolar

İnsanlar dünyaya niyə gəliblər?- Numeroloqlar 9 həyat yolunu aşkarladılar

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

Azərbaycan Ordusunun iki hərbçisi Kəlbəcərdə dərəyə düşüb, biri həlak olub

Bakıda ABŞ məzunları sərgisi təşkil edilib - FOTO

Ötən ay Bakıda temperatur 22 gün normadan yuxarı olub

Paşinyan jurnalist kimi işlədiyi dövrdə ABŞ-dən yardım alıb

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930