Turaztv.az » Xəbərlər » QIZBƏS QƏBƏLƏ: NOVRUZ, XOŞ GƏLMİSƏN ELİMƏ MƏNİM. - FOTO
Xəbərlər

QIZBƏS QƏBƏLƏ: NOVRUZ, XOŞ GƏLMİSƏN ELİMƏ MƏNİM. - FOTO

20.03.2023, 01:12 503
QIZBƏS QƏBƏLƏ: NOVRUZ, XOŞ GƏLMİSƏN ELİMƏ MƏNİM. - FOTO
NOVRUZ, XOŞ GƏLMİSƏN ELİMƏ MƏNİM.

Qədəmin mübarək, adın mübarək,
Novruz, xoş gəlmisən elimə mənim !
Bahar təravətin, odun mübarək,
Novruz, xoş gəlmisən elimə mənim !

Bənövşə qoxulu, yaz nəfəslisən,
Bülbül avazlısan, sazlı - sözlüsən,
Aylardan, günlərdən sən sevimlisən.
Novruz, xoş gəlmisən elimə mənim !

Gəl bayram eyləyək, ellər oynasın,
Kükrəsin çaylarda sellər oynasın,
Nəgməli könüllər, dillər oynasın.
Novruz, xoş gəlmisən elimə mənim !

Qoğal, paxlavanı, şəkərburanı,
Heç yanda tapamazsan, gəzsən dünyanı,
Yurdumun ən gözəl, əziz bayramı,
Novruz, xoş gəlmisən elimə mənim !

QIZBƏS QƏBƏLƏ: NOVRUZ, XOŞ GƏLMİSƏN ELİMƏ MƏNİM. - FOTO

QIZBƏS QƏBƏLƏ: NOVRUZ, XOŞ GƏLMİSƏN ELİMƏ MƏNİM. - FOTO

Oxşar xəbərlər