Turaztv.az » Xəbərlər » ƏZİZƏ AĞAHÜSEYNQIZI : Gəncliyim açaydı sarmaşıq kimi - FOTO
Xəbərlər

ƏZİZƏ AĞAHÜSEYNQIZI : Gəncliyim açaydı sarmaşıq kimi - FOTO

28.11.2026, 00:09 5
ƏZİZƏ AĞAHÜSEYNQIZI  : Gəncliyim açaydı sarmaşıq kimi - FOTO
SARMAŞIQ KİMİ
(Muxtar Kərimzadənin fb səhifəsində paylaşdığı
sarmaşıq gülü şəklinə..)

Xəyalım gör məni hara uçurtdu!
Ruhum omaxşıdı bir aşıq kimi.
Nolaydı, o günlər dönəydi geri,
Gəncliyim açaydı sarmaşıq kimi.

Bələnəm torpağa, islanam suya,
Anam danlayaydı, küsəydim guya.
Qabarlı əliylə üzümü yuya,
Saçım dolaşaydı sarmaşıq kimi.

Eh, hanı, hardadı o şən günlərim,
Xəyalın əlində bişən günlərim?
Məndən uzaqlara düşən günlərim,
İlləri aşaydı sarmaşıq kimi.

Oxşar xəbərlər