Turaztv.az » Xəbərlər » Moda əfsanəsi vəfat etdi - FOTOLAR
Xəbərlər

Moda əfsanəsi vəfat etdi - FOTOLAR

27.11.2026, 20:40 2
ŞOU

960-1970-ci illərdə dünya modasının formalaşmasına mühüm töhfələr vermiş əfsanəvi alman supermodeli Veruşka 87 yaşında vəfat edib.

"Turaztv.az" “Qafqazinfo”-ya istinadən xəbər verir ki, parlaq karyerası ərzində o, dəfələrlə “Vogue” jurnalının üz qabığını bəzəyib, eyni zamanda, “Karl Lagerfeld”, “Yves Saint Laurent” və “Valentino” kimi moda nəhənglərinin əsas ilham mənbələrindən biri olub.

Veruşkanın yaradıcılığı təkcə podiumlarla məhdudlaşmayıb. O, kino sahəsində də iz qoyaraq kult sayılan “Blow-Up” ekran əsərində, eləcə də, 2006-cı ildə çəkilmiş məşhur Ceyms Bond filmi “Casino Royale”da yaddaqalan rollar canlandırıb.




Oxşar xəbərlər