Həyat yolu insanı bəzən doğulduğu ölkədən uzaqlara, müxtəlif coğrafiyalara aparır. Ancaq qəlbində Vətən sevgisi, ruhunda milli təəssübkeşlik olanlar harada olurlarsa olsunlar, öz köklərinə sadiq qalırlar. Polis polkovniki Fəxrət Süleymanovun belə şərəfli və nümunəvi həyat yolu peşəkar və ictimai fəaliyyətlə zəngindir. Onun Qazaxıstandan başlayaraq Azərbaycandan keçərək müxtəlif ölkələrə uzanan zəngin tərcümeyi-halı gənc nəsil üçün əsl örnəkdir.

Fəxrət Süleymanov 1953-cü ildə Qazaxıstan Respublikasının Türküstan vilayətinin Çimkənd şəhərində anadan olub və ilk gənclik illərini orada keçirib. Yaşadığı yerdə orta məktəbi bitirdikdən sonra təhsilini davam etdirmək istəyi onu tarixi vətəninə - Azərbaycana aparır. Bakıya gələrək o vaxtkı Mirzə Fətəli Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki Slavyan Universiteti) rus dili və ədəbiyyatı fakültəsinə sənəd verir. 1970–1975-ci illərdə burada ali təhsil alan Fəxrət müəllim bir gənc mütəxəssis kimi rus dili və ədəbiyyatının incəliklərinə dərindən yiyələnib. 1975-ci ildə oranı bitirdikdən sonrail Gədəbəy rayonunun ucqar Hacılar kənd orta məktəbinə rus dili müəllimi göndərilmişdir. 1975-1976-cı dərs ilində bu kənddə çalışan gənc müəllim qısa müddətdə şagirdlərin və rayon ictimaiyyətinin rəğbətini qazanıb. Lakin o dövrün infrastruktur problemləri, həddindən artıq keçilməz yollar və qarşılaşdığı müəyyən məişət çətinlikləri ona uzun müddət fəaliyyətini burada davam etdirməyə imkan vermədi. Fəxrət müəllim dədə-baba yurdu olan Qərbi Azərbaycanın Noyemberyan rayonunun Ləmbəli kəndinə köçmək məcburiyyətində qalıb. Bir müddət orada müəllimlik fəaliyyətini davam etdirən taleyin yolları onu yenidən doğulub boya-başa çatdığı Qazaxıstanın Çimkənd (indiki Türküstan) bölgəsinə aparır.

Çimkəndə qayıtdıqdan sonra Fəxrət Süleymanovun həyatında tamamilə yeni və şərəfli bir mərhələ başlayır. Hərbi xidmətə çağırılan gənc ziyalı zabit kimi xidmətini başa vurur - leytenant rütbəsi. Orduda öyrəndiyi nizam-intizam və idarəetmə bacarıqları onun gələcək karyera seçimlərini formalaşdıracaq. O, asayişin mühafizəsi, cinayətkarlıqla mübarizə kimi mürəkkəb və məsuliyyətli sahəni seçib və Çimkənd rayonunda polis leytenantı kimi işə götürülüb. Peşəkarlıq səviyyəsini yüksəltmək üçün daxili işlər sistemində xüsusi kurslara göndərilir. Fəxrət Süleymanov vətəndaşların qanuni hüquq və azadlıqlarını müdafiə edərək pillə-pillə yüksəldi. Fəxrətin işlədiyi illər ərzində qanunun aliliyi, dövlətə və xalqa sadiqliyi əsas prioritetləri olub. Peşə təcrübəsinə, cinayət və hüquqpozmalara qarşı mübarizədə xidməti fədakarlığına və müsbət fəaliyyətinə görə Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin rəhbərliyi Fəxrət Süleymanovu “polis polkovniki” yüksək rütbəsi ilə təltif edib. Polkovnikin çiyninə taxdığı çiyin qayışları onun mərdliyinin, dövlətçilik prinsiplərinə sədaqətinin, zəhmətkeşliyinin ən bariz sübutudur. Asayişin qorunmasında göstərdiyi bu qüsursuz xidmət, şücaət və fədakarlıq dövlət tərəfindən yüksək qiymətləndirilib. Polisdə xidmət etdiyi illərdə qüsursuz xidmətinə görə “SSRİ Daxili İşlər Nazirliyində əla xidmətə görə”, “Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyində əla xidmətə görə”, “SSRİ Mülki Müdafiə əlaçısı”, “Ustad müəllim” döş nişanları, birinci, ikinci və üçüncü dərəcəli “Qüsursuz xidmətə görə” medalları ilə təltif edilib. O, layiqli veteran kimi “Qazaxıstan Respublikası Daxili İşlər Nazirliyinin 30 illiyi” medalı ilə təltif edilib.Polkovnik Süleymanov Fəxrət əmək stajına görə təqaüdə çıxdıqdan sonra Cənubi Qazaxıstan vilayətinin (indiki Türküstan vilayəti) Fövqəladə Hallar Nazirliyinin xidmətinə dəvət olunub və 2004-2014-cü illərdə sularda xilasetmə xidmətinin rəis müavini vəzifəsində çalışıb. Qazaxıstan Respublikasının fövqəladə hallar nazirinin təşəkkür məktubuna malikdir. Bu mükafatlar polkovnik Fəxrət Süleymanovun dövlət səviyyəsində peşəkar fəaliyyətinin təsdiqidir.
Fəxrət Süleymanov təkcə uğurlu xidməti ilə deyil, həm də bünövrəsi möhkəm olan nümunəvi ailə başçısı kimi tanınır. O, ömür-gün yoldaşı ilə birlikdə beş uşaq böyüdüb, onlara gözəl gələcək bəxş edib.Üç qız və iki oğul atası Fəxrət müəllim övladlarının hər birinə yüksək səviyyəli ali təhsil verib, onları cəmiyyətdə savadlı, yaxşı mütəxəssis kimi yetişdirib. Böyük qızı Nəzirə müəllim, ikinci Arzu cəmiyyətin güzgüsü sayılan jurnalist,
üçüncü - Gözal - Xalq Təsərrüfatı İnstitutu.
Oğullarının hər ikisi: Məmməd və Vahid biznesdə uğurla çalışırlar.

Həyat coğrafiyası müəllimin ailəsini müxtəlif ölkələrə gətirdi. Hazırda onun iki qızı Özbəkistan Respublikasının paytaxtı Daşkənddə, digər qızı isə Rusiya Federasiyasının paytaxtı Moskvada yaşayır.Həyatın amansız qanunları Fəxrət müəllimi böyük sınaq qarşısında qoydu. Uzun illər çiyin-çiyinə getdiyi, həyatın bütün çətinliklərini mərdliklə dəf etdiyi sevimli həyat yoldaşı uzun sürən xəstəlikdən sonra bir neçə il əvvəl dünyasını dəyişdi. Bu ağır itki ailəni dərindən sarsıtsa da, övladlarının məhəbbəti və sədaqəti Fəxrət müəllimə bu çətin günlərdən sağ çıxmağa və ömür yolunu cəsarətlə davam etdirməyə güc verdi. Bu gün Çimkənd şəhərində yaşayan ehtiyatda olan polkovnikin ən böyük xoşbəxtliyi, mənəvi təsəllisi və sərvəti onun 13 nəvəsidir. O, boş vaxtını nəvələrinin tərbiyəsinə, elmi və mənəvi inkişafına həsr edir. O, tarixi vətənindən uzaqda, Qazaxıstanda yaşamasına baxmayaraq, nəvələrinə ana dili - Azərbaycan dilini öyrədir, onlara Azərbaycanın zəngin tarixini aşılayır. Xüsusilə, Azərbaycanın qan yaddaşı, qələbələr tarixi, qürur mənbəyi olan Qarabağ haqqında nəvələrinə geniş və ətraflı məlumat verir. Bu, gənc nəslin qəlbində ulu əcdadlarının torpağına böyük məhəbbət və qürur hissi formalaşdırır.

Fəxrət Süleymanovun bu fəaliyyəti sübut edir ki, vətənpərvərlik coğrafi sərhədlərlə ölçülmür; bu, insan ruhunda yaşayan, sərhədləri aşaraq nəsildən-nəslə keçən ən müqəddəs və ali hissdir.
Fəxrət özü də Qazaxıstanı vətəni hesab edir. Doğulduğum, oxuduğum və ən yaxın adamlarımla birgə yaşamağa davam etdiyim yer. Azərbaycan və qazax dillərini öz doğma dilləri hesab edir.
Rus dilini yaxşı bilir və türk qrupunun bütün dillərini başa düşür.

Hüseyn İsaoğlu,
yazıçı-publisist,
AYB və AJB üzvü.

Son xəbərlər

Fəxrət Süleymanov. Ömrünü dövlətə, xalqa vicdanla xidmətə həsr etmiş ziyalı: - FOTO

"Sahipsizler"in aktrisası bu seriala çəkiləcək - FOTO

Tanınmış musiqiçinin azyaşlı oğlu faciəvi şəkildə həlak oldu - Fotolar

Oğlunun ölümünə cəmi 24 gün dözə bildi...

AB İsrail və Livanı atəşkəsə riayət etməyə çağırıb

Ay bərəkallah, nə gözəl canlarıq! - FOTO

Türkiyədə sel və daşqınlar ciddi fəsadlar yaradıb

Britaniyanın ən böyük hərbi gəmisi sıradan çıxdı

Bədəninizin "xoşbəxtlik kodu" var - Bunu bilirdiniz?

VÜSALƏ İSMAYILOVA : Öz adımı alçaltmadım gördüyüm hər kimsəyə - FOTO

Dünyada baş verənlər FOTOLARDA

Azərbaycanda rekord yağıntı və güclü küləklər qeydə alındı

Gülnarə Məhəmmədqızı : İnsanları Tanıdıqca - FOTO

Səadət Qərib : GÜL QADINLAR - FOTO

Uğurlara gedən yol - FOTO

Bir ilə 510 milyon qazandı - Rekord qırdı

"Kosmetik prosedurlardan qorxuram" - Nebahat Çehre

Qızlarımız DÇ-nin yarımfinalında!

Eşq iddialarını özü təsdiqlədi

“Hürrem” və “Süleyman” illər sonra bir arada - Fotolar

İnsanlar dünyaya niyə gəliblər?- Numeroloqlar 9 həyat yolunu aşkarladılar

Bakıda keçiriləcək dünya çempionatının təqvimi açıqlandı

Azərbaycan Ordusunun iki hərbçisi Kəlbəcərdə dərəyə düşüb, biri həlak olub

Bakıda ABŞ məzunları sərgisi təşkil edilib - FOTO

Ötən ay Bakıda temperatur 22 gün normadan yuxarı olub

Paşinyan jurnalist kimi işlədiyi dövrdə ABŞ-dən yardım alıb

Apreldə çiyələk ixracı 5 dəfə artıb

Əzizə Ağahüseynqızı : Bu dərdli torpağin daşına dönüm - FOTO

Bütün xəbərlər
«    İyun 2026    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930