SÖZÜN ƏTRİNİ DAŞIYAN ŞAİR
(Qəzənfər Məsimoğlunun yaradıcılığı haqqında publisistik esse)

Azərbaycan poeziyası zaman-zaman elə söz adamları yetişdirib ki, onlar təkcə yazdıqları şeirlərlə deyil, həm də sözə münasibətləri, poeziyaya sədaqətləri ilə seçiliblər. Belə şairlər üçün yaradıcılıq məşğuliyyət deyil, ömür yoludur. Söz onlar üçün sadəcə ifadə vasitəsi yox, düşüncənin, duyğunun və mənəviyyatın daşıyıcısıdır...

Ötən ay “Ağsu Yazarları” Ədəbi Birliyinin mətbuat katibi Mərziyə Sarvan növbəti tədbirlə bağlı məlumat paylaşanda bu xəbər məndə xüsusi sevinc hissi yaratdı. Eyni zamanda, bir neçə gün əvvəl yaşadığım kiçik bir tərəddüdü yenidən xatırlatdı.
Belə ki, bir müddət əvvəl “Ağsu Yazarları” Ədəbi Birliyinin sədri, alim-şair Raqif Nazimoğlu ilə söhbət edərkən ürəyimdən keçmişdi ki, “QOŞMA” Ədəbi Məclisinin sədri, “Ağsu Yazarları” Ədəbi Birliyinin üzvü, dəyərli ziyalımız və məhsuldar şairimiz Qəzənfər Məsimoğlunun yaradıcılığına həsr olunmuş bir tədbir keçirilsin. Lakin bu təklifi səsləndirmədim. Düşündüm ki, bu elanda bir müddət əvvəl “QOŞMA” Ədəbi Məclisinin tədbirlərinin biri məhz Raqif Nazimoğlunun yaradıcılığına həsr olunmuşdu və kimsə bunu qarşılıqlı jest, yaxud əvəz kimi dəyərləndirə bilər.

Halbuki, Qəzənfər Məsimoğlunun yaradıcılığına həsr olunan istənilən tədbir nə qarşılıq, nə də formal ehtiram nümunəsidir. Bu, sözə və ədəbiyyata olan ehtiyacdan doğan mənəvi zərurətdir. Çünki Qəzənfər müəllim çağdaş Azərbaycan poeziyasında öz sözünü, öz imzasını və öz poetik dünyasını təsdiqləmiş sənətkarlardandır. Qəzənfər Məsimoğlu məhz bu qəbildən olan qələm sahiblərindəndir ki, o, illər boyu yaratdığı poetik nümunələrlə özünəməxsus söz dünyası formalaşdırmış, oxucunun yaddaşında səmimiyyətin, təbiiliyin və duyğu zənginliyinin şairi kimi yer almışdır...
Mərziyə xanımın bu təşəbbüsü məni qəlbən sevindirdi. Tədbirin tarixinə baxdım — 25.05.2026. Elə həmin anda hiss etdim ki, bu tarix mənə nəyisə xatırladır. Yaddaşımı xeyli qurdalasam da, əvvəlcə nə olduğunu xatırlaya bilmədim.
Bir qədər sonra yadıma düşdü ki, son vaxtlar səhhətimlə bağlı müxtəlif tibbi müayinələrdən keçirəm və həmin gün üçün də əvvəlcədən növbə götürmüşəm. Beləcə anladım ki, çox təəssüf ki, həmin məclisdə iştirak edə bilməyəcəyəm.

Bu səbəbdən bir dost, bir oxucu və sözə dəyər verən insan kimi ürək sözlərimi bu yazıda ifadə etməyə qərar verdim.
QEYD: Bu yazı həmin gün üçün hazırlanmışdı və həmin gündə paylaşılacaqdı. Lakin eşidəndə ki, Qəzənfər müəllimin öz şəxsi işinə görə həmin tədbir başqa münasib bir günə salınıb, qərarlaşdırdım bu yazını paylaşım.
Bəzən insan bir şairi əvvəlcə şeirlərindən tanıyır, sonra özü ilə tanış olur. Elə şairlər var ki, onların misraları şəxsiyyətlərindən əvvəl gəlib qəlbə toxunur. Qəzənfər Məsimoğlu da mənim üçün belə tanıdığım söz adamlarından biridir.
Düşünürəm ki, istedad Tanrının hər kəsə nəsib etmədiyi ən gözəl nemətdir. Şairlik isə sadəcə söz yazmaq deyil — ruhun gördüyünü sözlə görünən etməkdir. Hər kəs misra qura bilər, amma hər kəs misraya nəfəs verə bilməz. Şair odur ki, bir payız yarpağından ömrün ağrısını, bir lalədən sevginin rəngini, bir gecədən insan taleyinin tənhalığını yarada bilir.

Qəzənfər Məsimoğlu poeziyasında məni ilk cəlb edən məhz bu oldu — sözün içində yaşayan hiss.
Onun şeirlərində təbiət sadəcə təsvir vasitəsi deyil, insanın daxili aləminin davamıdır. Payız qocalığın yükünə çevrilir, gecə həsrətin gözlərdə asılı qalan kölgəsi olur, lalə isə sevginin və gözəlliyin rəmzinə dönür.
Şair yazır:
“Çəkdiyim sevdalar qədər olmadı,
Gecəm gözlərimdən asılı qalıb...”

Bu misralarda yalnız bir sevdanın ağrısı deyil, insan ömrünün yorğunluğu da yaşayır. Elə bil gecə şairin göz qapaqlarından yox, yaddaşından asılıb qalıb. Həsrət, intizar və xatirələr birləşərək bütöv bir ruh halına çevrilib.
Onun poeziyasında diqqəti cəlb edən digər mühüm cəhət səmimiyyətdir. Şeirlərində süni pafos yoxdur. O, oxucu ilə danışır, dərdini bölüşür, hisslərini gizlətmir. Bəlkə də buna görə misraları yad görünmür; insan onları oxuyarkən elə bilir ki, öz içindən keçən duyğulara qulaq asır.
“Qar ağacı” şeirindəki poetik tapıntılar isə xüsusi diqqətə layiqdir. Adi bir ağacı sevginin, barışın və vüsalın rəmzinə çevirmək hər şairin işi deyil. Qəzənfər müəllim bunu böyük təbiiliklə bacarır:
“Bəyaz bir bayraqdı, barış yeridi,
Vüsal məkanıdı, görüş yeridi...”

Bu misralarda obraz təkcə görünmür, həm də yaşayır, nəfəs alır.

“Lalə” şeirində isə şair xalq ruhuna, folklor duyumuna və klassik poetik ənənəyə söykənərək çiçəyə canlı xarakter verir. Lalə bəzən sevgilinin yanağındakı xal olur, bəzən ana ilmələrinin rənginə çevrilir. Bu artıq sadəcə müşahidə deyil, duyğunun sözə çevrilmiş halıdır.
Qəzənfər Məsimoğlu poeziyası mənə həmişə istedadlı bir bağbanı xatırladıb. Necə ki, bağban bağındakı hər gülə ayrı qayğı göstərir, şair də sözün hər çalarına eyni həssaslıqla yanaşır. Onun misralarında sözün ətri var. O ətri hiss etmək üçün şeirləri sadəcə oxumaq yox, duymaq lazımdır.
Sonradan öyrəndim ki, müəyyən səbəblərdən tədbirin tarixi dəyişdirilib və başqa vaxta keçirilib. Buna baxmayaraq, həmin gün iştirak edə bilməsəm də, ürəyim və düşüncəm o məclislə birlikdə olacaq. Çünki sözə dəyər verilən məclislər həmişə insan ruhunu işıqlandırır.
Qəzənfər müəllimə yeni yaradıcılıq uğurları, möhkəm can sağlığı, uzun ömür və poeziya ətri gətirən yeni misralar arzulayıram.

Hörmətlə,
Elxas Comərd

AYB-nin, “İti Qələm” Respublika Ədəbi Birliyinin və “Ağsu Yazarları” Ədəbi Birliyinin üzvü.

Son xəbərlər

Berlindəki terror aktı - miqrantlara qarşı yeni təbliğat - ŞƏRH

Ombudsman əcnəbi vətəndaşın müraciətini təmin edib

MEDİA: İranın "Səhər" telekanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilir

Corcia Meloni: İtaliyada "No TAV" hərəkatının aksiyasında 120 polis əməkdaşı xəsarət alıb

"Neftçi"nin "Dinamo" ilə oyun üçün Bolqarıstana səfər proqramı müəyyənləşib

Çində daşqın nəticəsində 10 nəfər ölüb, 23 nəfər yaralanıb

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə minib

Azərbaycanda startaplar və vençur mühiti ilə bağlı qanun qüvvəyə mindi

Sabah külək əsəcək, 41 dərəcə isti olacaq

“Bizi oradan çıxardılar...” - Narazı rəssamlara rəsmi cavab

Bakıda ağac bir nəfərin üzərinə aşdı - Nazirlikdən açıqlama

Azərbaycanda bu şəxslər 7 min manatadək cərimələnəcək

Zelenski: Rusiyanın neft bazalarına yeni zərbələr endirilib

Qızılın qiyməti yenidən yüksəldi

Cəlilabadda Ustad Niftalı Göyçəlinin kitab təqdimatı...

Anar Quliyev Xaçmazda vətəndaşları qəbul edəcək

VƏTƏN AŞİQLİYİ - FOTOLAR

Ağdamın Kəngərli və Papravənd kəndlərində baş verən yanğınlar söndürülüb

MÜTDA: MİQ ballarının şəxsi səhifələrdə əks olunması vakansiya seçimi başlanılmadan əvvəl təmin ediləcək

Xidmət: Bakıda və Abşeronda tozun miqdarı normadan artıqdır

33 yaşlı kişi Qarabağ kanalında batıb

KİV: "Kheibar Shekan" İranın raket arsenalında əsas silahlardan birinə çevrilib

Ordumuzun hərbçisi vəfat etdi

Kolbasa və sosis xərçəng yaradır?

"Yayın kabusu"na qarşı ən təhlükəsiz və səmərəli üsul

"Aerokosmik Modelçilik Festivalı 2026"nın kateqoriyaları açıqlanıb

Pirallahı və Qala qəsəbələrində qaz kəsiləcək

Elatın ruhu yaşadıqca millətin yaddaşı da yaşayır – Şərafəddin İLKİN yazdı

Bütün xəbərlər
«    İyul 2026    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031