Bu gün “Ağsu Yazarları” Ədəbi Birliyinin dəyərli üzvlərindən, sözə həssas yanaşması, duyğulu qələmi və səmimi insanlığı ilə seçilən Mərziyə xanım Sarvanın doğum günüdür.

Bəzən insanın özünü ifadə etməyə çox sözə ehtiyacı olmur. Bir neçə misra kifayət edir ki, onun qəlbinin işığını da, ağrısını da, sevgisini də duyasan. Mərziyə xanımın şeirlərində də məhz belə bir doğmalıq yaşayır. Onun misralarında həyatın sevinci də var, nisgili də, sədaqəti də, insan ruhunun incə çırpıntıları da…
Şair qələmi yalnız söz yazmır — həm də duyğu yaşadır. Mərziyə xanımın poeziyası oxucunu yorub keçmir, əksinə, ürəyə toxunub düşünməyə vadar edir. Bu isə hər qələmə nəsib olan xüsusiyyət deyil.Ədəbi mühitdə mətbuat katibi kimi fəaliyyəti, yazarlarla səmimi münasibəti, söz adamlarına göstərdiyi diqqət və qayğı onu sevdirən əsas cəhətlərdəndir. Çünki insanın yazdığı qədər, yaşatdığı münasibət də önəmlidir.

Hörmətli Mərziyə xanım!
Yeni yaşınız sizə sağlamlıq, xoş günlər, ailə səadəti və bol yaradıcılıq uğurları gətirsin. Qoy ömrünüzün hər günü könlünüzdəki işıq qədər aydın, misralarınız qədər duyğulu olsun. Yazdığınız şeirlər ürəklərdə yaşasın, sözünüz həmişə qiymətini tapsın.
Doğum gününüz mübarək olsun!
Qəlbinizin incəliyi, sözünüzün gözəlliyi daim sizinlə yol yoldaşı olsun.

Xoş arzularla,

Elxas Comərd.
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.






Son xəbərlər

MURAD MƏHƏRRƏM : XƏSTƏ HALIMIN ŞEİRİ - FOTO

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930