Sənubər Səhər

Qəlbimizə nəzarətə hələ ki, hakim kəsilməyib. Beynimizin fəaliyyəti ilə bağlı yeni iddialara inam da fərqlidir.
İnamın mənbəyini harda axtaraq?

Son dövrlərdəki məlumatların həcmini necə qavraya bilirik?
İnsan yaranışı ömür boyu davam edirmiş. Bədənimiz qocalır. Beyin, ürək yeni doğumlara dirənir. Ömür boyu nə isə öyrənsək də, öyrənməsək də həyat bizi öyrədir, yaşadır, dəyişir, yaralayır, sağaldır...
Bəs biz nə edirik? Bacarıqlarımızı həyata “sırımağa” çalışırıq.
Həyat, həyatdakılar onu qəbul etsə də, etməsə də haqlı olduğumuzu əldən vermirik – bəzən səhvlərimizi özümüz də görsək...
Bəlkə də bu hamıya aid deyil.
Məncə, fərqlilər çox azdır.
Niyə? Bu sualın da cavabı çətindir.
Özünəinam, öz istəyinə hücum yaranışdan bizi müşayiət edir.
Nə etsək də, nə öyrənsək də (bunların bir çoxu bəziləri üçün məcburi olsa da) ana bətnində yaranan həyati baxışlar ömür boyu bizi tərk etmir.
Beynimiz, qəlbimiz divarlara çırpıla-çırpıla getsə də düz yol görən kimi oynamağa da vaxt tapır.
Çırpıntılarsa düşünməyə, işləməyə, öyrənməyə məcbur edir.
Yaranış simamızın müşayiəti ilə...
Fərqli simalar fərqli mühitlərə sığınır. Hər kəs onu başa düşən insanların əhatəsində olmaq istəyir.
Mübarizə də tək mümkün deyil – həyatın heç bir sahəsində.
Beynimizin və qəlbimizin kölə olduğu həyatda hakimlik zirvəsinə bəs necə gedirik?
Həyati, elmi, mənəvi, maddi, fiziki bacarıqların zirvə hesab etdiyimiz məkanı müvəqqəti və sual dolu varlıq anlamını dəyişirmi?
Əlbətdə ki, yox.
Bütün sualların cavabı sual doğurur.
Yeganə həqiqət ölümdür. O da artıq sual doğurur – niyə ölürük?
Əbədi dünyanın varlığına necə inanaq? Allahı kim yaradıb?
Həyat davam etdikcə sualların sayı artır...
Beynimiz hərdən donur, sonra yenə həyata dirsəklənir?
Bəli, həyat – yaşadığımız həyat nə tələb edirsə ona inanaq.
Arzularımızın, bacarıqlarımızın reallaşdığı hər günə şükür edək.
Malik olduğumuz hər bir gözəl xüsusiyyətdən və öyrəndiyimiz gözəl kəlamlardan uzaq olmayaq. Qəlbimizə rahatlıq gətirən şükür və səbr sual altda qalmasın...
Öyrənək, öyrədək, gözləyək...



Son xəbərlər

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Öyrənək, öyrədək, gözləyək...

Azərbaycanda toy qaydaları dəyişir? - 120 nəfər, 2 saat...

Sabah rayonlarda arabir yağış yağacaq

Keçmiş nazir uzun müddət sonra "Beşiktaş"ın matçında görüntüləndi

Dünya düzəlmir... ( Məmməd Araz ) - FOTO

Bu ilin 8 ayında pensiyalara 5 milyard 222 milyon manat vəsait yönəldilib

Afra Saraçoğlu da saxlanıldı

CeyLoya bənzərliyi ilə gündəm oldu - Fotolar

Qızının adı həmin mahnı ilə bağlıdır

İlk sərhədçi general vəfat etdi

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Vaqifin məqbərəsi önündə — Şuşada

Milli Məclisdə qida təhlükəsizliyi ilə bağlı ictimai dinləmələr keçiriləcək

"Formula 1" yarışı zamanı Bakıda məhdudiyyət qoyulacaq və hərəkətə icazə veriləcək yolların siyahısı açıqlanıb

Azərbaycan XİN Çilini Müstəqillik Günü münasibətilə təbrik edib

Premyer Liqa: "Neftçi" və "Qarabağ" bu gün növbəti oyunlarını keçirəcəklər

Bu gün Azərbaycanda Milli Musiqi Günüdür

Bakıda Qədim Sazın və Sözün Möhtəşəm Zəfəri - FOTOLAR

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930