ŞAİRLƏR NECƏ BİRİ OLURLAR?

Qəlbi məhəbbətlə döyünən ,vuran,
Şeir adamıyıq, söz adamıyıq.

Bu yaxınlarda, "Ağsu Yazarları" Ədəbi Birliyinin dəyərli üzvü, gözəl şairimiz Mərziyə Sarvana ünvanlanan yuxarıdakı sual, məni hələ orta məktəb dövründən düşündürüb. Elə bu həvəsdən hələ o vaxtlar, istəyimə cavab tapmaq ümüdi ilə tanınmış şair və yazıçıların həyat və yaradıcılığına həsr edilmiş tanınmışların xatirə yazıları olan kitabları alıb böyük həvəslə oxuyurdum. Həmin vaxtlar, yaradıcı insanlar haqqında onları tanıyan dostların yazdıqları bütün xatirələr mənim üçün əvəzsiz, ruhumu sakitləşdirən, məni düşündürən suala cavab olan bir nemət idi. Hətta bu kimi yazıları oxuyub qurtarandan sonra da, yenə özüm - özümə sual edirdim. - "Şairlər necə biri olurlar".
Amma bu oxuduqlarıma rəğmən, düşüncə qənaətimə görə fikirləşirdim ki, şairlər maddiyyatdan kasıb olsalarda həmişə sözün odunda yanan, mənəviyyatca zəngin biridilər. Hətta bəzilərinin, taleyin qismətində çox ağrılı-acılı ömür yaşadıqlarından da xəbərdar olmuşam. Amma, onlar heç zaman, istər qismətdən, istərsədə kimlərinsə yaratdığı çətinliklərdən qorxmub. Yəni, şairlərin bir çoxu, heç vaxt ehtiyac qarşısında sınmayıb...
Müasir ədəbiyyatımızda yetərincə sözün demiş, 64 kitab müəllifi, alim, şair, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin sədri Raqif Nazimoğlu birliyə gələn hər bir yeni üzvlə söhbəti əsnasında tez-tez işlətdiyi bir ifadəsi yadıma düşdü: - "Şair mübariz olmalı, sözünün cəsarətini öz cəsarətindən üstün saxlamalıdır". Gözəl şairəmiz Mərziyə Sarvanın birliyin qrup paylaşmasında müzakirəyə çıxardığı" SÖZ ADAMIYIQ" şeiri, düşüncələrimi bu sual ətrafında yenidən tarıma çəkdi. Ona görə yazıya giriş olsun deyə, yuxarıdakı xatirələrimi diqqət mərkəzinə çəkdim.
Şair Mərziyə Sarvanın, - "Şairlər necə biri olurlar?" - deyən birinə ünvanladığı, - "SÖZ ADAMIYIQ" şeirini, sual ətrafında çox gözəl, özünəməxsus tərzdə belə nəzimə çəkir.
Verdiyin suala budur cavabım,
Biz əyri dünyanın, düz adamıyıq,
Fürsət axtarmırıq, quyu qazmırıq,
Böyük Yaradanın öz adamıyıq.

Bəli, həqiqətən də, bu "əyri dünyanın, düz" adamı olub, heç kimə "quyu" qazıb, pislik etməyən, ilahi mərhəmətinə sığınan, "Böyük Yaradandanın öz adamıyıq" - deməklə, şair fikrini obrazlı şəkildə belə davam etdirir ;
Cismini alovlar yandıran qorsan,
Nələrdən keçmişəm, fərqinə varsan
İlahi, sən özün bizlərə yarsan,
Hər şey düzələcək, döz adamıyıq.

Yəni, bir şair olaraq haqsızlıq görəndə cismini alovlar yandıran, - "Nələrdən keçmişəm, fərqinə varsan"- görərsən ki, Allahın rəhməti olan səbr adamı," döz adamıyıq" - deyən şair daha sonra ərz edir.
Bizim sinəmizə çəkilib dağlar,
Solubdur çiçəkli baxçalar, bağlar.
Üzümüz gülsə də, gözümüz ağlar
Bağrı şan-şan olan köz adamıyıq.

Oxuduqlarımızdan da bilirik ki, haqqı yazdığına görə dövrünün şairlərinin bir çoxunun məcazi mənada sinəsinə çalın -, çarpaz dağlar çəkilmiş, ümüd dolu çiçəkli bağça-bağları solmuş, amma, həmişə üzü gülüb, gözü ağlayıb. Çünki, - "Bağrı şan-şan olan köz adamıyıq".
Haqsızlığa heç vaxt boyun əyməyən,
Bir kimsənin söz haqqına dəyməyən,
Boş-boşuna sinəsinə döyməyən,
Arifə işarə , göz adamıyıq.

Bəli, şair bütün bunların niyə belə olduğunu bu bənddə sual verən şəxsə və bu düşüncədə olan oxucusuna, haqsızlığa boyun əyməyən, bir kimsənin hətta söz haqqına dəyməyən,-"Boş-boşuna sinəsinə döyməyən" - arif, gözdən, baxışdan anlayan biridi.
Keçilməz səddlərin önündə duran,
Könül sarayında min xəyal quran,
Qəlbi məhəbbətlə döyünən ,vuran,
Şeir adamıyıq, söz adamıyıq.

Gözəl şairəmiz Mərziyə Sarvan bu şeiri ilə qəlbinin səsinə qulaq asaraq ona verilən - "Şairlər necə biri olurlar?"-sualına möhtəşəm bir cavabdır. Şairin yaradıcılığına bir neçə dəfə müraciətimə baxmayaraq, həmişə məni sözlə çəkdiyi tablo ilə üzbəüz qoyanda düşüncəmi yazanda ruhən sakitləşmişəm. Bu dəfə də belə oldu...
Hörmətli şairimizə yeni-yeni yaradıcılıq uğurları diləyirəm. İnanıram ki, şairəmiz Mərziyə Sarvan gözəl yaradıcılığı ilə bundan sonra da oxucusunu sevindirəcək.
Böyük səmimiyyətlə,
Elxas Comərd,

AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və "Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü.

Son xəbərlər

İlon Mask 4 uşağının anasından ayrıldı

"Anne yarısı"nda daha bir aktyor - FOTO

Cəbrayılın azad olunmasından 6 il ötür

“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım

PAYIZ–TƏBİƏTİN DEYIL, İNSANIN İÇİNDƏ YAŞANAN BİR FƏSİLDİR.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il keçir

Məlahət Behbudqızı ✍️ : Bəzi yağışlar insanın ürəyinə yağar... - FOTO

Gülnarə Məhəmmədqızı : ƏBƏDİ İLQAR - FOTO

Ömrün İşıqlı Zirvəsi - FOTO

"Xalqımız xilaskarlıq missiyasını Ulu Öndər Heydər Əliyevdə görürdü"

Ərdoğan Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını etdi - FOTOLAR

ƏZİZƏ AĞAHÜSEYNQIZI : MÜCİRƏDDİN BEYLƏQANİ - FOTO

Şərafəddin Ilkin : Qarşıdan sənin doğum günün gəlir, Bali... 8 oktyabr... FOTO

Zülfiyyə İsmayıl : Sənə baxır gözlərim - FOTO

Üzr tələbinə raketlə cavab verdilər

Sözdən düşüncəyə gedən yol.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən bloger niyə cəzalandırılmır?

“Turan Tovuz” Bakıda “Fənərbaxça”ya məğlub olub

Bessent ABŞ və Çinin süni intellekt planlarını sızdırdı

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Quba-Xınalıq yolu bağlandı

Azərbaycan banklarının depozit portfeli 46 milyard 53 milyon manat təşkil edib

Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var

Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

NİİM: Bir sıra yollarda sürət həddi endirilib, portallarda “sürüşkən yol” işarəsi aktivləşdirilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031