ŞEİR - ŞAİR  DUYĞUSUNUNUN  NÜBARIDI,YA ŞİRİN  OLSUN, YA TURŞ - FOTO
Yaradıcı insan öz duyğusunu, öz həyatını, öz taleyini yazar. Bu kimi deyilmiş fikirləri bir yerə cəm edib razılaşmaqda olar. Amma, bəzən həyatda elə yaradıcı insan olub ki, onun yazdığı bədbin yaradıcılıq nümunəsi, onun həyat tərzinə heç uyğun gəlməyib. Düşünə - düşünə qalırsan ki, axı tanıdığım bu şəxs, bu cür insan deyil. Ona görə də, başlığa çıxardığım fikir, mənim üçün qənaətimin tam məntiqi nəticəsi oldu.
Səhər-səhər tezdən, "Ağsu Yazarlar" Ədəbi Birliyinin cəfakeş, fəal, təşkilatçılığı ilə hamını heyran qoyan Mərziyə Sarvan yaradıcılığından birliyin bu günki qurup paylaşmasına düşən

"AXTARMIRAM", - bu şeiri, tanıdığım MƏRZİYƏ SARVAN ilə şeir uyğunsuzluğu, bunları yazmağa məni məcbur qoydu. Həqiqətən anladım ki, şeir - şair duyğusunun nübarıdı. Ya şirin olsun, ya turş...
Gəldiyim qənaətin bir bariz nümunəsi də odur ki, şair, həmdə hər cür insanın bu həyatda durduğu vəziyyətə uyğun oynamağı bacaran aktyordur.
ŞEİR - ŞAİR  DUYĞUSUNUNUN  NÜBARIDI,YA ŞİRİN  OLSUN, YA TURŞ - FOTO

Aktyor, insan obrazını necə gözəl, yaddaqalan, möhtəşəm yaradırsa, şair də, onun qəlbinə höpan, duyğusuna hakim kəsilən insanın düşüncələrini sözlə, obrazlı şəkildə ifadə edib çatdırandı.
Mərziyə Sarvan yaradıcılığına, bu şeirə qədər bir neçə dəfə müraciət etmişəm. Həmişə mən onun yaradıcılığında mükəmməlliyi doğru bir sıçrayış görmüşəm. Bu gündə məni buna vadar qoyan bu şeirindəki sıçrayış, məhz Mərziyə Sarvan duyğusuna olan həmin istəkdən irəli gəldi.
Şair, həyatda naümüd adamların, taleyinə yazılmış qismətdən bəxti gətirməyənlərin obrazını sözlə elə gözəl canlandırıb ki, onu oxuyub, yanından laqeyid keçməyə insan özündə cəsarət tapmaz. Odur ki, bu deyilənlərlə razılaşıb, məndə, buna laqeyd qala bilmədim.
Bitib ümüdlərim,tükənib səbrim,
Qaralmış ocaqda köz axtarmıram.
Hər kəsdən əlimi üzmüşəm daha,
Arxamca baxacaq göz axtarmıram.

İnsan nə qədər acı-ağrı çəkib, belə düşünmək məcburiyyətində qalırsa, şairdə onu o cür, olduğu kimi ifadə edə bilir.
Ağrı-acılara sanki əsirəm,
Heç özüm bilmirəm, nəyəm, nə sirrəm?
Elə qəhərlənib,elə küsürəm,
Başımı qoyacaq diz axtarmıram.

Qismətinə yazılan ağrının, acının insan qəlbində yaratdığı küskünlük, onun bu həyatda, nə, kim olduğunun acısını, ağrısını biruzə verir. Yerini tapa bilmir bu qismət içində.
Bilmirəm həyatda nəyəm, necəyəm,
Bir nurlu sabaham, zülmət gecəyəm,
Sətirəm, misrayam, yoxsa hecayam?
Dərdimi yazmağa söz axtarmıram.

Bezmiş bir insan obrazının bundan gözəl, bundan səlis yəqin ki, bir izahı ola bilməz ki, onu da Mərziyə Sarvan dilə gətirib, nəzim çəkib.
İtirib mənasın gözümdə həyat ,
Doğruya yer vermir qoca kainat,
Daha əvvəlkitək olub narahat,
Dərə-təpə gəzib,düz axtarmıram.

Bəli, daha ümüdsüz qalan, bu həyatdan bezən, axtardıqlarını tapmayan, daha cəhdlərinin əbəssiz olduğunu görən, heç nə axtarmayın, axtarışını faydasız olduğunu görən insan obrazının canlandıran şairə, bu şeirinin son bəndi ilə fikrimi tamamlayıb,
Nə yaxşı tanıyıb,nə yad seçirəm,
Zəhər qədəhini məcbur içirəm,
Sakitcə baxıram,ötüb keçirəm,
Hər şeydə bir məna, iz axtarmıram.

sakitcə ötüb, keçənlərə baxma deyib, yazıb yaratmaq diləyirəm.

Elxas Comərd,
"İti Qələm" Respublika Ədəbi Birliyinin və
"Ağsu Yazarları " Ədəbi Birliyinin üzvü.

Son xəbərlər

İlon Mask 4 uşağının anasından ayrıldı

"Anne yarısı"nda daha bir aktyor - FOTO

Cəbrayılın azad olunmasından 6 il ötür

“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım

PAYIZ–TƏBİƏTİN DEYIL, İNSANIN İÇİNDƏ YAŞANAN BİR FƏSİLDİR.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il keçir

Məlahət Behbudqızı ✍️ : Bəzi yağışlar insanın ürəyinə yağar... - FOTO

Gülnarə Məhəmmədqızı : ƏBƏDİ İLQAR - FOTO

Ömrün İşıqlı Zirvəsi - FOTO

"Xalqımız xilaskarlıq missiyasını Ulu Öndər Heydər Əliyevdə görürdü"

Ərdoğan Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını etdi - FOTOLAR

ƏZİZƏ AĞAHÜSEYNQIZI : MÜCİRƏDDİN BEYLƏQANİ - FOTO

Şərafəddin Ilkin : Qarşıdan sənin doğum günün gəlir, Bali... 8 oktyabr... FOTO

Zülfiyyə İsmayıl : Sənə baxır gözlərim - FOTO

Üzr tələbinə raketlə cavab verdilər

Sözdən düşüncəyə gedən yol.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən bloger niyə cəzalandırılmır?

“Turan Tovuz” Bakıda “Fənərbaxça”ya məğlub olub

Bessent ABŞ və Çinin süni intellekt planlarını sızdırdı

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Quba-Xınalıq yolu bağlandı

Azərbaycan banklarının depozit portfeli 46 milyard 53 milyon manat təşkil edib

Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var

Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

NİİM: Bir sıra yollarda sürət həddi endirilib, portallarda “sürüşkən yol” işarəsi aktivləşdirilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031