Turaztv.az » Xəbərlər » ƏZİZƏ AĞAHÜSEYNQIZI : MÜCİRƏDDİN BEYLƏQANİ - FOTO
Xəbərlər

ƏZİZƏ AĞAHÜSEYNQIZI : MÜCİRƏDDİN BEYLƏQANİ - FOTO

04.10.2026, 00:01 3
ƏZİZƏ AĞAHÜSEYNQIZI : MÜCİRƏDDİN BEYLƏQANİ - FOTO
Doğma yurdda doğulmusan,
Türk oğlu, türk çağrılmısan,
Şeiriyyatla yoğrulmusan,
Mücirəddin Beyləqani.

Əsrlərdən ələnən səs,
Yamanlığa söylədin-bəs!
Ay özü, sözü müqəddəs,
Mücirəddin Beyləqani.

Yazdıqların ruhda, canda,
Saxlanılır Vatikanda.
Abidən var Beyləqanda,
Mücirəddin Beyləqani.

Nizamidən çoxdur yaşın,
Xəqanidir ruh qardaşın,
Təbrizdədir məzar daşın,
Mücirəddin Beyləqani.

Qız nəvənəm, arzum uca,
Haqq yolunu Cərciz aça!
Sevdim səni heca-heca,
Mücirəddin Beyləqani.

Sənə doğru addım atdım,
Söz mülkündə ocaq çatdım,
Adına məclis yaratdım,
Mücirəddin Beyləqani.

24.09.2026

Oxşar xəbərlər