Xəbərlər
Ad günün mübarək, əziz qardaşım! - FOTOLAR
BELA ZƏNGİBASARLI
ƏZİZ QARDAŞIM
(Şair dostum, Qəzənfər bəyə)
Şairsən, ustadsan, elin Borçalı,
Vəfa, etibarın sənsən timsalı.
Ömür yaşayırsan gözəl, mənalı,
Ad günün mübarək əziz qardaşım!
Kəlmələr dilindən bal tək süzülür,
Mirvari tək bir-bir sapa düzülür.
Ürək gah sevinir, gah da üzülür,
Ad günün mübarək əziz qardaşım!
Təbiət vurğunu, söz xiridarı,
Böyük söz mülkünün şahı, Sərdarı.
Sevgi dünyasının ay vəfadarı,
Ad günün mübarək, əziz qardaşım!
Ömrün qışıdırmı, yoxsa ki, yazı?
Dillənsin könlünün nəğməli sazı
Üçrəqəmli ömür yaşa ən azı,
Ad günün mübarək, əziz qardaşım!
Qəzənfərsən, hələ bitməyib sözün,
Hamıya bəllidir saflığın, düzün.
Tanrı qarşısında ağ olsun üzün,
Ad günün mübarək, əziz qardaşım!
ÇOX DƏYƏRLİ DOSTUMUZ, QARDAŞIMIZ, USTAD ŞAİR, HAMIMIZIN HÖRMƏTLİSİ-QƏZƏNFƏR MƏSİMOĞLUNU DÜNYAYA GƏLİŞİ MÜNASİBƏTİLƏ, ƏN XOŞ ARZULARIMLA TƏBRİK EDİRƏM.
SAĞLIQLI ÖMÜRLƏ, MƏNALI HƏYATLA İLLƏRİNİ BİR-BİRİYLƏ ƏVƏZ ETSİN VƏ HƏR ZAMAN UĞULARI BOL OLSUN.
YENİ YAŞI DÜŞƏRLİ OLSUN VƏ BÜTÜN ARZULARINI GERÇƏKLƏŞDİRSİN.
DÜNYAYA GƏLİŞİ ÇOX MÜBARƏK!
ƏZİZ QARDAŞIM
(Şair dostum, Qəzənfər bəyə)
Şairsən, ustadsan, elin Borçalı,
Vəfa, etibarın sənsən timsalı.
Ömür yaşayırsan gözəl, mənalı,
Ad günün mübarək əziz qardaşım!
Kəlmələr dilindən bal tək süzülür,
Mirvari tək bir-bir sapa düzülür.
Ürək gah sevinir, gah da üzülür,
Ad günün mübarək əziz qardaşım!
Təbiət vurğunu, söz xiridarı,
Böyük söz mülkünün şahı, Sərdarı.
Sevgi dünyasının ay vəfadarı,
Ad günün mübarək, əziz qardaşım!
Ömrün qışıdırmı, yoxsa ki, yazı?
Dillənsin könlünün nəğməli sazı
Üçrəqəmli ömür yaşa ən azı,
Ad günün mübarək, əziz qardaşım!
Qəzənfərsən, hələ bitməyib sözün,
Hamıya bəllidir saflığın, düzün.
Tanrı qarşısında ağ olsun üzün,
Ad günün mübarək, əziz qardaşım!
ÇOX DƏYƏRLİ DOSTUMUZ, QARDAŞIMIZ, USTAD ŞAİR, HAMIMIZIN HÖRMƏTLİSİ-QƏZƏNFƏR MƏSİMOĞLUNU DÜNYAYA GƏLİŞİ MÜNASİBƏTİLƏ, ƏN XOŞ ARZULARIMLA TƏBRİK EDİRƏM.
SAĞLIQLI ÖMÜRLƏ, MƏNALI HƏYATLA İLLƏRİNİ BİR-BİRİYLƏ ƏVƏZ ETSİN VƏ HƏR ZAMAN UĞULARI BOL OLSUN.
YENİ YAŞI DÜŞƏRLİ OLSUN VƏ BÜTÜN ARZULARINI GERÇƏKLƏŞDİRSİN.
DÜNYAYA GƏLİŞİ ÇOX MÜBARƏK!















