Xəbərlər
Süni intellektə danışdığınız sirlər satışa çıxarıla bilər – XƏBƏRDARLIQ
Süni intellektlə paylaşdığınız şəxsi məlumatlar, ailə sirləri və məxfi yazışmalar bir gün tanımadığınız şirkətlərin əlinə keçə bilər.
Süni intellekt şirkətlərinin mümkün maliyyə böhranı milyonlarla insanın şəxsi məlumatlarını təhlükə altına sala bilər.
Məqalədə bildirilir ki, süni intellekt texnologiyalarının hazırlanması və saxlanılması böyük maliyyə vəsaiti tələb edir. Bu səbəbdən bəzi şirkətlərin müflisləşməsi və ya başqa müəssisələrə satılması ehtimalı var.
Əsas təhlükə isə həmin şirkətlərin topladığı məlumatların sonrakı taleyi ilə bağlıdır.
BBC nümunə kimi Character.AI platformasını göstərir. Şirkətin müflisləşməsi fonunda istifadəçilərin şəxsi yazışmalarının və digər həssas məlumatlarının satılması ehtimalı ciddi narahatlıq yaradıb.
Elektron Məxfilik İnformasiya Mərkəzinin nümayəndəsi Kalli Şröder bildirib ki, insanlar süni intellektlə söhbət edərkən çox vaxt adi ünsiyyətdə açıqlamadıqları şəxsi məlumatları bölüşürlər.
Ekspertin sözlərinə görə, təhlükə yalnız həmin xidmətlərdən istifadə edənlərlə məhdudlaşmır. Çünki insanlar söhbətlərində dostları və ailə üzvləri haqqında da məxfi məlumatlar paylaşırlar.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, müflisləşən şirkətlərin məlumat bazaları yeni sahiblərin əlinə keçdikdə həmin informasiyalar reklam, istifadəçi profillərinin yaradılması və süni intellekt modellərinin təlimi üçün istifadə oluna bilər.
İstifadəçilərə həssas məlumatları çatbotlarla paylaşmamaq, artıq istifadə etmədikləri platformalardakı yazışmaları və şəxsi məlumatlarını silmək tövsiyə olunur.
РесурсFacebookWhatsAppTelegram