Xəbərlər
Gürcüstan prezidenti 232 məhkumu əfv etdi
Gürcüstan prezidenti Mixeil Kavelaşvili Müqəddəs Georgi Günü (Giorqoba) münasibətilə 232 məhkumu əfv edib.
"Turaztv.az" "Unikal"-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının administrasiyası məlumat yayıb.
Bildirilib ki, əfv olunanlardan 216-sı həbsdə olan məhkumlar, 16-sı isə azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza çəkən şəxslərdir.
Qeyd edək ki, Gürcüstanda noyabrın 23-də qeyd olunan Giorqoba, ölkənin ən mühüm dini bayramlarından biridir. Bu gün dövlət bayramı və qeyri-iş günü hesab olunur.
















