Xəbərlər
Ronaldonun dünyada ən böyük heykəli ucaldıldı
Portuqaliyalı futbolçu Kriştiano Ronaldonun dünyada ən böyük heykəli Çinin Şanxay şəhərində yerləşən Ronaldo muzeyində quraşdırılıb.
Muzey böyük univermağın üçüncü mərtəbəsində yerləşir. Burada futbolçunun həyat və karyerasına aid maraqlı eksponatlar, eləcə də onun çıxışları ilə bağlı xatirə əşyaları nümayiş etdirilir.
Ziyarətçilərin diqqətini daha çox cəlb etmək məqsədilə muzeydə Ronaldonun yeddi metr hündürlüyündə heykəli quraşdırılıb. Bu, portuqaliyalı futbolçuya həsr olunmuş dünyanın ən böyük daimi heykəli hesab edilir.
Heykəldə Ronaldo Portuqaliya millisinin formasında, məşhur "SIU" qol sevincini nümayiş etdirərkən təsvir olunub.
Heykəlin təqdimatını muzeyin sahibləri - Ronaldonun böyük qardaşı Uqu Aveyru və yaxın dostu Migel Payşau həyata keçiriblər.
2026-cı ilin noyabr ayının əvvəlində Şanxayda ilk Ronaldo muzeyinin açılışı olub. Bundan əvvəl Honkonq Xüsusi İnzibati Rayonunda da oxşar muzey fəaliyyət göstərirdi.
















