Vaxtilə bu tarixi səbirsizliklə gözləyərdik. Səni sevən dostlar bir yerə yığışar, birlikdə qeyd edərdik. Dostlarla süfrə arxasında oturmağı çox sevirdin. İndi isə 8 oktyabr yaxınlaşdıqca kədərlənirəm. Bir doğum günü də sənsiz gəlir.
Səni düşünmədiyim bir gün belə yoxdur. Ən qəribəsi də budur ki, insan sevdiyi adamın yoxluğuna illər keçsə də alışa bilmir.
Beş il keçib, Bali...

Amma inan, bu beş ildə səni unutduğum heç beşcə saat da olmayıb. Hələ də yoxluğuna inana bilmirəm. Gözlərimin önündə dəfn olunmağın, məzarının başında dayanmağım belə məni sənin ölümünə inandıra bilmir. Gözümlə görsəm də, ürəyim qəbul etmir.
Hər gün xəyalınla danışıram. Tez-tez telefonuma baxıram ki, görüm, səndən zəng gəlibmi? İçimdə qəribə bir ümid yaşayır. Elə bilirəm, bir gün yenə zəng edəcəksən, səsini eşidəcəyəm, dərdləşəcəyik, zarafatlaşacağıq...
Sonra yadıma düşür ki, o zəng daha gəlməyəcək.
Amma insanın sevdiyi adamla söhbəti onun ölümü ilə bitmir ki... Sadəcə söhbətin ünvanı dəyişir. Sənlə indi səsli yox, səssiz danışıram. Cavabını eşitməsəm də, içimdə sanki yenə sənə müraciət edirəm.
Səndən yadigar qalan şəkillərin, təkrarsız ifaların, unudulmaz xatirələrin var. İllər keçir, amma onlar köhnəlmir. Əksinə, hər keçən il sənin yoxluğunu daha çox hiss etdirir.
Səndən, Şahindən sonra dünyamda böyük bir boşluq yaranıb. Hər şeyin dadı qaçıb — toyların da, şəhərin də, hətta qidanın da. Əvvəllər sevindiyim şeylərin çoxu indi əvvəlki kimi sevindirmir. Çünki bəzi sevinclərin dadı onları bölüşdüyün insanlarla bağlı imiş.
Səndən, Şahindən sonra çox yazıqlaşmışam, Bali.
Daha özümü məğrur saymıram. İnsan doğmalarını itirəndə anlayır ki, həyatda özünü nə qədər güclü hesab etsə də, bəzi ayrılıqlar qarşısında tamamilə acizdir.
Bir vaxtlar elə bilirdim ki, insan hər şeyə öyrəşir. İndi bilirəm ki, insan bəzi yoxluqlara öyrəşmir. Sadəcə onları özü ilə daşımağa məcbur olur.
8 oktyabr yaxınlaşdıqca başqa bir şey də yadıma düşür...
Sən sağlığında doğum günün ərəfəsində televiziya kanallarının diqqət mərkəzində olardın. Səni efirlərinə dəvət etmək üçün dəridən-qabıqdan çıxırdılar. Mənə zəng edib xahiş edirdilər ki, səni razı salım. Səninlə efirdə söhbət etmək, ifalarını səsləndirmək, doğum gününü tamaşaçılarla birlikdə qeyd etmək istəyirdilər.
Bəzən bir neçə kanal eyni vaxtda sənin üçün mənə zəng edirdi.
Ad günün yaxınlaşanda səni yada salan, səni görmək və səninlə danışmaq istəyən çox olardı.
İndi isə...
İndi çoxu heç yadına salmır.
Əlbəttə, bir-iki istisna var. Onları ayrıca qeyd etmək lazımdır. Çünki insanın yaxşı günündə yanında olanlarla, yoxluğunda adını yaşadanlar arasında böyük fərq var.
Ötən doğum günündə vaxtilə mənə zəng edib səni efirə dəvət etmək üçün xahiş edənlərin bir neçəsinə özüm zəng etmişdim. Sadəcə yadlarına salmaq istəmişdim.
Amma səs çıxmadı.
Bəlkə də həyatın ən acı həqiqətlərindən biri də budur ki, insan sağlığında ətrafında yaranan səs-küyə baxıb düşünür, bu sevgi heç vaxt bitməyəcək. Sonra bir gün telefonlar susur, dəvətlər kəsilir, xatırlayanların sayı azalır...
Amma xatirələr yaşayır.
Sənli xatirələrim isə heç vaxt unudulmayacaq. Çünki sən mənim üçün sadəcə bir sənətkar, sadəcə bir müğənni deyildin. Sən mənim qardaşım, sirdaşım, dostum idin.
Qarşıdan 8 oktyabr gəlir, Bali...
Bu tarixə əvvəlki kimi sevinclə yox, qəribə bir həsrətlə yaxınlaşıram. Amma istəmirəm ki, sənin doğum günün yalnız ölümünün kədəri ilə xatırlansın. Axı, 8 oktyabr sənin dünyaya gəldiyin gündür.
Bir uşağın dünyaya göz açdığı, bir ailəyə sevinc gətirdiyi, illər sonra özünəməxsus səsi və sənəti ilə milyonlarla insanın qəlbində yuva quran bir SƏNƏTKARın doğum günüdür.
İnsanın həyatdan köçməsi onun yox olması demək deyil.
Nə səni, nə Şahini bir gün belə unutmadım. Bilirəm ki, yeriniz cənnətdir. Cismani yoxluğunuz məni üzsə də, əbədi rahatlığınızdan əminəm. Çünki siz mələksimal, mələkqəlbli idiniz.
Bir-birinizdən muğayat olun, Bali...
Qarşıdan 8 oktyabr gəlir. Yenə sənin doğum günündür. Yenə səni xatırlayacaq, ifalarını dinləyəcəyəm. Və bir də telefonuma baxacağam... Görəsən, zəng gəlibmi səndən?
Bir gün yenə görüşəcəyik.
O günə qədər isə...
Cənnətdəki doğum günün mübarək, əziz, unudulmaz qardaşım.
Görüşmək ümidiylə... (((
Şərafəddin Ilkin

Son xəbərlər

İlon Mask 4 uşağının anasından ayrıldı

"Anne yarısı"nda daha bir aktyor - FOTO

Cəbrayılın azad olunmasından 6 il ötür

“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım

PAYIZ–TƏBİƏTİN DEYIL, İNSANIN İÇİNDƏ YAŞANAN BİR FƏSİLDİR.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il keçir

Məlahət Behbudqızı ✍️ : Bəzi yağışlar insanın ürəyinə yağar... - FOTO

Gülnarə Məhəmmədqızı : ƏBƏDİ İLQAR - FOTO

Ömrün İşıqlı Zirvəsi - FOTO

"Xalqımız xilaskarlıq missiyasını Ulu Öndər Heydər Əliyevdə görürdü"

Ərdoğan Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını etdi - FOTOLAR

ƏZİZƏ AĞAHÜSEYNQIZI : MÜCİRƏDDİN BEYLƏQANİ - FOTO

Şərafəddin Ilkin : Qarşıdan sənin doğum günün gəlir, Bali... 8 oktyabr... FOTO

Zülfiyyə İsmayıl : Sənə baxır gözlərim - FOTO

Üzr tələbinə raketlə cavab verdilər

Sözdən düşüncəyə gedən yol.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən bloger niyə cəzalandırılmır?

“Turan Tovuz” Bakıda “Fənərbaxça”ya məğlub olub

Bessent ABŞ və Çinin süni intellekt planlarını sızdırdı

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Quba-Xınalıq yolu bağlandı

Azərbaycan banklarının depozit portfeli 46 milyard 53 milyon manat təşkil edib

Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var

Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

NİİM: Bir sıra yollarda sürət həddi endirilib, portallarda “sürüşkən yol” işarəsi aktivləşdirilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031