Xəbərlər
4.10.2026, 00:59
Gülnarə Məhəmmədqızı : ƏBƏDİ İLQAR - FOTO

Oxuduq hər dəfə şeir-qəzəldən.
Nəsildən-nəsilə keçdi hər əldən,
Bir miras tək qaldı bizə yadigar.
Bu sevgi yaraşır hər ikimizə,
Özgələr gülməsin qoy sevgimizə.
Ulduzlar göylərdən şahiddir bizə,
Bu eşqin dünyada öz hesabı var.
Sevgi könül sərvət, ruhun butası,
Heyrətə bürünür sehrin sədası.
Ötəri hislərin yoxdur səfası,
Ürəkdə yaşanan etibarı var.
Mən də sevə-sevə öyrəndim bunu,
Nə qədər gözəlmiş sevginin donu.
Bilməzdim belədir eşqin öz yolu,
Hər sevda yolunun bir baharı var.
İki qəlbin teli bir bağlanarsa,
Bir cana söykənib bərk saxlanarsa,
Coşan duyğular tək hey çağlanarsa,
Sevginin əbədi bir ilqarı var.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

