Dahi Nizami yurdu Gəncədə yaşayıb yaradan, AYB və AJB-nin üzvü,şair - publisist Vaqif Vüqar şeirlərini maraq və zövqlə oxuduğum müəlliflərdən biridir.

Şairi dövrü mətbuatda,ədəbi jurnal və portallarda işıq üzü görmüş "Azərbaycan" , "Turan yolu","Zəfərdən elimə seçdim yeni ad","Salam ulu mahal","Oxu məni" ,"Şəhid ağacları...","Yürüş edəcəyik", "Zirvələr qış doğur" kimi mövzu rəngarəngliyi (vətən sevgisi,yurd həsrəti,Qələbədən doğan sevinc və qürur,təbiət) və fəlsəfi dərinliyi ilə seçilən şeirləri ilə tanımışam.Son vaxtlar yazdığı yeni poetik nümunələri isə daha çox Fasebook sosial şəbəkəsindəki səhifəsindən izləyirəm.Hər oxuduğum şeir Vaqif Vüqarı söz adamı,gözəl qələm sahibi kimi yenidən tanıdır.
Vaqif Vüqarın poetik dünyası şeirdən şeirə, obrazdan obraza keçdikcə tədricən bütün mənzərəsi ilə açılır.İlk olaraq,sakit, həssas, qayğılı, bir qədər kədərli,lakin ümidini itirməyən şairlə qarşılaşırsan. Yaradanı və yaradılışı dərindən dərk edən,qənaətlərini,duyğularını Sözə çevirən bir qələm sahibinin səsini duyursan.

Hər yeni şeirini oxuduqca xəyal dünyasının sonsuzluğuna,dünyaya baxışının özünəməxsusluğuna ,fərdi üslubuna,sözün adi mənasından daha geniş məna yaratmaq bacarığına bələd olursan.
Vaqif Vüqarın şeirləri Azərbaycan poeziyasının milli və mənəvi kökləri ilə bağlıdır.Şair ənənəyə sadiq qalmaqla ədəbiyyatın tanış mövzularına öz daxili inamı,fəlsəfi duyumu ilə yanaşır, öz obrazlar aləmini yaradır.Kainat,təbiət,yaradılış,insan və onun hisləri, daşıdığı mənəvi dəyərlər haqqında düşüncələrini təbii şəkildə poetik sözə və duyğuya çevirir.Bu, müasir ədəbi mühitdə öz istiqamətini müəyyənləşdirmiş , dəst-xəttini formalaşdırmış bir yaradıcılıqdan xəbər verir.
Vaqif Vüqarın poetik dünyasına daxil olarkən ilk nəzərə çarpan çəhət sözün sadəliyi ilə düşüncənin dərinliyi arasındakı vəhdətdir. Müəllif mürəkkəb fəlsəfi fikirləri sadə sözlərlə ifadə edir. Yaratdığı obrazlarla oxucunu sözün görünən qatından düşüncənin dərinliklərinə doğru aparır.

Hamının keçdiyi yolu
gəlmədim,
Adsız qalan istəyimin
özü qoca,
sözü cavan.
Sonsuzluğa gedən
yolda apardığım
bir ovuc su,
bir ovuc torpaq.
Bir də yaddaşımda
gümüldəyən xatirələr...


Şair "yol gedir",lakin onun yolu "hamının keçdiyi yol" deyil.O, səhralardan keçən yolçu kimi yaddaşın,itirilmiş zamanın,arzunun və sözün arxasınca gedir.Sonsuzluğa apardığı isə "bir ovuc su,bir ovuc torpaq" və yaddaşındakı xatirələrdir.İki sadə söz ,su və torpaq bütöv bir həyat fəlsəfəsinin daşıyıcısıdır.Xatirələr isə insanı rahat buraxmayan,bəzən də yaşamasına səbəb olan daxili qüvvəni ifadə edir.

Dağları dirsəklənib
düşünən gördüm.
Faniliyin meyvəsidir
dərdimiz...
Dünya köhnə dəyirmandır,
zaman köhnə dəyirmançı
qəm üyüdür...


Vaqif Vüqarın şeirlərində obrazlılıq onun düşüncə tərzinin özüdür, dünyanı qavrama və düşünmə üsuludur.

Mələyin çəkdiyi mənim rəsmimdir.
Böyük arzuların kiçik damına.
Ruhum gecələyən bir quş kimidir,
Çəkilib xəyalın axşamlarına .

Göylər yaradılmış möhtəşəm,dərin
Yağdıqca boşalan buludlu yoldur.
Çayların,göllərin və dənizlərin
İçib göz yaşını təzədən dolur.

Nəyin təsiri var fikirlərimdə,
Ay batar,gün doğar,ulduzlar sönər.
Bir qərib oxuyan şeirlərimdə,
Misralar görünən işığa bənzər.


Şeirdə yaradılan poetik obrazlar bir-birini tamamlayaraq müəllifinin kainat ,zaman,təbiət və insan haqqında düşüncələrini əks etdirir.Şair az sözlə geniş düşüncə məkanı yaradır.Konkret obrazdan çıxış edərək düşüncəni kainatın, təbiətin,insanın daxili aləminin dərin qatlarına yönəldir.Bu xüsusiyyət onun şeirlərinin fəlsəfi yükünü daha da artırır.Oxucu əvvəl obrazların cazibəsinə düşür,daha sonra onların ifadə etdiyi,daşıdığı mənanı axtarmağa və düşünməyə başlayır.
Vaqif Vüqarın poeziyasında kainat təbiətin,
insanın,baş verən hadisələrin və əşyaların vəhdətdə olduğu bütöv varlıq kimi qavranılır.

Quşlar da diksinir oyanır səsə,
Ümmanlar boşalmır,dolur həmişə
Səpilər,yayılar tüstüsü ərşə
Biz yanan ocağın köz tərəfiyik.

Rənglərin anası qaradır,ağdır.
Həyat bildiyimiz isti qucaqdır.
Dünya yanandan bir dörd bucaqdır,
Çəkilən xətlərin düz tərəfiyik.

İşıq libasını əyninə sən gey,
Məhəbbət dilində vəhdətdir yer,göy.
Çalınır,oxunur,yazılır hər şey,
Ulu Yaradanın söz tərəfiyik.


Şeirdə quşun səsi,dolub-daşan ümman, ocağın közü,rənglər,işıq,yer,göy müstəqil təsvir obyektləri kimi qalmır,insanın daxili,mənəvi aləmi ilə əlaqələndirilir."Bir ocağın köz tərəfiyik" misrasında insanın təbiətdən və kainatdan ayrı olmayan mahiyyəti ifadə olunur."Ulu Yaradanın söz tərəfiyik" fikrində isə bu bağlılıq daha da yüksək mənəvi məna qazanır.İnsan yalnız yaradılmış varlıq deyil,həm də düşüncə,söz və sənət vasitəsi ilə yaradılışın mənasını ifadə edən bir tərəfdir.Vaqif Vüqarın şeirlərində diqqət çəkən digər bir cəhət mücərrəd anlayış
ları konkret, duyula bilən obrazlarla ifadə etmək bacarığıdır."Həyat bildiyimiz isti qucaqdır" misra
sında həyat fəlsəfi anlayış olmaqdan çıxaraq insanın duyduğu yaxınlığa,istiliyə və qorunma hissinə çevrilir. "İşıq libası" mənəvi aydınlığın, "yanar ocağın közü" həyat enerjisinin, "yer və göy" isə varlığın bütövlüyünün obrazıdır. Beləliklə,şeirdəki fikir oxucuya təsəvvür və hiss vasitəsi ilə daha aydın çatır.Şair kainat,yaradılış, təbiət və insan münasibətləri kimi mövzulara müraciət etməklə varlığın bütövlüyünü,insanın həmin bütövlükdə yerini və mənəvi məsuliyyə
tini araşdırır.Təqdim olunan şeir də məhz bu poetik-fəlsəfi axtarışın gözəl nümunəsidir.
Vaqif Vüqarın kainat və təbiətlə bağlı düşün
cələrinin mərkəzində insan dayanır.İnsan təbiət və yaradılışın bir hissəsi olmaqla yanaşı,onu dərk etməyə,mənalandırmağa, öz davranışı ilə həmin bu bütövlüyə münasibət bildirməyə qadir bir varlıqdır.

Burax ətəyini təsadüflərin
Gəlmişik,getmişik bizdən iz qalıb
Dünəni yaşayıb qışa ötürən
Baharın doğulan sabahıyıq biz.

Bu vəhdət,zərurət ,bu da həqiqət
Heç nə yaranmayıb məkansız,yurdsuz
Yaşamaq sirrini bizə öyrədən
Sevgi əbədi səs,dünya hüdudsuz.


Dünya, təbiət,zaman kimi insan da əbədidir. Zaman onun sevgisini,arzularını,kədərini,ağrılarını dəyişə bilmir.
Min ildən sonra
Təzədən dünyaya qayıdan adam,
Qoyub getdiyi daxmasını təzələyir.
Onu qarşılayanlar arasında
uşaq boyda gülüş var,
Qoca yaşda qüssə,qəm..

Zaman hadisələrin ardıcıllığı,həm də insanı və dünyanı sınaqdan keçirən fəlsəfi ölçüdür. Şair zamanın sınaqlarından çıxan insanın dəyişməyən mahiyyətini göstərir. Onun poetik baxışında min ildən sonra belə gülüş,qüssə, sevgi, dağ, çinar, bulud öz varlığını qoruyur. Zaman çox nəsnələri dəyişsə də, min illərdir insanın mahiyyəti, mənəvi duyğuları dəyişmir. Və zamanın fövqündə dayanır.

Hələ gedəsiyəm.
Neçə-neçə min illərdir,
Nə yol bitir,
nə də ömür.
Daş səbrimdən asılan
gümana qala hörürəm.
Yurd bildiyim məkanlarda
Xəyalıma bəzək vuran
sevgi üçün söz qoşuram.
Od nəfəsli şeirləri
ürəyimdə aparıram.


Vaqif Vüqarın poetik dünyasında yol həm insanın zaman içindəki hərəkəti,həm də yaddaş,ayrılıq və mənəvi axtarışın simvoludur. Şair bu yolu əbədiyyətə doğru gedən insanın daxili səfəri kimi təqdim edir.Onun sənətkarlığı da böyük mənaları çox zaman sadə ,lakin emosional və simvolik yüklü obrazlarla ifadə edə bilməsidir.
Müəllifin sənətkarlığının əsas cəhətlərindən biri də yığcam,bir neçə detalla geniş həyat lövhələri yaratmaq bacarığıdır.

Nigaran-nigaran qaçıb yorulur,
Qatarın dalınca yüyürən uşaq.
Atası getdiyi qürbət yoludur,
Özü-öz içində böyüyən uşaq.

Ana tale ilə küsüb barışmış,
Açıb xəritəni baxıb ağlayır.
Orada qar yağır,burada yağış,
Getdiyi günləri barmaqla sayır.

Ev qalır,yurd qalır,bir də körpələr,
Ümidlər asılıb xəyalımızdan.
Uşaqlar görməsin deyə gecələr,
Hər gün qatar keçir vağzalımızdan...


Vaqif Vüqar üç bəndlik kiçik bir şeirdə az sözlə oxucunun təsəvvüründə böyük bir həyat hekayəsini,bir ailənin taleyini canlandırır.Şair hadisəni danışmır,onun ən səciyyəvi ,ən ağrılı detallarını seçir.Uşağın qatarın dalınca qaçma
sı,ananın taleyi ilə küsüb barışması, xəritəyə baxıb ağlaması, günləri barmaqla sayması, uşaqlar görməsin deyə qatarın gecələr keçməsi bütöv bir həyat hekayəsinin poetik fraqmentləridir.Müəllif qatar,xəritə,vağzal kimi gündəlik həyatdan götürülmüş obrazları adi mənalarından çıxararaq emosional və fəlsəfi məna daşıyıcısına çevirir. Bu, Vaqif Vüqarın poetik təfəkkürünün mühüm xüsusiyyətidir.
Vaqif Vüqarın poeziyası hisdən düşüncəyə, obrazdan fəlsəfəyə doğru genişlənən,insanın daxili aləmini zənginləşdirən bir mənəvi yoldur.

Mən uluyam,
Allahın hökm etdiyi
varlıq üçün
fikir qurub,cümlə yazan.
Maddilik aləmindən
ruhlara tərəf gedirəm.
Küləklərin,fəsillərin,rüzgarların
keçdiyi yol məndən keçir...
Hərəmiz bir damla işıq boydayıq,
Dammışıq Tanrının ulduzlarından
Bu yol bizim yoldur,ta yaranışdan,
Bu dünya evidir böyük külfətin...

Şairin şeirlərində oxucunun qarşısına çıxan həmin mənəvi yol onu düşüncəyə yönəldir,öz varlığı,yaddaş və zaman qarşısındakı məsuliyyə
tini dərkə aparır.
Sözün dəyərini bilən Vaqif Vüqar hər zaman Sözlə yaşayır,ona güvənir.Sözü yaşatmaq üçün hər gün onun ətəyindən tutub "maddilik aləmindən" uzaqlaşaraq kamilliyə doğru mənalı, uzun bir yol gedir.

Hər yolun sonunda işıq görünür,
Mən yol adamıyam,fikirlərim dəm.
Ömür yaşamışam soyuq bir ömür,
Baharın əlindən tutub gəlirəm...

Vaqif Vüqarın poeziya yolu "soyuq bir ömrün" ağrılarından, sınaqlarından keçən,daim düşünən, axtaran,düşüncələri yaşanmış illərin içərisində zamanla yetkinləşən şairin yoludur. "Baharın əlindən tutaraq" gələcəyə,işığa inamla gedən Söz adamının yoludur...
P.S. Şairə bu yolda cansağlığı, könül rahatlığı,yeni-yeni yaradıcılıq uğurları diləyirəm.

Sözdən düşüncəyə gedən yol.
Rəfayət Əlimirzəyeva

Son xəbərlər

İlon Mask 4 uşağının anasından ayrıldı

"Anne yarısı"nda daha bir aktyor - FOTO

Cəbrayılın azad olunmasından 6 il ötür

“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım

PAYIZ–TƏBİƏTİN DEYIL, İNSANIN İÇİNDƏ YAŞANAN BİR FƏSİLDİR.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il keçir

Məlahət Behbudqızı ✍️ : Bəzi yağışlar insanın ürəyinə yağar... - FOTO

Gülnarə Məhəmmədqızı : ƏBƏDİ İLQAR - FOTO

Ömrün İşıqlı Zirvəsi - FOTO

"Xalqımız xilaskarlıq missiyasını Ulu Öndər Heydər Əliyevdə görürdü"

Ərdoğan Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını etdi - FOTOLAR

ƏZİZƏ AĞAHÜSEYNQIZI : MÜCİRƏDDİN BEYLƏQANİ - FOTO

Şərafəddin Ilkin : Qarşıdan sənin doğum günün gəlir, Bali... 8 oktyabr... FOTO

Zülfiyyə İsmayıl : Sənə baxır gözlərim - FOTO

Üzr tələbinə raketlə cavab verdilər

Sözdən düşüncəyə gedən yol.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən bloger niyə cəzalandırılmır?

“Turan Tovuz” Bakıda “Fənərbaxça”ya məğlub olub

Bessent ABŞ və Çinin süni intellekt planlarını sızdırdı

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Quba-Xınalıq yolu bağlandı

Azərbaycan banklarının depozit portfeli 46 milyard 53 milyon manat təşkil edib

Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var

Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

NİİM: Bir sıra yollarda sürət həddi endirilib, portallarda “sürüşkən yol” işarəsi aktivləşdirilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031