Rusiyanın İrkutsk vilayətində 28 yaşlı qadın taun xəstəliyindən vəfat edib. İnfeksiya təsdiqləndikdən sonra onunla təmasda ola biləcək təxminən 200 nəfər tibbi nəzarətə götürülüb.

Qadın oktyabrın 2-nə keçən gecə Şelexov rayon xəstəxanasında dünyasını dəyişib. Onun məhz taun xəstəliyinə yoluxduğu qonşu Buryatiyanın rəhbəri Aleksey Tsıdenov tərəfindən də təsdiqlənib.

İnfeksiya müəyyən edildikdən sonra xəstəxanada karantin rejimi tətbiq olunub. Bəzi şöbələrdə hələ oktyabrın 1-dən etibarən xəstələrin qəbulu və evə buraxılması dayandırılıb.

Ümumilikdə 197 nəfər təmasda olan şəxs kimi tibbi nəzarətə götürülüb. Onlardan 189-u xəstəxanalara yerləşdirilib, 12 nəfər isə taun əleyhinə ixtisaslaşmış instituta göndərilib. Regional hakimiyyətin məlumatına görə, həmin şəxslərdə infeksiya əlamətləri aşkarlanmayıb, ilkin laborator analizlərin nəticələri də mənfidir.

Qadının iş yerində yoluxmuş ola biləcəyi ilə bağlı versiya da yayılıb. Yerli KİV-in məlumatına görə, o, taun əleyhinə müəssisədə laborant işləyib və onun sentyabrın 25-də ağciyər taununun törədicisi olan nümunə saxlanılan sınaq şüşəsini sındırdığı iddia olunur. Lakin bu məlumat rəsmi şəkildə təsdiqlənməyib.

Buryatiya rəsmiləri qadının respublikaya səfər zamanı yoluxması barədə yayılan məlumatları təkzib ediblər. Aleksey Tsıdenov bildirib ki, qadın Buryatiyaya gəlməyib və yoluxma halının bu regionla əlaqəsi yoxdur.

Eyni zamanda Baykalsk administrasiyası sakinlərə müvəqqəti olaraq Şelexov və yaxınlıqdakı şəhərlərə səfərlərdən çəkinməyi tövsiyə edib. Bütün hallar aydınlaşdırılanadək gediş-gəlişin məhdudlaşdırılması məsləhət görülüb.

Ağciyər taunu Yersinia pestis bakteriyasının törətdiyi taun xəstəliyinin üç əsas formasından biridir. Bu zaman infeksiya ağciyərləri zədələyir. Əsas simptomlar yüksək hərarət, baş ağrısı, təngnəfəslik, sinə ağrısı, öskürək və bəzi hallarda qanlı bəlğəmdir.

Ağciyər taunu yoluxmuş insan və ya heyvandan hava-damcı yolu ilə keçə bilər. Xəstəlik digər taun formalarının ağırlaşması nəticəsində infeksiyanın ağciyərlərə yayılması ilə də inkişaf edə bilər.

Müalicə olunmadıqda ağciyər taunu çox yüksək ölüm riski daşıyır.

Son xəbərlər

İlon Mask 4 uşağının anasından ayrıldı

"Anne yarısı"nda daha bir aktyor - FOTO

Cəbrayılın azad olunmasından 6 il ötür

“Fənərbaxça”dan Azərbaycanla bağlı paylaşım

PAYIZ–TƏBİƏTİN DEYIL, İNSANIN İÇİNDƏ YAŞANAN BİR FƏSİLDİR.

Ermənilərin Gəncədə törətdiyi ilk terrordan 6 il keçir

Məlahət Behbudqızı ✍️ : Bəzi yağışlar insanın ürəyinə yağar... - FOTO

Gülnarə Məhəmmədqızı : ƏBƏDİ İLQAR - FOTO

Ömrün İşıqlı Zirvəsi - FOTO

"Xalqımız xilaskarlıq missiyasını Ulu Öndər Heydər Əliyevdə görürdü"

Ərdoğan Şanlıurfadakı Azərbaycan bulvarında yeni yol qovşağının açılışını etdi - FOTOLAR

ƏZİZƏ AĞAHÜSEYNQIZI : MÜCİRƏDDİN BEYLƏQANİ - FOTO

Şərafəddin Ilkin : Qarşıdan sənin doğum günün gəlir, Bali... 8 oktyabr... FOTO

Zülfiyyə İsmayıl : Sənə baxır gözlərim - FOTO

Üzr tələbinə raketlə cavab verdilər

Sözdən düşüncəyə gedən yol.

Şəhid anasını ağır söyüşlərlə təhqir edən bloger niyə cəzalandırılmır?

“Turan Tovuz” Bakıda “Fənərbaxça”ya məğlub olub

Bessent ABŞ və Çinin süni intellekt planlarını sızdırdı

Qonşu ölkədə qadın vəba xəstəliyindən öldü: 200 nəfər nəzarətə götürüldü

Quba-Xınalıq yolu bağlandı

Azərbaycan banklarının depozit portfeli 46 milyard 53 milyon manat təşkil edib

Ümummilli Lider Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol - ŞƏRH

DİN narkotiklə bağlı əməliyyatlar keçirib, saxlanılanlar arasında İran vətəndaşı da var

Xalqın Seçimi və Tarixi Dönüş: 3 Oktyabr – Heydər Əliyevin Prezidentlik Zəfərləri

Keniyada kütləvi yol-nəqliyyat hadisəsində 17 nəfər ölüb

Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq ŞƏRH

NİİM: Bir sıra yollarda sürət həddi endirilib, portallarda “sürüşkən yol” işarəsi aktivləşdirilib

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031