Yeni Azərbaycan Partiyası yarandığı ilk gündən etibarən idarəçilik modelinin əsas institutu kimi özünü sübut etməyi bacarıb. Olduqca çətin, siyasi, sosial və iqtisadi dönəmdə yaradılan Yeni Azərbaycan Partiyası Azərbaycan xalqının milli maraqlarının təmin edilməsi istiqamətində hər zaman mühüm aktor kimi çıxış edib.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova söyləyib.

O qeyd edib ki, oktyabrın 2-də Heydər Əliyev Mərkəzində Yeni Azərbaycan Partiyasının VIII Qurultayında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev nitq söyləyərkən partiyanın yaranış tarixinə, mövcud fəaliyyətinə, həmçinin strateji vizyonuna diqqət çəkdi. Dövlətimizin başçısı Azərbaycanın daxili və xarici siyasəti ilə bağlı fundamental əsaslı fikirlər səsləndirdi. Bu günün siyasi mənzərəsi onu deməyə əsas verir ki, dünyanın müxtəlif istiqamətlərində münaqişə və müharibələrin getdiyi bir zamanda Azərbaycan əhali və ərazi baxımından çox böyük ölkə olmasa da, ərazi bütövlüyünü və suverenliyini təmin etməyi bacardı.


“Azərbaycanın təmin etdiyi əsas amil həm də ləyaqətinin bərpası idi. Vaxt var idi Azərbaycan xalqının ləyaqətini, heysiyyətini alçaltmağa çalışan qüvvələr bu gün Azərbaycanın yaratdığı reallıqla barışmağa məcbur olurlar. Dövlətimizin başçısı Ermənistanın müxtəlif dönəmlərdəki hakimiyyətlərini təhlil edərək bildirdi ki, Ermənistan torpaqları bizə xoşluqla vermədi. Biz onları məcbur etdik ki, tarixi torpaqlarımızdan çıxsınlar. Azərbaycan illər ərzində sülh yolu ilə məsələnin həllində maraqlı idi. Lakin Ermənistan öz havadarlarına güvəndi. Nəticə etibarilə isə yanlış hesablamalar etdi. Azərbaycan isə düzgün hesablamalarla Cənubi Qafqazın sağlam təfəkkürlü gələcəyini müəyyənləşdirir.

Bu gün Azərbaycan təhlükəsizliyin müxtəlif komponentlərini əsas götürərək siyasət yürüdür. Bu komponentlərdən hərbi təhlükəsizlik, enerji təhlükəsizliyi olduqca önəmli amillərdir. Lakin dövlət başçımız VIII Qurultaydakı çıxışı zamanı ideoloji təhlükəsizliyi mərkəzi yerə çıxardı.


Bunun əsas səbəbi həm tariximiz, həm mövcud durumumuz, həm də gələcəyimizlə bağlıdır.

Azərbaycanın dövlət başçısı bildirdi ki, biz gələcək nəsillərin çiyinlərində böyük yüklər saxlamamışıq. Azərbaycan hərtərəfli qaydada gələcək nəsillərin işini yüngülləşdirmək, daha firəvan həyat şərtləri təqdim etmək üçün qətiyyətli addımlar atır.

Bu qətiyyətli addımları atan Ümummilli Lider Heydər Əliyev siyasətini dəqiqliklə, uzaqgörənliklə icra edən cənab Prezident İlham Əliyevdir”.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin qurultaydakı hər bir sözü, hər bir fikri Azərbaycan xalqı üçün yolgöstərici olmalıdır. Bəli, taktiki, hətta strateji hədəflər də dəyişə bilər. Hər birimiz Ümummilli Lider Heydər Əliyev idealları işığında dövlət, Vətən sevgisi ilə yaşamalı, çalışmalıyıq. Biz dövlət başçımızın siyasətini qətiyyətlə, yekdilliklə dəstəkləməliyik və bu istiqamətdə azərbaycanlı olduğumuzla hər zaman fəxr duymalıyıq. Müzəffər Ali Baş Komandanımızın bizə çatdırmaq istədiyi mesaj da bundan ibarət idi. Dövləti sevmək, Vətəni sevmək, torpağa sevgi duyaraq fəaliyyət göstərmək. Formallıqdan uzaq əməli fəaliyyət, iş ortaya qoymaq bizim üçün seçim yox, zərurət və imperativdir. Müzəffər Liderimiz bizi əməli fəaliyyətə səslədi, biz də bu səsə ləyaqətlə, vicdanla səs verməliyik.

“Yeni Azərbaycan Partiyasının VIII qurultayı bundan sonra atılacaq addımlar baxımından proqram xarakterli bir qurultay kimi tarixə yazıldı”, - deyə Şəbnəm Həsənova əlavə edib.

Son xəbərlər

“Özümü xəyanətə uğramış hiss etdim”

Şair Sevil Gül Nur xanımdan "Sənsizlik şəhəri" adlı şeirini sizlərə təqdim edirik!

Erməni əsilli nazir Bakıya gəlir

Məşhur marketdə işə düzəldi, bir gün sonra oğurluq etdi

4 manat üstündə dava - Sürücü döyüldü

10 dəfə Həccə gedən Xalq artistindən məktəbli geyimi açıqlaması

Tələbələr Təhsil Nazirliyinin binasını yandırdılar

Tramp administrasiyasına - Sərt xəbərdarlıq

Baş nazir ev işlərindən şikayətləndi

ABŞ Hörmüzdə İran gəmisini batırdı

Çempionlar Liqası: "Fənərbağça" darmadağın olub, PSJ və "Real Madrid" qələbə qazanıb

Anasından Nəvainin narkotiklə tutulması ilə bağlı açıqlama

İlon Mask "Starlink"i istəyən ukraynalılara cavab verdi

Bu ərazilərdə işıq olmayacaq

İranda qadın komandir öldürüldü

BELA HÜSEYNOVA : TƏBRİK EDİRƏM, YAQUB BƏY! - FOTOLAR

Kartdan karta köçürülmələrdə komissiya tutulacaq

Zəhəri ilə insanlara təhlükə yaradan 5 canlı - Kiçik görünüşə aldanmayın

14 yaşlı qız dəm qazından boğuldu - FOTO

Xalq artisti evə buraxılıb - Vəziyyəti ağırdır

Oğlumla bir gün əvvəl danışdıq, dedi ki... - Nəsimi Musayevin atası

Almaniyada 18 yaşlı gənc sərnişin avtobusunu qaçırdı

Azərbaycan-Türkmənistan münasibətləri dinamik şəkildə inkişaf edir

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib

İstanbulda məktəblərdə 1 günlük tətil elan edildi

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb - YENİLƏNİB

Azərbaycanda 9-dan 6-ya iş rejimi ləğv olunur?

Güllədən qurtuldu, əcəldən qurtula bilmədi...

Bütün xəbərlər
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031