Xəbərlər
3.10.2026, 13:54
Nicat Novruzoğlu : Bəxtin qarası var, ağı var gülüm - FOTO

Zamanı günahkar sandıq eləcə,
Sevgi-məhəbbətin çağı var gülüm.
Bizim püskümüzə düşənə şükür,
Bəxtin qarası var,ağı var gülüm.
Hər üzü güləni, sanma bəxtəvər,
Naümid olana təsəlli hədər.
Göyün zirvəsinə ucalan qədər,
Kəs var sinəsində dağı var gülüm.
Qərib torpaqların səhrasindayıq,
Fani yaşantının xülyasındayıq.
Yaşayan ölülər dünyasındayıq,
Adamın ölüsü,sağı var gülüm.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


