
Xəbərlər
24.08.2023, 01:45
“ASİMANA UCALAN ŞƏHİDLƏR” - FOTOLAR
“ASİMANA UCALAN ŞƏHİDLƏR”
Bu kitab yazıçı-tədqiqatçı, şair Rauf Allahverdiyev publisistikasının bəzəyidir
Tək yazılarından yox, ən xırda hərəkətlərindən belə istedadlı olduğu bilinən, yəni ilk baxışdan da istedadıyla tanınandır. Çox incə, zərif, sözün əsl mənasında, ürəkaçan yumoru var; sözü mənasıyla birgə göydə tutur, kobudluğun harada olduğunu bildiyinə görə o səmtə yaxın düşməyir. Mən
onun kobudluq etdiyini, əsəbilik göstərdiyini görməmişəm, ara-sıra buna şərait yaransa da... eləcə əllərini yarıbükülü yanlara açır, dünya haqqında bir qatar fəlsəfi fikir, ya da şeir söyləyir... kədərlənir, yaraşıqlı çöhrəsi qaralır...
Son dərəcə azad adamdır, şairliyə, yazıçılığa lazım olandan da çox azadlıq... mən elə bilirəm ki, yaşadığı bütün dövrlərdə bu azadlığı əldə edib, çünki həmişə sevgilər, doğmalıqlar əhatəsində olub...
Əsl şair ömrü yaşasa da, şairlik etməyə az vaxt ayırır, daha doğrusu, istedadı, hazırlığı qarşılığında az yazır...
Şəhidlərin ruhu gözləyir bizi,
Hər cığırda qalıb babamın izi.
Raufun belədir arzusu, sözü,
Azad edək yurdu, şanlı əsgərim.
Hər cığırda qalıb babamın izi.
Raufun belədir arzusu, sözü,
Azad edək yurdu, şanlı əsgərim.
Şəhidlik elə bir zirvədir ki, ünvanı əbədiyyətdir. Şəhid olmağı özünə şərəf bilən hər kəsin daxilində yüksək vətənpərvərlik, cəsurluq, əxlaq, əqidə var. Elə buna görə də onlar şüurlu şəkildə ölümü gözə ala bilirlər. Ona görə də şəhidlik Vətənə sonsuz sevginin təcəssümüdür, Vətənə can fəda etməkdir. Vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhidlik. Xalq tərəfindən qərinələr, əsrlər keçməyinə baxmayaraq, əsla unudulmayan insanlardır şəhidlər. Canlarından keçməklə xalqın qəhrəmanlıq dastanını, azadlığını canı ilə qazanıb, qanı ilə yazanlardır şəhidlər. Ölümləri ilə ölməzlik qazanan, əbədiyyətə qovuşmuş bəxtiyar insanlardır şəhidlər.
Azadlıq uğrunda ölüm şərəfli və gözəldir. Şəhidlər öz ölümsüzlükləri ilə ölümə qalib gəlir, ölümü də gözəlləşdirir və mənalı edir. Əsərlərin ən gözəli vətən, xalq və azadlıq uğrunda vuruşanlara, mücadilə aparanlara və bu yolda şəhidlik zirvəsi fəth edənlərə həsr olunmuş əsərlərdir. Təbii ki, belə əsərlərin müəllifləri təqdirə, yüksək hörmətə və ehtirama layiqdirlər.
Mənalı, sistemli, müəyyən bir məzmun və mənaya söykənmiş və ən ümdəsi isə mütəxəssis qələmindən çıxmış qəhrəmanlıq əsərlərinə böyük ehtiyac olduğu bir zamanda yazıçı-publisist, jurnalist, hər şeydən öncə, istedadlı şair, qələm və qəlb dostum Rauf Allahverdiyevin “Asimana ucalan şəhidlər” kitabı ədəbiyyat və əbədiyyət aləmində dünyaya göz açıb və ölməzlik dünyasında vətəndaşlıq hüququ qazanıb.
Kitab konkret olaraq torpaqlarımızın bütövlüyü və müstəqilliyi uğrunda şəhidlik məqamına yetişmiş Vətən oğullarının ömür yollarının mənalı məqamlarını əks etdirsə də, bütün Azərbaycan gəncliyinin qəhrəmanlıq salnaməsi tutumuna, mənasına və məzmununa malik yetkin əsər kimi təqdim olunub.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev demişdir: "Vətənin müdafiəsində iştirak etmiş və qəhrəmanlıq, şücaət göstərmiş insanların hamısı cəmiyyətimizin diqqət mərkəzində olmalıdır... Onlar cəmiyyətdə həmişə hörmətlə qarşılanmalıdır".
Rauf Allahverdiyevin bir müəllif olaraq, iş adamı hacı Aslan Abdullayevin məsləhəti, Qarabağ müharibəsi əlili, qazi, tədqiqatçı-publisist hacı Həsən Hüseyninin redaktorluğu, şəhid atası Niyaz İlyasoğlunun, araşdırmaçı-jurnalist Vüqar Həsənovun, yazıçı-hüquqşünas Faiq Abdullayevin rəyləri ilə çap olunmuş "Asimana ucalan şəhidlər" kitabı Azərbaycanın qəhrəmanlıq tarixi haqqında yazılmış maraqlı əsərlərdəndir.
Müəllif kitabda ardıcıllığı, xronoloji sistemliliyi, elmiliyi, sənədliliyi, faktlarının zənginliyi və dəqiqliliyi ilə qarşıya qoyduğu məqsədə müvəffəqiyyətlə nail olub.
Uzun illər fəaliyyətimlə bağlı orta ümumtəhsil məktəblərində olduğum müddətdə şagirdlərin hərb tariximizə aid yazılmış əsərləri maraqla oxuduqlarını, müharibə və ayrı-ayrı döyüşləri əks etdirən epizodları diqqətlə mütaliə etdiklərinin şahidi olmuşam. Bir çox halda belə əsərlərin təsiri ilə şagirdlər özlərini həmin qəhrəmanlara bənzətməyə çalışır, böyüdükdə döyüş qəhrəmanları kimi hərbçi olacaqlarını bildirirlər. Onlar bəzən tarix, ədəbiyyat və digər dərslərdən xalqımızın qəhrəmanlıq tarixinə, Qarabağ müharibəsinə, ayrı-ayrı müharibə qəhrəmanlarına, şəhidlərimizə və müharibə iştirakçılarına, onların ömür və döyüş yollarına aid verilən tapşırıqları yerinə yetirmək üçün sənədli mənbə axtarışında olurlar. "Asimana ucalan şəhidlər" bu baxımdan əvəzsiz məxəz olmaq tutumuna malik bir kitabdır.
Kitabı oxuduqca adam qəribə hisslər keçirir. Kitab hər bölməsi, hər vərəqi, hər cümləsi, hər sözü ilə insan hisslərini məhşərə çəkir. Şəhid olanla şəhid edir... ruhumuzu ruhlar dünyasına aparır... adama elə gəlir ki, nə zamansa onlarla birlikdə olub, onlarla doğma ocaqda böyüyüb, ya da onlardan biridir...
Mən bu məqamda müəllifin yaradıcılığına hörmət, "Asimana ucalan şəhidlər" əsərinin qəhrəmanlarının - şəhidlərin ruhuna ehtiram, Vətən üçün yaşayanların şəxsiyyətlərinə inam nişanəsi olaraq adlarını anmağı vacib sayıram. Kitabda ilk olaraq yer almış Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun döyüş yoluna çıraq tutmuş R.Allahverdiyev onun atdığı hər addımı düzgün əks etdirib, komandir kimi xidmətlərini, şücaətini oxuculara maraqlı faktlarla çatdıra bilib. Həmçinin A.Bağırovun qardaşı, onunla eyni cəbhəni, səngəri bölüşmüş, müstəqil Azərbaycan bayrağını ilk dəfə Ağdam Mədəniyyət evinə sancmış Eldar Bağırovun da adını çəkməklə onu da yad edib.
Kitabda maraqlı məqamlardan biri də budur ki, Rauf müəllim Azərbaycanın istər Birinci, istərsə də İkinci Qarabağ müharibəsi zamanı döyüşərək həlak olmuş Milli qəhrəmanlarını bir-bir geniş yazılarla xatırladıb. Asif Məhərrəmov. Gültəkin Əsgərova, Əliyar Əliyev, Aslan Atakişiyev, Aqil Məmmədov, Kazımağa Kərimov, Vasili Əliyev, Ələkbər Əliyev, Kərəm Mirzəyev, Bəylər Ağayev, Vəzir Orucov, Mübariz İbrahimov, Şükür Həmidov, Əhməd Ağayev, Faiq Qasımov, Polad Həşimov və başqaları haqqında yazılmış oçerk və zarisovkalar çox oxunaqlıdır, hər kəsi düşünməyə vadar edir.
Bundan başqa “Şəhid Asiman”, “Dözəsən ağrıya, cəfaya, Qağa”, “Qürur yeri”, “Şəhidlər ölmürlər, heykəlləşirlər”, “Biz həmişə sizinləyik”, “Şükür”, “Xudayar nəğməsi” adlı, eləcə də şəhid Yusif Budaqova, Elgün İsmayılova, Sənan Rüstəmova, Asiman Allahverdiyevə, Arif Vəliyevə və başqalarına həsr edilmiş məqalələr Vətən uğrunda şəhid olmuş oğulların hünəri haqqında təəssürat yaradır, gəncləri onlar kimi mübariz olmağa səsləyir.
Kitab tarixi məlumatların və faktların zənginliyi baxımından da çox əhəmiyyətlidir. Xocalı faciəsinin dəhşətli, tükürpədici məqamları müxtəlif yazılarda əks edilib. Qarabağ müsibətlərini qələmə almış R.Allahverdiyevin bu kitabında Xocalı faciəsinin də cinayət xarakterli olduğunu görmək olar. Bu faktlar və reallıqlar "Asimana ucalan şəhidlər" kitabında oçerkdən-oçerkə keçdikcə bir leytmotiv kimi ana xətti təşkil edir. Bu yazılarda Qarabağ münaqişəsi fonunda Ermənistan - Azərbaycan müharibəsinin başlanmasının tarixi səbəblərinin ayrı-ayrı məqamları, münaqişənin başlanmasında və davam etməsində xarici qüvvələrin təsirinin çalarları dəqiq və təkzibolunmaz faktlarla məntiqi şəkildə xronoloji ardıcıllıqla təqdim olunub. Xocalı faciəsi və bütün bu tipli hadisələrin azərbaycanlıların soyqırımının eyni zəncirin ayrı-ayrı həlqələri olduğunu tarixi faktlarla sübut edir. Bu baxımdan əsər gənclərin, eləcə də gələcək nəslin vətənpərvərlik ruhunda formalaşması, yetişməsi, onların ensiklopedik biliklərinin zənginləşdirilməsi, intellektual səviyyələrinin yüksəldilməsi, azərbaycançılıq ruhunda tərbiyələri üçün əhəmiyyətli mənbə olmaq hüququ qazanıb.
Kitabın əsas məziyyətlərindən biri də onun sadə və oxunaqlı dildə yazılmasıdır. Xatirələr, rəvayətlər, kövrək poeziya nümunələri, xatirə şəkillərinin verilməsi kitabı daha oxunaqlı və maraqlı edir. Burada saysız-hesabsız belə nümunənin yerləşdirilməsi müəllifin gərgin əməyinin bəhrəsi və zəngin tədqiqatçılıq təcrübəsinin nəticəsi kimi diqqəti cəlb edir.
Müəllif kitabı ilk olaraq “Fatihə surəsini oxuyarkən” şeiri ilə başlayır. Bu şeiri ilə o, kitaba ruhani bir libas biçib. Mən də bu fikrə dəstək olaraq “Qurani-kərim”dən bir sitat gətirmək istəyirəm: "Allah yolunda öldürülənlərə (şəhid olanlara) ölü deməyin. Əksinə onlar (Allah dərgahında) diridirlər. Lakin siz bunu dərk etmirsiniz". "Əl-bəqərə" surəsi, ayə 154.
Rauf müəllim əsərinin hər bir qəhrəmanının portretini verməklə yanaşı, onların ömür yollarının ayrı-ayrı epizodlarını əks etdirən maraqlı məlumat və fotolarla əsəri bilgi, eləcə də illüstrasiya baxımından zəngin toplu halına salıb.
Kitabda həmçinin 30 ilə yaxın müddətdə rməni işalında qalmış, bu gün isə özünün asazdlığa qovuşduğu günlərini yaşayan Qubadlının Birinci Qarabağ müharibəsində şəhid olmuş 236 şəhid övladının adı və soyadından ibarət siyahını da oxuculara tədqim edib, İkinci Vətən savaşında şəhid olmuş qubadlılardan fəxrlə söz açıb.
R.Allahverdiyevin publisistikası, bu gün qətiyyətlə deyə bilərəm ki, geniş
tədqiqatlara layiqdir. Çünki o, publisist kimi geniş yaradıcılığa yeniliklər gətirib. Bu yenilik, hər şeydən əvvəl, düşüncə tərziylə, bu düşüncənin yeni ifadə formasıyla nəşr olunan gündən seçilməyə başlayıb. Onun publisistikasındakı doğmalıq birbaşa yaddaşdan gəlir: bu, yaddaşımızdakı təmiz, arı-duru dilin səslənməsidir, ona görə də hamımıza təsir edir. “Asimana ucalan şəhidlər” kitabı da müəllifin 17-ci kitabı kimi publisistikasının bəzəyidir.
Və sonda kitaba daxil etmiş “Şəhidlər” şeirini mən də bu yazıya sonluq kimi verirəm.
ŞƏHİDLƏR
Poladdan dərs alan igid oğullar,
Torpağı düşməndən azad etdilər.
Uca zirvələrə bayraq sancaraq,
Vətənin yolunda cihad etdilər.
Ruhu da sevinir Allahverdinin,
Qəlbimdə yaşayan şəhid balalar.
Mübariz, Pəncəli, Raqub, Asifin,
Nurlu çöhrəsini yada saldılar.
Şəhidlər keçdilər şirin canından,
Vətənə canını qurban dedilər.
Cığırlar sulandı şəhid qanından,
Şuşada qələbə, zəfər dedilər.
Otuz il işğalda qalan yurdumuz,
Qazilər gücünə azad olundu.
Şəhid Verdi igid, şanlı ordumuz,
Xocalı qisası o gün alındı.
Şəhid qanı axan hər qarış yerdə,
Gül-çiçəkli xiyabanlar salındı.
Unutma müqəddəs Cıdır düzündə,
Qurbanlar kəsildi. Tonqal qalandı.
Ayaq saxla, görsən şəhid məzarın,
Diz çök qarşısında səcdə qıl, oğul.
Allahın sevimli bəndəi onlar,
Şəhid balasına arxa ol, oğul.
Başını uca tut qürurlu ana,
Böyütmüsən şir biləkli oğullar.
Gözləri yol çəkən dərdinə yana,
Analar məd, igid, cəsur doğublar.
Ruhunuz şad olsun, ey şəhidlərim,
Ən yüksək hörmətə layiq adınız.
Ölməz qəhrəmansız, ey şəhidlərim,
Yaşayır qəlbimdə məğrur adınız.
Torpağı düşməndən azad etdilər.
Uca zirvələrə bayraq sancaraq,
Vətənin yolunda cihad etdilər.
Ruhu da sevinir Allahverdinin,
Qəlbimdə yaşayan şəhid balalar.
Mübariz, Pəncəli, Raqub, Asifin,
Nurlu çöhrəsini yada saldılar.
Şəhidlər keçdilər şirin canından,
Vətənə canını qurban dedilər.
Cığırlar sulandı şəhid qanından,
Şuşada qələbə, zəfər dedilər.
Otuz il işğalda qalan yurdumuz,
Qazilər gücünə azad olundu.
Şəhid Verdi igid, şanlı ordumuz,
Xocalı qisası o gün alındı.
Şəhid qanı axan hər qarış yerdə,
Gül-çiçəkli xiyabanlar salındı.
Unutma müqəddəs Cıdır düzündə,
Qurbanlar kəsildi. Tonqal qalandı.
Ayaq saxla, görsən şəhid məzarın,
Diz çök qarşısında səcdə qıl, oğul.
Allahın sevimli bəndəi onlar,
Şəhid balasına arxa ol, oğul.
Başını uca tut qürurlu ana,
Böyütmüsən şir biləkli oğullar.
Gözləri yol çəkən dərdinə yana,
Analar məd, igid, cəsur doğublar.
Ruhunuz şad olsun, ey şəhidlərim,
Ən yüksək hörmətə layiq adınız.
Ölməz qəhrəmansız, ey şəhidlərim,
Yaşayır qəlbimdə məğrur adınız.
Daşdəmir ƏJDƏROĞLU
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay



























