Xəbərlər
25.09.2026, 20:12
"Borçalı Cəmiyyəti" İB-nin sədri Ramiz Həsənovun təşkilatçılığı və dəstəyi ilə Cəmiyyətin ofisində 27 sentyabr şəhidlərin anım gününə həsr olunmuş möhtəşəm tədbir keçirildi - FOTOLAR
25 sentyadr 2026-cı ildə "Borçalı Cəmiyyəti" İB-nin sədri Ramiz Həsənovun təşkilatçılığı və dəstəyi ilə Cəmiyyətin ofisində 27 sentyabr şəhidlərin anım gününə həsr olunmuş möhtəşəm tədbir keçirildi. Tədbirin aparıcısı şair-publisist, "Xarı bülbül" jurnalının baş redaktoru Ziyadxan Budaq, dəvət olunmuş şəhid analarını və qonaqları salamladıqdan sonra çıxış üçün sözü, cəmiyyətin sədri Ramiz Həsənova verdi. Natiq anım gününün əhəmiyyəti, şəhid ailələrinə, qazilərimizə diqqət və qayğının vacibliyini vurğuladı. Sonra çıxışlar başladı. Çıxış edənlər, şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlardan, onların şücaətidən, döyüşlər zamanı göstərdikləri igidliklərindən, onlar haqqında xatirələrdən, ürək yanğısı, kövrək notlarla ağızdolusu danışdılar, şəhidlərə həsr olunmuş şeirlərdən, kitablardan, publisistik yazılardan bəhs etdilər. Şəhid analarına hədiyyələr təqdim olundu, tədbirdə iştirak edən şəhid anaları öz ürək sözlərini və təşəkkürlərini bildirdilər. Sonda xatirə şəkli çəkildi.
Nüsrət Quliyev,
Cəmiyyətin İdarə Heyətinin üzvü.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay
































