Xəbərlər
25.09.2026, 04:00
Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir
Gürcüstan Orta Dəhlizin imkanlarından istifadə etməklə Mərkəzi Asiya ilə Avropa arasında nəqliyyat bağlantılarının gücləndirilməsini hədəfləyir.
AZƏRTAC xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze BMT Baş Assambleyasının 81-ci sessiyasındakı çıxışında bildirib.
“Cənubi Qafqazın və Orta Dəhlizin ayrılmaz hissəsi kimi Gürcüstan Mərkəzi Asiya ilə Avropa arasında bağlantıların gücləndirilməsi üçün əlverişli mövqeyə malikdir”, - deyə Baş nazir vurğulayıb.
Qeyd edib ki, Gürcüstanın strateji coğrafi mövqeyi və Qara dənizə birbaşa çıxışı regionun dənizə çıxışı olmayan ölkələrinin qlobal təchizat zəncirlərinə qoşulmasına imkan yaradır.

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay