Tubu İmanova : Bəlkə də bu dəniz dərdimi bilər... - FOTO
Dəniz
Dənizin seyrini istəyir könlüm,
Ləpələr elə bil qucaq açıbbdır.
Yüklənib köksümə həsrətin adı,
Sevinc elə bil ki, məndən qaçıbdır.
Seyrinə çıxmışam mavi dənizin,
Susub danışmıram, lal dayanmışam.
Qarşımda gördüyüm görüş yerimiz,
Ötən günlərimə mən boylanmışam.
Ayrılmaq istədim röyalarımdan,
Elə bil göy dəniz qəsdimə durdu.
Xəyala dalmışam bayaqdan bəri,
Dəniz tumarlayıb saçımı yudu.
Sakit dayanmışam sahildə yenə,
Gözlərim yol çəkir, dara düşmüşəm.
Sanki mən yuxuda dəniz görmüşəm,
Ayılmaq istədim, düşündüm yenə.
Dərdimi dənizə deyib gəlmişəm,
Dalğalar dinlədi dərdimi mənim.
Sahildə oturub susub ağladım,
Sulara qarışdı göz yaşım mənim.
Dənizin qoynunda xəyala daldım,
Hər dalğa bir xatirə gətirdi mənə.
Bir zaman yaşanan o gözəl günlər,
Yenidən canlandı gözlərim önə.
Küləklər saçımı oxşadı sakit,
Sanki bir əl idi toxunan mənə.
Uzaqda bir qayıq göründü yenə,
Ümidim boylandı mavi dənizə.
Gecənin qoynunda ay da susmuşdu,
Ulduzlar səpilib göyün üzünə.
Mən yenə dərdimi söylədim suya,
Dəniz sirr saxladı mənim sözümdə.
Bəzən insan dərdin bölmək istəyir,
Nə bir dost tapılır, nə də bir nəfər.
Onda sahil olur ən yaxın sirdaş,
Dalğalar danışır, susur şəhərlər.
Dəniz, sən bilirsən ürəyimdə nə var,
Sən gördün gizlicə ağlayan məni.
Hər dəfə sahilə gələndə yenə,
Sulara danışdım söylədim səni.
Bəlkə də bir günlər dönər o çağlar,
Yenidən gülərəm keçən günlər tək.
Sahildə oturub gözlərəm yolu,
Ümidlə baxaram mavi dənizə.
İndi gedəcəyəm sahildən yenə,
Qəlbimdə min fikir, min arzu qalır.
Dənizin səsində bir təsəlli var,
İnsan dərd içində yenə də qalır.
Dərdimi dənizə deyib gəlmişəm,
Ləpələr dərdimi aparıb getsin.
Ürəyim yorulub, bir az dincəlsin,
Həsrətin yükünü dalğalar çəksin.
Dərdimi dənizə deyib gəlmişəm,
Sirrimi dalğalara verib gəlmişəm.
Sahildə bir xatirə qoyub yenə,
Mən özüm-özümə dönüb gəlmişəm.
Dəniz yenə mavi, sahil yenə lal,
Dalğalar danışır gecədən səhər.
Mən isə susuram, dinləyirəm mən,
Bəlkə də bu dəniz dərdimi bilər...


Son xəbərlər

Tubu İmanova : Bəlkə də bu dəniz dərdimi bilər... - FOTO

Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qorunması üçün hərbi vasitələr göndərəcək

“Google” kosmosda süni intellekt məlumat mərkəzi yaratmağı planlaşdırır

Ceyhun Bayramov ABŞ şirkətlərinin rəhbərləri ilə Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib

"TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu

FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROFESSOR MƏDƏD ÇOBANOVUN ELMİ İRSİ”

Elan : "Dədə Camal" Elm və Ürfan Məclisinin "Anım günü"nə həsr olunmuş" Şəhidlik yolu - Zəfər yolu " adlı ədəbi yığıncağı keçiriləcəkdir.

Gah küsüb, gah barışırlar... - FOTO

Keçmiş sevgililər Bakıda birlikdə görüntüləndi - Foto

2026-cı ilin Yer kürəsində ən güclü qasırğası

Həddindən artıq yetişmiş meyvə və tərəvəzləri yemək olarmı? - Həkimdən açıqlama

"Mənə ən çox lazım olduğun vaxtlarda yox idin" - Müğənni ölən atasından yazdı

Sübhan Avropa çempionu oldu

"Zirə"nin futbolçusu əməliyyat olundu - FOTO

NƏSİB MÜƏLLİM, SİZ DƏ MƏNƏ SÜRPRİZ ETDİNİZ

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

"Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib - YENİLƏNİB

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 3,4 milyard manat xərcləyəcək

Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib

Bakıda Formula 1 rekordu

Xəzərdə Qazaxıstanın 19 hərbçisini dalğa aparıb - Azı 9 nəfər ölüb

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul etdi - Fotolar

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930