Turaztv.az » Xəbərlər » FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR
Xəbərlər

FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR

25.09.2026, 00:27 1
Əzizə Ağahüseynqızı

Sarı- sarı yarpaqları varağ olan,
Çılpaq qalan budaqları darağ olan,
Buludları, şimsəkləri yarağ olan,
Fəsillərin sarı qızı payız gəlir.

Ruhumdadı ruhundakı doğruıarı,
Açılmayıb ötən ildən sarğıları,
Sağalmayib "o payızın" ağrıları
Fəsillərin sarı qızı payız gəlir.

Əsib gələn küləyiylə, yağışıyla,
Qurumayan, islaq qalan baxışıyla,
Nərildəyən ildırımın çaxışıyla,
Fəsillərin sarı qızı payız gəlir.

Göz önümdə yaşillığı sarılaşar,
Həsrəti də həsrətimtək yarılaşar,
Üzü dönər təbiətin qarılaşar,
Fəsillərin sarı qızı payız gəlir.

Həsrət içib, qəhər içib, kömür içib,
Bu dünyada nə içibsə demir, içib,
Qarış-qarış, addım-addım ömür içib,
Fəsillərin sarı qızı payız gəlir.

Otağıma, divarıma sakin olan,
Ha qovsam da, üz çevirməz, lakin olan,
Əzizənin varlığına hakim olan,
Fəsillərin sarı qızı payız gəlir.


08.09.2026
FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR

Oxşar xəbərlər