Hörmətli Nəsib müəllim, yaradıcılığıma göstərdiyiniz diqqətə, şeirlərimi belə həssaslıqla oxuyub dəyərləndirdiyinizə görə Sizə ürəkdən təşəkkür edirəm.

Sözə, şeirə və ədəbiyyata böyük sevgidən doğan bu gözəl fikirləriniz mənim üçün çox qiymətlidir. İnsanın yaradıcılığı haqqında yazmaq, onun duyğularına və düşüncələrinə işıq salmaq böyük diqqət və mənəvi zəhmət tələb edir.
Dəyərli fikirləriniz və xoş münasibətiniz mənə yeni əsərlər yazmaq üçün mənəvi güc verir. Bu gözəl yazınızla məni sevindirdiniz və yaradıcılığıma daha böyük məsuliyyətlə yanaşmağa sövq etdiniz.
Var olun, Nəsib müəllim! Qələminizə, əməyinizə və ədəbiyyata olan sevginizə daim uğurlar arzulayıram. Sizə dərin hörmət və minnətdarlığımı bildirirəm.


QIZBƏS QƏBƏLƏNİN LİRİKASI HAQQINDA


Sözün həyat sehri, fikrin duyumu ilə izah edir həyatın məna dərinliyini. Düşüncənin könül dili aydınlığa qovuşduqca, mənəvi duyarlılığın yaratdığı oyanıqlıq insanın həyat ruhunun dəyərlərini üzə çıxarır.
Qəlbin həyat sevgisinin ucalığı daim insanın idraki düşüncəsini ortaya qoyur. Gözəl şairə Qızbəs Qəbələnin lirikası duyğuların həyati aliliyini üzə çıxararaq düşüncənin həyat məntiqini təsdiqləyir.

Üç şey - bu dünyaya hökm eyləmişdir:
Bir qələm, bir qılınc, bir də düşüncə.
Aqillər - abidələr söyləmişdir:
Silahdan üstündür aydın düşüncə!


Silahlar məhv edib, söküb-dağıdıb,
Ağıl-düşüncəylə qurulur həyat.
Abad olan hər yer cənnət bağıdır,
Yaşamaq ölümdən yaxşıdır, qat-qat!

Həyati müşahidənin ruh halının kövrəkliyi həmişə ruhun həyat oyanışına kökləyir insanı. Ən incə fikirlərin duyğusal axışının həyatla əlaqəsi mənəvi duyarlılığın yaratdığı oyanıqlığı artırır.
Hisslərin aydınlığı ilə dərk olunan həyat həqiqətlərinin bəyanı fikrin duyumu ilə düşüncənin qarşılıqlı əlaqəsini möhkəmləndirir. Qızbəs Qəbələnin lirikasının həyati duyumu insanın həyat çalxantılarını qabarıq şəkildə önə çıxarır.

Yuxu da əvəzsiz bir nemət imiş,
Mən bunu - yuxusuz qalanda bildim.
Gecənin zəhmini, şahmar ilantək,
Dolanıb yuxumu çalanda bildim!

Dəyişdi əhvalım, dəyişdi halım,
Gecə nə amansız, gecə nə zalım!
Bitib-tükənmədi fikrim-xəyalım,
Dibsiz dəryasına dalanda bildim!


Həyat duyumu zamanın həyat yükünü özündə daşıyan frazalara daim aydınlıq gətirir. İnsanın kainata baxışı daima könüllərin arzulanan sevdası ilə həyatın keşməkeşliyini gerçəkləşdirir.
Düşüncə və arzuların həyata şüurlu münasibətinin formalaşması yeniliklərin aramsız olaraq həyati-psixoloji dərinliyini artırır.
Qızbəs Qəbələnin lirikası duyğuların həyati aliliyini təmin edən həyat yolçuluğunun acılı-şirinli özləmini xatırladır insana.

Heç vaxt göy üzünü belə görmədim,
Çaşqın insanlara bənzədi yaman.
Bilmədim mən onu nəyə bənzədim,
Qarışıb buluda bürünən zaman!

Elə bil Göylər də bizim kimidir,
Onun da bizimtək qəlbi-canı var.
Bəlkə də dərdi var, ruhunu didir,
Onun da bizimtək qəmli anı var!


"Bu gün qərib gəldi, göy üzü mənə".
Təbiətin harmoniyası insan hisslərinin həyat duyğusallığını coşdurur. Vətənin təbiətinə vurğunluğun şəffaflığı aydınlığa çıxanda, insan qəlbinin hökmü öz həyati-ruhi düşüncəsini büruzə verir.
Ən ali duyğu olan Vətənin təbiətinə olan sevginin həyat duyumu ruhun ülviyyətinə yol açır. Qızbəs Qəbələnin lirikasının həyati duyumu sevginin həyat duyumunu könüllərə daşıyır:

Ay mənim, cilvəli-nazlı gözəlim,
Dağların qoynunda açan “göy gül”üm.
Gövhərim, daş-qaşım, zər-zibam, ləlim,
Gözəllər gözəli - gözəl Göygölüm!

Göylərin aynası, nur incisisən,
Bax, sənə heyrandır ellər-obalar!
Sən göllər gözəli - birincisisən,
Hüsnünü görənlər min ilham alar!

/Göygölüm/
İnsanın inancını möhkəmləndirən onun həyat təcrübəsinin zənginliyidir. “Bəd nəzər” anlayışı insan hisslərinin assosiativ duyarlılığını bəlli edir.
Həyati müşahidənin gətirdiyi aydınlıq bəzən fikirlərin duyğusal axışının həyatla əlaqəsini təsdiq edir. Qızbəs Qəbələnin lirikasının həyati-psixolojisi düşünərliklə meydana çıxan fikirlərin həyat məntiqini təsdiqləyir :

İnsanı talayıb, ömrünü əzər,
Bir xain baxışlı bədxah, bədnəzər.
Arzunu-kamını qoyar gözündə,
Cəhənnəm yaşarsan - sən Yer üzündə!

Xəbis ürəklərdə pöhrələr açar,
Həsəd bulağından tamsınar, içər.
Qatar sevincinə bir anda qəhər,
Ömrünü-gününü eyləyər zəhər!

/Bədnəzər/
Həyati səmimiyyətin əsil üzünün söyləmi hisslərin yaratdığı ülviyyəti ifadə edir. Psixoloji həyat məqamlarının xatırladılması həyati duyğuların könül dilini öyrənməyə imkan verir.
İnsanın həyat inancını möhkəmləndirən həyati müşahidənin nəticələrinin aydınlığa qovuşmasıdır. Qızbəs Qəbələnin poeziyasının mənəvi duyarlılığı öncə insanın həyat ruhunun dərinliyindəki gizlinləri aşkar edir.
Şairənin lirikasının həyatiliyi və mənəvi cəhətdən duyumu sağlam ruhun ülviyyətinə yol açan hisslərin aydınlığını kəşf etdirir sevənlərə.
Uğurlar arzulayıram şairə xanıma.

Hörmətlə:
Filoloq Nəsib Abid.
24 sentyabr 2026-cı il
Savalan.

Son xəbərlər

Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qorunması üçün hərbi vasitələr göndərəcək

“Google” kosmosda süni intellekt məlumat mərkəzi yaratmağı planlaşdırır

Ceyhun Bayramov ABŞ şirkətlərinin rəhbərləri ilə Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib

"TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu

FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROFESSOR MƏDƏD ÇOBANOVUN ELMİ İRSİ”

Elan : "Dədə Camal" Elm və Ürfan Məclisinin "Anım günü"nə həsr olunmuş" Şəhidlik yolu - Zəfər yolu " adlı ədəbi yığıncağı keçiriləcəkdir.

Gah küsüb, gah barışırlar... - FOTO

Keçmiş sevgililər Bakıda birlikdə görüntüləndi - Foto

2026-cı ilin Yer kürəsində ən güclü qasırğası

Həddindən artıq yetişmiş meyvə və tərəvəzləri yemək olarmı? - Həkimdən açıqlama

"Mənə ən çox lazım olduğun vaxtlarda yox idin" - Müğənni ölən atasından yazdı

Sübhan Avropa çempionu oldu

"Zirə"nin futbolçusu əməliyyat olundu - FOTO

NƏSİB MÜƏLLİM, SİZ DƏ MƏNƏ SÜRPRİZ ETDİNİZ

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

"Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib - YENİLƏNİB

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Azərbaycan gələn il Qarabağ və Şərqi Zəngəzura 3,4 milyard manat xərcləyəcək

Azərbaycan XİN və Müdafiə Nazirliyi Qazaxıstana başsağlığı verib

Bakıda Formula 1 rekordu

Xəzərdə Qazaxıstanın 19 hərbçisini dalğa aparıb - Azı 9 nəfər ölüb

İlham Əliyev Çin və İtaliya şirkətlərinin rəhbər şəxslərini qəbul etdi - Fotolar

Sabah Azərbaycanda 34 dərəcə isti olacaq

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930