İtaliyanın Baş naziri Corcia Meloninin rəhbərlik etdiyi sağçı koalisiya hökuməti məktəblərdə xarici şagirdlərin sayını məhdudlaşdıran və niqabı qadağan edən qaydanı təsdiqləyib.

“Qafqazinfo” xəbər verir ki, Meloninin sədrliyi ilə keçirilən Nazirlər Şurasının iclasında təsdiqlənən qaydaya əsasən, İtaliya vətəndaşı olmayan, ölkədə doğulmayan və ya ən azı iki il uşaq bağçasına getməyən şagirdlərin ibtidai məktəblərin birinci siniflərində sayı sinifdəki şagirdlərin ümumi sayının 30 faizini keçə bilməz.

Orta məktəb və liseylərin birinci siniflərində isə 30 faizlik məhdudiyyət İtaliya vətəndaşı olmayan və milli təhsil sistemində ən azı üç tədris ilini uğurla başa vurmayan şagirdlərə şamil ediləcək.

Qaydaya əsasən, şəxsiyyətin müəyyənləşdirilməsinə mane olan niqab kimi üz örtüklərindən istifadə, xüsusi sağlamlıq və ya təhlükəsizlik səbəbləri istisna olmaqla, qadağan ediləcək. Tələbləri pozan şəxslər 1000 avroyadək cərimələnə bilərlər.


Təhsil naziri Cüzeppe Valditara Nazirlər Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında bu addımın italyan dilinin öyrənilməsi və inteqrasiya baxımından əhəmiyyətli olduğunu bildirib.

Valditara məktəblərdə inklüzivliklə bağlı ciddi problemlər olduğu halda valideynlərin italyan dilini öyrənməsinin təşviq ediləcəyini deyib. Onun sözlərinə görə, məktəblər bu vəziyyət barədə sosial xidmətlərə məlumat verməli, sosial xidmətlər isə valideynlərin italyan dili kurslarına cəlb olunmasına kömək etməlidir. Nazir kursu başa vurmayan valideynlər üçün 200-1000 avro arasında cərimə nəzərdə tutulduğunu bildirib.

Müxalifət partiyaları hökumətin qərarını tənqid ediblər.

İtaliya Prezidenti Sercio Mattarella da həftə ərzində müzakirə olunan qayda ilə bağlı narahatlığını ifadə edərək, “Məktəblər hər kəs üçün açıq olmalıdır” deyib.

Qaydanın qanuna çevrilməsi üçün onun həm Senat, həm də Deputatlar Palatasında müzakirə edilərək təsdiqlənməsi tələb olunur.

Son xəbərlər

Bayramov və Mirzoyan iki ölkə arasında nəqliyyat infrastrukturunun açılmasını müzakirə edib

Gürcüstan Orta Dəhlizlə bağlı Mərkəzi Asiya ilə Avropa arasında əlaqələri gücləndirməyi hədəfləyir

ABŞ-də təyyarə qəzaya uğradı - Ölənlər var

Bu ölkələrə də vizasız gedəcəyik - Fotolar

Niqabı qadağan edən qaydanı təsdiqlədilər

Tubu İmanova : Bəlkə də bu dəniz dərdimi bilər... - FOTO

Fransa Səudiyyə Ərəbistanının enerji obyektlərinin qorunması üçün hərbi vasitələr göndərəcək

“Google” kosmosda süni intellekt məlumat mərkəzi yaratmağı planlaşdırır

Ceyhun Bayramov ABŞ şirkətlərinin rəhbərləri ilə Azərbaycan-ABŞ strateji tərəfdaşlığını müzakirə edib

"TikTok" 16 milyonluq cəriməni ödəməyə razı oldu

FƏSİLLƏRİN SARI QIZI PAYIZ GƏLİR

Zülfiyyə İsmayılova : Sən yoluma işıqsan - FOTO

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

Professor Vidadi Orucov: “ELM VƏ SÖZLƏ QURULAN ƏBƏDİ DOSTLUQ KÖRPÜSÜ: PROFESSOR MƏDƏD ÇOBANOVUN ELMİ İRSİ”

Elan : "Dədə Camal" Elm və Ürfan Məclisinin "Anım günü"nə həsr olunmuş" Şəhidlik yolu - Zəfər yolu " adlı ədəbi yığıncağı keçiriləcəkdir.

Gah küsüb, gah barışırlar... - FOTO

Keçmiş sevgililər Bakıda birlikdə görüntüləndi - Foto

2026-cı ilin Yer kürəsində ən güclü qasırğası

Həddindən artıq yetişmiş meyvə və tərəvəzləri yemək olarmı? - Həkimdən açıqlama

"Mənə ən çox lazım olduğun vaxtlarda yox idin" - Müğənni ölən atasından yazdı

Sübhan Avropa çempionu oldu

"Zirə"nin futbolçusu əməliyyat olundu - FOTO

NƏSİB MÜƏLLİM, SİZ DƏ MƏNƏ SÜRPRİZ ETDİNİZ

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Gələn ilin büdcə layihələri Prezidentə təqdim olunacaq

"Formula 1": Bakıdakı ikinci sərbəst yürüşdə ən yaxşı nəticəni göstərən pilot müəyyənləşib - YENİLƏNİB

Dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi tətbiq ediləcək

Sabah Bakıda və rayonlarda külək güclənəcək - XƏBƏRDARLIQ

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930