Turaztv.az » Xəbərlər » MƏDƏD COŞQUNA - FOTO
Xəbərlər

MƏDƏD COŞQUNA - FOTO

25.09.2026, 10:02 4
Qəzənfər Məsimoğlu
Oğlu Ədalət vaxtsız dünyadan köçəndən sonra ustadın hüzürlü əhvalına...

Qılınc çəkməz bir də duman,
Baxmaz dağlara-dağlara.
Buludlardan ümüd, güman
Axmaz dağlara-dağlara.

Ədalətdi təkin, cəmin,
Dəryalarda batdı gəmin.
Ustad, sənin dərdin, qəmin,
Sığmaz dağlara-dağlara.

Getdi rahatlığın, dincin,
Yaqutun, gövhərin, incin.
Bir də o nəşən, sevincin
Yağmaz dağlara-dağlara.

Qaynayanlar soğulacaq,
Qəvvas olan boğulacaq,
Çox Mədədlər doğulacaq,
Mədəd Coşqun adlı Günəş
Doğmaz dağlara-dağlara.

25.09.2026

Oxşar xəbərlər