Xəbərlər
25.09.2026, 16:32
BELA ZƏNGİBASARLI : ÜZ TUTUB VƏTƏNƏ QOVUŞAQ GƏRƏK - FOTO
Payızdır,a quşlar bir köç eyləyin,
Nə olar, baş çəkin bizim ellərə.
Bizə deyiləcək bir xəbər olsa,
Tapşırın çatdırsın əsən yellərə.
Qonun o sahibsiz məzarlar üstə,
Soruşun ruhların qərib halını.
Düşmən tapdağında qalan məzarda,
Yatan doğmaların bir əhvalını.
Ay quşlar, boylanın hər bir həyətə,
Təndirin külfəsi görün basılıb?
Payızda kəsilən əriştələr də,
Bağlanan iplərdən barı asılıb?
Görsəniz axşamlar küçədən keçir,
Naxırdan axura dönən mal-qara.
Sakitcə soruşun o heyvanlardan,
Qövr edib, qanayır açılan yara?
Bir zəhmət deyilsə, qonun hinlərə,
Baxın dən yeyirmi toyuq-cücələr?
Uzaq mahallardan gələn aşıqlar,
Oxuyur, şən keçir yenə gecələr?
Ay quşlar, hər yerə səs salıb deyin,
Vətənsiz ölürük, yaradır ürək.
İnşallah, bu dərddən qurtarmaq üçün,
Üz tutub Vətənə qovuşaq gərək.
Nə olar, baş çəkin bizim ellərə.
Bizə deyiləcək bir xəbər olsa,
Tapşırın çatdırsın əsən yellərə.
Qonun o sahibsiz məzarlar üstə,
Soruşun ruhların qərib halını.
Düşmən tapdağında qalan məzarda,
Yatan doğmaların bir əhvalını.
Ay quşlar, boylanın hər bir həyətə,
Təndirin külfəsi görün basılıb?
Payızda kəsilən əriştələr də,
Bağlanan iplərdən barı asılıb?
Görsəniz axşamlar küçədən keçir,
Naxırdan axura dönən mal-qara.
Sakitcə soruşun o heyvanlardan,
Qövr edib, qanayır açılan yara?
Bir zəhmət deyilsə, qonun hinlərə,
Baxın dən yeyirmi toyuq-cücələr?
Uzaq mahallardan gələn aşıqlar,
Oxuyur, şən keçir yenə gecələr?
Ay quşlar, hər yerə səs salıb deyin,
Vətənsiz ölürük, yaradır ürək.
İnşallah, bu dərddən qurtarmaq üçün,
Üz tutub Vətənə qovuşaq gərək.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


