Xəbərlər
26.09.2026, 14:53
Lilpar Cəmşidqızı : 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb, şəhadətə ucalan Babayev Pərvin Hüseyn oğlunun sentyabr ayının 26- da cənnətdəki mövlud günüdü.

44 günlük Vətən müharibəsində qəhrəmanlıqla döyüşüb, şəhadətə ucalan Babayev Pərvin Hüseyn oğlunun sentyabr ayının 26- da cənnətdəki mövlud günüdü. Ruhu şad olsun. Amin!
Sədanı duymuram sənin, darıxmışam yaman, oğul,
Gedəndə çənlə getmisən, yolun tutub duman, oğul.
Dilimdə tək adın qalıb, könüldə ağrılar yatır,
Sızıldayır qəmin sənin çalanda tar- kaman oğul.
Aşıb- daşan dənizdəsən, diləklərin yarım qalıb,
Avar çəkib gəmin gedib, yetim qalıb liman, oğul.
Şəhidliyinlə, Pərvinim, İlahinin yanındasan,
İçimdə atəşin qalıb, soyutmayır zaman, oğul.
Savaşda köynəyində qan vuruşmusan əzmlə sən,
O dəm şərəflə can verənlər oldu qəhrəman, oğul.
Gözüm gəzir, yanımdasan, hərarətin, odun sönüb,
Doğulmayır itib gedən hər arzudan güman, oğul.
O mərmər üstə şəklinin müsibət adlı rəsmi var,
Bu Lilparın sözündə sənlə başlayır aman, oğul.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay


