ŞƏHİDLƏRİMİZ QÜRURLA  ANILDI - FOTOLAR

Bu gün gün Borçalı ictimai ədəbi məclisində şəhidlərin əziz xatirəsinə həsr olunmuş tədbir keçirildi

Şəhidlər ölmürlər. Onlar Vətən torpağının yaddaşına, xalqın ürəyinə, tariximizin şərəf səhifələrinə əbədi həkk olunurlar. Onların keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıq, Vətən uğrunda verdiyi can xalqımız üçün daim qürur mənbəyi olaraq qalır.
Bu müqəddəs amalın yaşadılması, şəhidlərimizin xatirəsinin ehtiramla yad edilməsi məqsədilə Borçalı ictimai ədəbi məclisinin təşkilatçılığı ilə şəhidlərin anım gününə həsr olunmuş mənəvi-ədəbi tədbir keçirildi.


Tədbirin təşkilatçısı, Borçalı ictimai ədəbi məclisinin sədri, “Xarıbülbül” jurnalının baş redaktoru Ziyadxan Budaqın təşəbbüsü ilə keçirilən görüşdə Borçalı ziyalıları, yazıçılar, şairlər, şəhid anaları və ataları, şəhid ailələrinin üzvləri, mətbuat nümayəndələri, söz adamları və ədəbiyyatsevərlər bir araya gəldilər.
Tədbirin hər anında şəhidlərimizə sonsuz ehtiram və minnətdarlıq duyğusu hiss olunurdu. Burada söylənilən hər bir söz, səsləndirilən hər bir şeir Vətən uğrunda canından keçən qəhrəman oğullarımızın müqəddəs xatirəsinə ünvanlanmışdı.
Tədbirdə şəhidlərimizin həyat və döyüş yollarından söz açıldı, onların göstərdikləri şücaət və qəhrəmanlıq nümunələri xatırlandı. Şairlər şəhidlərə həsr etdikləri kövrək və qürur dolu şeirlərini səsləndirdilər. Söz adamlarının çıxışlarında şəhidlərin ailələrinə göstərilən diqqət və ehtiramın vacibliyi vurğulandı.
Bu tədbiri digər görüşlərdən fərqləndirən əsas məqamlardan biri də şəhid ailələrinin nümayəndələrinin öz xatirələrini bölüşməsi idi. Çünki şəhid haqqında danışmaq yalnız onun döyüş yolundan bəhs etmək deyil, həm də onun ailəsinin yaşadığı ağrını, həsrəti, qüruru və sonsuz sevgini duymaq deməkdir.

Mən də bir şəhid bacısı və yazıçı kimi bu mənəvi görüşə dəvət olunmuşdum.
Çıxışımda əziz qardaşım, şəhid Ayaz İsmayılovun həyatından, onun kəşfiyyat fəaliyyətindən və sonuncu döyüş yolundan danışdım. Qardaşımın Vətən qarşısındakı son vəzifəsini, döyüş meydanında göstərdiyi mərdliyi xatırlayaraq onunla bağlı yaddaşımda yaşayan ən ağrılı və ən müqəddəs anları tədbir iştirakçıları ilə bölüşdüm.
Xüsusilə anamın şəhid oğlunu qarşılama səhnəsini danışarkən həmin anların ağrısını sözlə ifadə etmək mənim üçün çox çətin idi. Ana üçün oğul itkisi sözlə ifadə olunmayacaq qədər böyük bir dərddir. Lakin şəhid anasının qəlbindəki bu dərdin içində böyük bir qürur da yaşayır. Çünki onun oğlu Vətən yolunda canından keçib, adını xalqının şərəfli tarixinə yazdırıb.
Ayaz haqqında danışarkən bir daha anladım ki, şəhidlərimizin hər birinin arxasında bir ailə, bir ana, bir ata, bacı-qardaş, doğmalar və onların yaddaşında heç vaxt silinməyəcək xatirələr dayanır.

Tədbirdə şəhidlərimizin adı böyük ehtiram və qürur hissi ilə çəkildi. Onların döyüş yollarından danışıldı, qəhrəmanlıqları xatırlandı. Hər bir çıxışda eyni fikir öz təsdiqini tapdı: Vətən üçün canından keçənlər unudulmur!
Belə tədbirlər yalnız bir anım mərasimi deyil. Bu görüşlər həm də şəhidlərimizin həyat yolunun gələcək nəsillərə çatdırılması, onların adlarının yaşadılması və qəhrəmanlıqlarının ədəbi yaddaşımıza köçürülməsi baxımından böyük əhəmiyyət daşıyır.
Ziyadxan Budağın rəhbərliyi və təşkilatçılığı ilə keçirilən tədbir yüksək səviyyədə təşkil olunmuşdu. Burada sözün, ədəbiyyatın və şəhidlərə olan ehtiramın bir araya gəlməsi xüsusi mənəvi ab-hava yaratmışdı.

Belə bir gündə Borçalı ziyalılarının, şair və yazıçıların, şəhid ailələrinin və ədəbiyyatsevərlərin bir araya gəlməsi göstərdi ki, şəhidlərin adı xalqımızın yaddaşında daim yaşayacaq.
Bu gün biz şəhidlərimizi yalnız kədərlə deyil, qürurla anırıq.
Çünki onlar Vətən naminə ən böyük fədakarlığı etdilər.
Onların bizə əmanət qoyduğu torpağın hər qarışı, çəkdikləri bayrağın hər rəngi, səsləndirdiyimiz hər bir şeir və söylədiyimiz hər bir söz onların əziz xatirəsinə bir ehtiramdır.
Şəhidlərimizin ruhu qarşısında baş əyirik!
Onların müqəddəs xatirəsi əbədi yaşayacaq.

Gülmaya Feyruzqızı
Yazıçı-şair-publisist
AYB, AJB-üzvü,"Qızıl qələm" media mükafatçısı

Son xəbərlər

"Hazırda təhsil sahəsində çox iş görülür" - Prezident

ŞƏHİDLƏRİMİZ QÜRURLA ANILDI - FOTOLAR

Şahin Mustafayev rus həmkarı ilə görüşdü

“ÜDM-in 70 faizdən çoxu qeyri-neft sektorunun payına düşür” - Prezident

Azərbaycan Prezidenti investorlara saxta mediaya inanmamağı məsləhət görüb

İlham Əliyev: "Bu gün 2 mühüm sənəd imzalanacaq"

İlham Əliyev: Xarici borcumuz çox aşağı səviyyədədir, biz onu bir gündə sıfırlaya bilərik

Qaradağ rayonunda vulkan püskürüb

Türkiyə millisi Fransaya uduzdu

İKİ GƏNC ÖMÜR VƏ İKİ AİLƏ SEVİNCİ

ÖMRÜN ARXASINCA QALAN İŞIQ…

Fidan Əraqçi ilə görüşdü

"Münasibətlər sıfır səviyyəsindədir" - Putin

10 dəqiqəyə boşandılar? - Soyadını sildi

MÜƏLLİM ÖMRÜNÜN İŞIĞINDA BİR İNSAN PORTRETİ - FOTOLAR

BELA ZƏNGİBASARLI : ÜZ TUTUB VƏTƏNƏ QOVUŞAQ GƏRƏK - FOTO

27. 09.2026-də, saat 11:00-da QOŞMA ƏDƏBİ MƏCLİSİnin növbəti tədbiri keçiriləcək

QOŞA QANAD — DÖVLƏTÇİLIK YOLUNDA BİRGƏ FƏALİYYƏT

ÜST rəhbəri gecələr yata bilmir - Yeni pandemiya yaxınlaşır

Prezidentin qızları Formula 1-i izlədilər

"Yalı çapkını"nın aktyoru yeni serialda - FOTO

Çingiz Dadaşov : ÖMRÜMÜZ BƏNZƏYİR ŞİRİN NAĞILA - FOTO

Daha bir aktrisa bu seriala çəkiləcək - FOTO

Hazırda istifadə edilən ödəniş kartlarına da məhdudiyyət qoyulacaq? - Açıqlama

Boksçumuz Avropa çempionatında gümüş medal qazandı

Prezidentin general rütbəsi verdiyi şəxs bu deputatın qardaşıdır

İranda bir neçə məmur ÖLDÜRÜLDÜ

Müəllifi: Natella Nur : BU GÜNLƏ BİZ YAŞAYAQ

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930