Xəbərlər
3.10.2026, 01:08
USTAD NİFTALI GÖYÇƏLİ VƏ "TOMRİSNAMƏ" POEMASI...
Ədəbiyyat sahəsində yalnız yazıb-yaratmaq və müxtəlif kitabların müəllifi olmaq kifayət deyil. Bir ədəbiyyatçı (şair, yazıçı, ədəbi təhlilçi və tənqidçi) öz işində bacarıqlı qələm sahibi olmaqla yanaşı həm də həyatda doğru-dürüst, əxlaqlı, mədəni və etikalı insan olmağa mükəlləfdir. Əgər bunlar yoxdursa, o zaman ədəb və ərkandan gələn və əslində ədəb-ərkana xidmət etməyə borclu olan ədəbi bacarıq elə də ciddi təsirə və faydaya malik olmur. Olanlar yalnız müvəqqəti xarakter daşıyan, bəzən müəllifinin öz zamanında, bəzən də müəllifinin vəfatı ilə unudulmağa məhkum olanlardan başqa bir şey deyil. Bütün bunlardan əlavə, bir şair və yazıçı həm də öz milli kimliyinə bağlı olmalı, öz qələmi ilə milli mənsubiyyəti və milli kimliyini, milli-mənəvi dəyərlərini tərənnüm etməlidir.
Heç şübhəsiz Azərbaycan ədəbi mühitinin belə dəyərli və ləyaqətli simalarından biri də yarım əsrdən çox bir müddət ərzində tam səmimiyyət və eyni halda təmannasız olaraq ədəbiyyat və incəsənətə, xüsusilə də öz milli kimliyi və milli-mənəvi dəyərlərinə layiqli xidmət göstərən Turan sevdalısı, Azərbaycan ədəbi mühitinin görkəmli nümayəndəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Turan Yazarlar Birliyinin başqanı, Turan Xalq şairi, "Turan Ödülü", "Həməşəra" Fəxri Diplomu, "Məhəmməd Füzuli" Fəxri Ödülü, "Ustad Niftalı Göyçəli" Ödülü, "Ziyadar" Mükafatı və "Əsrin yazarı" medalı laureatı, ədəbiyyatşünas, türkoloq, aşıq, yazıçı-şair Ustad Niftalı Göyçəli (Niftalı Dədə)-dir.
O, bununla bağlı "Qədim Turan eposu" əsərini ərsəyə gətirmiş və bu mövzuda ilk möhtəşəm işə imza atmışdır. Bundan əlavə, Ustad Niftalı Göyçəlinin "Bötüv Azərbaycan eposu" adlı əsərini də göstərmək olar. Müəllif bu kitabda milli kimlik, tarixi olaylar, milli mənsubiyyət və azadlıq hərəkatı kimi bir sıra dəyərli tarixi və milli mövzularla yanaşı həm də "Tomris dastanı"nı təqdim etmişdir.
Tomris xatun qədim Türk-Sak tayfalarından olan massagetlərin məşhur qadın hökmdarı, çariçası və sərkərdəsidir. Əri vəfat etdikdən sonra Massaget tayfalarının başına keçmişdir. Massagetlər Dərbənddən Şirvana və Kür çayına qədər olan ərazilərdə, qədim Azərbaycan torpaqlarında məskunlaşmışdılar. Tomris müdrik siyasəti, güclü iradəsi və qorxmazlığı ilə seçilib. Qədim yunan mənbələrində onun orijinal adı "Tomyris" formasında qeyd edilir.
Tomris xatun eradan əvvəl VI əsrdə hakimiyyətdə olan və qədim dünyanın məğlubedilməz imperatoru, eyni halda Əhəməni İmperiyasının hökmdarı sayılan Böyük Kuruşa (II Kiros və ya Kuruşe-bozorg) - (təq. e.ə. 600 - e.ə. 530) qarşı apardığı şanlı mübarizə və sonda ona qalib gəlməsi ilə adını tarixə yazdırmışdır...
Məlumat üçün qeyd etmək lazımdır ki, milli kimliyimizi qoruyub-saxlamaq və müasir nəsillərlə yanaşı gələcək nəsillərə çatdırılması hədəfi ilə qələmə alınmış "Tomrisnamə" poeması Ustad Niftalı tərəfindən 2009-cu ildə ərsəyə gələrək "Tomris dastanı" başlığı altında 2011-ci ildə Bakıda "Elm və təhsil" nəşriyyatı tərəfindən işıq üzü görmüş "Bütöv Azərbaycan eposu" adlı 228 səhifəlik əsərinin 24-35-ci səhifələrində yer almışdır.
Ustad Niftalı Göyçəlinin “Tomrisnamə” poeması Azərbaycan xalqının qəhrəmanlıq tarixini və zəngin milli-mənəvi dəyərlərini tərənnüm edən möhtəşəm bir bədii nümunədir. Sənətkar bu epik əsərdə tarixdə silinməz iz qoymuş ilk qadın türk hökmdarı və cəsur sərkərdə Tomris xatunun misilsiz hünərini yüksək poetik dillə canlandırmışdır. Poema massagetlərin yadelli işğalçılara qarşı apardığı müqəddəs azadlıq mübarizəsini, sarsılmaz vətənpərvərlik, ləyaqət və rəşadət ideyalarını özündə geniş şəkildə birləşdirir.
Ustad Niftalı ulu əcdadlarımızın müstəqillik ruhunu və qadınlarımızın şanlı dövlətçilik tariximizdəki mühüm rolunu böyük ustalıqla oxuculara çatdırır. Bu qiymətli əsər gənc nəslə güclü milli kimlik şüuru aşılamaq və bütöv Turan coğrafiyasının epik qəhrəmanlıq salnaməsini gələcək nəsillərə yaşatmaq baxımından müstəsna ədəbi əhəmiyyət kəsb edir.
Həmin bədii ədəbi, eyni halda elmi və tarixi əsər hal-hazırda Mirzə Fətəli Axundov adına Azərbaycan Milli Kİtabxanasında, eləcə də Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezindent Kitabxanasında qorunub saxlanılır. Kitabın elektron (PDF) versiyasını Milli Kitabxananın rəsmi portalından da izləmək mümkündür.
Burada Ustad Niftalı Göyçəlinin "Tomrisnamə" adlı önəmli və gözəl üslubda, eyni halda sadə və axıcı qafiyə sistemi əsasında qələmə aldığı poeması ilə yaxından tanış oluruq:
۞ Fürsətdən istifadə edib, görkəmli şairimiz Ustad Niftalı Göyçəliyə milli kimliyi tərənnüm edən belə bir möhtəşəm əsərə görə səmimi təşəkkürümü bildirir, ona Ulu Tanrıdan uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
Ustad Niftalı Göyçəlinin "Tomrisnamə" poemasının ilk növbədə ədəbiyyatçılar, daha sonra öz milli kimliyinə sadiq olan insanlar tərəfindən dəyərləndirilməsi ümidi ilə...
İlqar İsmayılzadə
(Fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü,
TYB-nin İdarə Heyətinin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
01.10.2026

Tomrisnamə
Aranı, yaylağı füsünkar, gözəl.
Bir ölkə var idi eradan əvvəl.
İskitlər eliydi həmin o diyar,
Xəzərdən Alvıza tutmuşdu qərar.
Cəsur igidləri, ordusu vardı,
Hər əsgər savaşda aslan olardı.
Döyüş meydanında sərkərdə, əsgər
Tufan, qasırğaya bənzəyirdilər.
Mahir ox atanlar, nişan alanlar,
Vardı şimşək kimi qılınc çalanlar.
Oğlanı, qızları həm vətənpərvər,
Alınmaz qalaydı kəndlər, şəhərlər...
Cürət etməyirdi düşmən ölkələr
İskit ellərinə basqın edələr...
Ölkədə intizam, əmin-amanlıq,
Dinc asayiş vardı, həm mehribanlıq.
Tanrı sevgisiydi qəlblərə hakim,
Şeytan həlqəsinə düşmürdü heç kim.
Bu xoş ünsiyyətə görə Yardan
Vermişdi onlara həyat-firavan.
Hamının işiydi qayğı, həm zəhmət,
Verirdi əkinlər, bağlar bol nemət.
Xaqan Ər Tunqanın nəvəsi-varis-
Ölkəni idarə edirdi TOMRİS...
Tomris bu ölkəyə gəlin gələrkən
Ömür yoldaşını itirmiş erkən...
Əri Girman bəydən sonra TOMRİSİ
Xalq qəbul eləmiş dövlət varisi...
Girmandan Tomrisin tək övladı da
Oğlu körpə idi Azman adında.
Beləcə, ötüşdü aylar, fəsillər,
Fəsillər üstündə dəyişdi illər.
Azman da yetişdi on beş yaşına,
Şahzadə tacını qoydu başına...
Şirbilək, gövdəli, bəbirdən zirək
Bəstəboy gənc idi, həm enlikürək.
Qılınc çalan zaman cəld hərəkəti
Ani baş verirdi şimşəkdən iti.
Nizəsi qalmırdı ox sürətindən,
Hədəf yayınmırdı məharətindən.
Başında dəstəsi əkin əkirdi,
Yaylaqda, otlaqda dəryaz çəkirdi...
Tarlada, zəmidə görürdü işlər,
İşləyirdi o da xalqla bərabər.
Əziz dostlar idi ona igidlər,
Kimisi sənətkar, kimisi rəncbər...
İskit ellərində belə bir həyat,
Keçirdi xoş dövaran, zaman-gedişat.
Bayram eləyirdi İskit elləri,
Açmışdı baharın əlvan gülləri.
Alyaşıl geyinmiş silsilə dağlar,
Puçur, çiçək açmış bağçalar, bağlar.
Araz sahilləri nərgiz, bənövşə,
Hər tərəf gözəllik, füsünkar guşə...
Bahar əhvalı var, kəndlər, şəhərlər,
Bayram şənlikləri keçirir ellər.
Toplanımış meydana qızlar oğlanlar,
Məharət göstərir ərən cavanlar.
Bir yanda Aysunun rəfiq cərgəsi-
Dayanmış qızların atlı dəstəsi.
Qarşı tərəfdə də başçısı Azman,
Atlı igidlər də gözləyir zaman.
Birinci yarışma çapar gedərək
Ox atıb hədəfi vurasan gərək.
Sonra kəmənd, nizə yarışı ilə
Məharət göstərmək... maraqlar belə.
Çıxdılar meydana bir qız, bir oğlan,
Qız da mələk kimi gözəl məhtəban.
Oğlan da gövdəli, ərən cəngavər,
Görkəmi, baxışı qartala bənzər.
Birinci qız sürdü atını çapar,
Ox atdı hədəfə, alqışladılar.
Dəydi nişangaha qız atdığı ox,
Nişan mərkəzinə yaxın oldu çox.
Oğlan da atını sürdü, atdı ox,
Amma nişangahda kənar batdı şox.
Sonra nizə atmaq növbəsi gəldi,
Bu da ox atmaqdan çətin əməldi...
Yenə at çaparaq qız nizə atdı,
Nizəsi hədəfə, yaxına çatdı.
Oğlan nizə atdı çox məharətlə,
Sancıldı hədəfə ani sürətlə...
Axırda başlandı kəmənd “savaşı”,
Kəndir fırlatdılar, durdular qarşı.
Oğlandan yan keçdi qızın kəməndi,
Oğlan bu həmlədə çevik tərpəndi.
Qızın kəməndini göydə tutaraq.
Onu atdan saldı çəkib dartaraq...
Qurtardı bu yöndə meydan oyunu,
Oğlan qalib gəldi yarışın sonu...
Beləcə, gücünü sınadı gənclər,
Qaldı Azman ilə Aysu hünərvər.
Aysu at sürərək girdi meydana,
O da yarış açdı igid Azmana.
Sürdü kəhər atı, çapdı dördnala,
Dövr edi meydanı, düzəldi yola.
Azmanla ox, nizə atdılar çapar,
Hədəf mərkəzini dəqiq vurdular.
Bir-birinə xeyli kəmənd atdılar,
Çalışıb, yorulub tərə batdılar.
O atdı kəməndi, bu sapdı yana,
Bu atdı kəməndi, o sapdı yana...
Yarışa əlavə olundu bir şərt,
Cıdır yarışına keçmək, nəhayət...
Uzaq bir təpəni mənzil seçdilər,
Bir-birini xeyli ötüb keçdilər.
Mənzilə birinci yetişdi Azman,
Ötmüşdü Aysunu lap çataçatdan.
Buraxdı atını göyçəmənliyə,
Alsın nəfəsini, dincəlsin deyə.
Aysu təbrik eti qalib Azmanı,
Qurtardı yarışma, güc imtahanı.
Tək bənövşə dərdi Azman çəməndən,
Qıza təqdim etdi təbrikə rəğmən.
Dayandı üz-üzə sevgili gənclər,
Duyğulu baxışlar, hiss keçirdilər...
Ürəkdən-ürəyə al şəfəqlərtək
Axdı xoş arzular, məhəbbət, istək.
Bəli, Aysu adlı o el qızına-
Azmanın varlığı bağlandı ona...
Keçdi bir-neçə gün, açıldı səhər,
Azman dəstəsilə ova getdilər.
Araz sahilləri gəzdilər xeyli,
Ov vurdu, hər kəsin gətirdi əli.
Çəmənli bir yerdə ocaq çatdılar,
Ovu şişlik edib, oda atdılar.
Bişdi, hazır oldu kabablı şişlər,
Naharı etdilər, gedirdi işlər...
Kirin də başında bir dəstə quldur,
Durmuşdu pusquda qarətçi mənfur.
İgidlər süfrəyə oturan zaman
Oxlar yağdırdılar vermədən aman.
Sağ qalmadı heç kəs qafil tarandan,
Məhv oldu igidlər-on püxtə cavan!..
On yəhəri gümüş, qızıllı atlar
Şər kirə qənimət, əmlak oldular...
Sonra meyitləri qarət etdilər,
Qılınc, libas, zinət yığıb getdilər...
Əydi bu faciə Tomris Ananı,
Tapşırdı torpağa oğlu Azmanı!..
Özünü Araza atdı Aysu da,
Dözmədi acıya, boğuldu suda...
Topladı alp ərlər-cəngavərləri,
Belə oldu Tomris-hökmdar əmri:
“Harda olur-olsun, ölü, ya diri
Tez tapıb gətirin o quldur Kiri!
Ona can dadlısı göstərsəm, ancaq
Azmanın ruhu dinclik tapacaq!”...
Gəzdilər səhralar, dağlar, dərələr,
Nəhayət şər Kiri tutdular ərlər.
Gətirib Tomrisə verdilər diri,
Tomrisin də belə oldu tədbiri:
Gətirdi meydana xain qulduru,
Ona qılınc verib, mərd divan qurdu...
Həmlələr edirdi o Kir şərxətər,
Tomris yayınırdı güclə, birtəhər.
Quldur tərə batıb əldən düşürdü,
Xülasə, yorulub lap tövşüyürdü.
Tomris qılıncını çalarkən birdən
Şər Kir başdan oldu, yixıldı bədən.
Beləcə, hökmdar, o məğrur Qadın
Doldurdu tuluğa şər Kirin qanın.
Başını da saldı tuluğa həmən,
Atdı Xan araza baxdı sahildən.
Söylədi: “ Ey namərd, qanlara bais,
İndi iç qanından doyunca, naqis!”
Bəli, həmin vaxtdan İskit elindən
Bir hikmət yaranmış TÜRKÜN dilindən:
“Düşməni qanında boğmasan əgər,
Soyumaz təşnəsi, duran deyil şər!”...
Bir ölkə var idi eradan əvvəl.
İskitlər eliydi həmin o diyar,
Xəzərdən Alvıza tutmuşdu qərar.
Cəsur igidləri, ordusu vardı,
Hər əsgər savaşda aslan olardı.
Döyüş meydanında sərkərdə, əsgər
Tufan, qasırğaya bənzəyirdilər.
Mahir ox atanlar, nişan alanlar,
Vardı şimşək kimi qılınc çalanlar.
Oğlanı, qızları həm vətənpərvər,
Alınmaz qalaydı kəndlər, şəhərlər...
Cürət etməyirdi düşmən ölkələr
İskit ellərinə basqın edələr...
Ölkədə intizam, əmin-amanlıq,
Dinc asayiş vardı, həm mehribanlıq.
Tanrı sevgisiydi qəlblərə hakim,
Şeytan həlqəsinə düşmürdü heç kim.
Bu xoş ünsiyyətə görə Yardan
Vermişdi onlara həyat-firavan.
Hamının işiydi qayğı, həm zəhmət,
Verirdi əkinlər, bağlar bol nemət.
Xaqan Ər Tunqanın nəvəsi-varis-
Ölkəni idarə edirdi TOMRİS...
Tomris bu ölkəyə gəlin gələrkən
Ömür yoldaşını itirmiş erkən...
Əri Girman bəydən sonra TOMRİSİ
Xalq qəbul eləmiş dövlət varisi...
Girmandan Tomrisin tək övladı da
Oğlu körpə idi Azman adında.
Beləcə, ötüşdü aylar, fəsillər,
Fəsillər üstündə dəyişdi illər.
Azman da yetişdi on beş yaşına,
Şahzadə tacını qoydu başına...
Şirbilək, gövdəli, bəbirdən zirək
Bəstəboy gənc idi, həm enlikürək.
Qılınc çalan zaman cəld hərəkəti
Ani baş verirdi şimşəkdən iti.
Nizəsi qalmırdı ox sürətindən,
Hədəf yayınmırdı məharətindən.
Başında dəstəsi əkin əkirdi,
Yaylaqda, otlaqda dəryaz çəkirdi...
Tarlada, zəmidə görürdü işlər,
İşləyirdi o da xalqla bərabər.
Əziz dostlar idi ona igidlər,
Kimisi sənətkar, kimisi rəncbər...
İskit ellərində belə bir həyat,
Keçirdi xoş dövaran, zaman-gedişat.
Bayram eləyirdi İskit elləri,
Açmışdı baharın əlvan gülləri.
Alyaşıl geyinmiş silsilə dağlar,
Puçur, çiçək açmış bağçalar, bağlar.
Araz sahilləri nərgiz, bənövşə,
Hər tərəf gözəllik, füsünkar guşə...
Bahar əhvalı var, kəndlər, şəhərlər,
Bayram şənlikləri keçirir ellər.
Toplanımış meydana qızlar oğlanlar,
Məharət göstərir ərən cavanlar.
Bir yanda Aysunun rəfiq cərgəsi-
Dayanmış qızların atlı dəstəsi.
Qarşı tərəfdə də başçısı Azman,
Atlı igidlər də gözləyir zaman.
Birinci yarışma çapar gedərək
Ox atıb hədəfi vurasan gərək.
Sonra kəmənd, nizə yarışı ilə
Məharət göstərmək... maraqlar belə.
Çıxdılar meydana bir qız, bir oğlan,
Qız da mələk kimi gözəl məhtəban.
Oğlan da gövdəli, ərən cəngavər,
Görkəmi, baxışı qartala bənzər.
Birinci qız sürdü atını çapar,
Ox atdı hədəfə, alqışladılar.
Dəydi nişangaha qız atdığı ox,
Nişan mərkəzinə yaxın oldu çox.
Oğlan da atını sürdü, atdı ox,
Amma nişangahda kənar batdı şox.
Sonra nizə atmaq növbəsi gəldi,
Bu da ox atmaqdan çətin əməldi...
Yenə at çaparaq qız nizə atdı,
Nizəsi hədəfə, yaxına çatdı.
Oğlan nizə atdı çox məharətlə,
Sancıldı hədəfə ani sürətlə...
Axırda başlandı kəmənd “savaşı”,
Kəndir fırlatdılar, durdular qarşı.
Oğlandan yan keçdi qızın kəməndi,
Oğlan bu həmlədə çevik tərpəndi.
Qızın kəməndini göydə tutaraq.
Onu atdan saldı çəkib dartaraq...
Qurtardı bu yöndə meydan oyunu,
Oğlan qalib gəldi yarışın sonu...
Beləcə, gücünü sınadı gənclər,
Qaldı Azman ilə Aysu hünərvər.
Aysu at sürərək girdi meydana,
O da yarış açdı igid Azmana.
Sürdü kəhər atı, çapdı dördnala,
Dövr edi meydanı, düzəldi yola.
Azmanla ox, nizə atdılar çapar,
Hədəf mərkəzini dəqiq vurdular.
Bir-birinə xeyli kəmənd atdılar,
Çalışıb, yorulub tərə batdılar.
O atdı kəməndi, bu sapdı yana,
Bu atdı kəməndi, o sapdı yana...
Yarışa əlavə olundu bir şərt,
Cıdır yarışına keçmək, nəhayət...
Uzaq bir təpəni mənzil seçdilər,
Bir-birini xeyli ötüb keçdilər.
Mənzilə birinci yetişdi Azman,
Ötmüşdü Aysunu lap çataçatdan.
Buraxdı atını göyçəmənliyə,
Alsın nəfəsini, dincəlsin deyə.
Aysu təbrik eti qalib Azmanı,
Qurtardı yarışma, güc imtahanı.
Tək bənövşə dərdi Azman çəməndən,
Qıza təqdim etdi təbrikə rəğmən.
Dayandı üz-üzə sevgili gənclər,
Duyğulu baxışlar, hiss keçirdilər...
Ürəkdən-ürəyə al şəfəqlərtək
Axdı xoş arzular, məhəbbət, istək.
Bəli, Aysu adlı o el qızına-
Azmanın varlığı bağlandı ona...
Keçdi bir-neçə gün, açıldı səhər,
Azman dəstəsilə ova getdilər.
Araz sahilləri gəzdilər xeyli,
Ov vurdu, hər kəsin gətirdi əli.
Çəmənli bir yerdə ocaq çatdılar,
Ovu şişlik edib, oda atdılar.
Bişdi, hazır oldu kabablı şişlər,
Naharı etdilər, gedirdi işlər...
Kirin də başında bir dəstə quldur,
Durmuşdu pusquda qarətçi mənfur.
İgidlər süfrəyə oturan zaman
Oxlar yağdırdılar vermədən aman.
Sağ qalmadı heç kəs qafil tarandan,
Məhv oldu igidlər-on püxtə cavan!..
On yəhəri gümüş, qızıllı atlar
Şər kirə qənimət, əmlak oldular...
Sonra meyitləri qarət etdilər,
Qılınc, libas, zinət yığıb getdilər...
Əydi bu faciə Tomris Ananı,
Tapşırdı torpağa oğlu Azmanı!..
Özünü Araza atdı Aysu da,
Dözmədi acıya, boğuldu suda...
Topladı alp ərlər-cəngavərləri,
Belə oldu Tomris-hökmdar əmri:
“Harda olur-olsun, ölü, ya diri
Tez tapıb gətirin o quldur Kiri!
Ona can dadlısı göstərsəm, ancaq
Azmanın ruhu dinclik tapacaq!”...
Gəzdilər səhralar, dağlar, dərələr,
Nəhayət şər Kiri tutdular ərlər.
Gətirib Tomrisə verdilər diri,
Tomrisin də belə oldu tədbiri:
Gətirdi meydana xain qulduru,
Ona qılınc verib, mərd divan qurdu...
Həmlələr edirdi o Kir şərxətər,
Tomris yayınırdı güclə, birtəhər.
Quldur tərə batıb əldən düşürdü,
Xülasə, yorulub lap tövşüyürdü.
Tomris qılıncını çalarkən birdən
Şər Kir başdan oldu, yixıldı bədən.
Beləcə, hökmdar, o məğrur Qadın
Doldurdu tuluğa şər Kirin qanın.
Başını da saldı tuluğa həmən,
Atdı Xan araza baxdı sahildən.
Söylədi: “ Ey namərd, qanlara bais,
İndi iç qanından doyunca, naqis!”
Bəli, həmin vaxtdan İskit elindən
Bir hikmət yaranmış TÜRKÜN dilindən:
“Düşməni qanında boğmasan əgər,
Soyumaz təşnəsi, duran deyil şər!”...
Niftalı Göyçəli
Bakı şəhəri - 2009
۞ Fürsətdən istifadə edib, görkəmli şairimiz Ustad Niftalı Göyçəliyə milli kimliyi tərənnüm edən belə bir möhtəşəm əsərə görə səmimi təşəkkürümü bildirir, ona Ulu Tanrıdan uzun, sağlam və mənalı-məsud ömür, yeni-yeni yaradıcılıq uğurları arzulayıram!
Ustad Niftalı Göyçəlinin "Tomrisnamə" poemasının ilk növbədə ədəbiyyatçılar, daha sonra öz milli kimliyinə sadiq olan insanlar tərəfindən dəyərləndirilməsi ümidi ilə...

(Fəlsəfə üzrə fəlsəfə doktoru, "Həməşəra" mətbu orqanının təsisçisi və baş redaktoru, AJB, AYB və TYB-nin üzvü,
TYB-nin İdarə Heyətinin üzvü, Turan Xalq yazarı, teoloq, araşdırmaçı, tərcüməçi, yazıçı-publisist)
01.10.2026
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay