Xəbərlər
3.10.2026, 12:04
Həsənxan Əsədov : Bir ömürlük bəs edim - FOTO

Bu ünvanın sonu yenə ayrılıq?
Ruhum susub,puçur-puçur tər tökür.
İki gözüm dikilibdir yoluna,
Ürəyimdən ürəyinə yol çəkir.
Fikirlərdən asılıbdır duyğular,
Varlığının işığına dayanır.
Gözlər susub,qəm-qüssədən yüklənib,
Yanaqlarım qoxun ilə boyanır.
Lillənibdir xəyallarım içimdə,
Qismətımın üzü yanıb qapqara.
Quruyubdur son ümüdün rişəsi,
Unutmağın savaşında çək dar.
Bu sevdanın keşiyində durmuşam,
Bu tayından o tayına səs edim.
Ayrılığın formulunda dustağam,
Tut əlimi izin vermə pəs edim.
Həsənxanam,yalvarıram izin ver,
Ürəyini ürəyimdə isidim.
Ömür yolum enişində üşüyür,
Al qəlbinə bir ömürlük bəs edim.
01.10.2026

Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay

