
Xəbərlər
21.05.2026, 00:02
“Dünya dərd ocağı, ömürsə baldı” - FOTO
İÇİM BİR TƏNDİRDİR ÇIXMAYIR,TÜSTÜ,
SIZLADIR CANIMI FƏLƏYİN,QƏSDİ,
SIZLADIR CANIMI FƏLƏYİN,QƏSDİ,
Həsənxan, bu saflıq ömrünü kəsdi,
Ədəbiyyatın insan həyatındakı rolundan danışarkən ilk növbədə həm fərdin, həm də bütöv bir cəmiyyətin mənəvi inkişafı yada düşür. Çünki ədəbiyyat insanın ictimai şüurunun, münasibətlərinin, dil üslubunun və estetik dünyagörüşünün formalaşmasında əsas qaynaqlardan biridir.
Bu gün çağdaş ədəbiyyatımızda öz yaradıcılığı ilə oxucu auditoriyasına yol tapa bilən insanların əsərlərinə baxanda həmin mənəvi bağlılığı görməmək mümkün deyil.
Elə buna görə də, Facebook mühitində olduğum müddətdə yaradıcı insanlara, xüsusilə də dəyərli şair dostlarımın yaradıcılığına münasibətdə həmişə səmimi olmağa çalışmışam. İmkanım və gücüm çatdığı qədər fikirlərimdə obyektivliyi qorumağa üstünlük vermişəm. Bəzən bu yanaşmalarıma irad bildirənlər, müəyyən istiqamət vermək istəyənlər də olub. Mən isə yenə də öz düşüncəmə uyğun olan təklifləri diqqətdən kənarda saxlamamışam. Həm söylənilən iradları, həm də verilən məsləhətləri imkan daxilində nəzərə almağa çalışmışam. Bu gün də həmin ehtiyatlı və məsuliyyətli yanaşmanı qoruyub saxlayıram.
Şeir duyğulu, həyatın içindən gələn misraları ilə oxucunu düşündürməyi bacaran, özünəməxsus auditoriyası olan gözəl şairlərimizdən biri də Həsənxan Əsədovdur. Onun yaradıcılığı haqqında danışmağı özümə bir mənəvi borc hesab edirəm.
Həsənxanın şeirlərində qəribə bir rahatlıq, təbii bir axıcılıq var. Onun ruhundan süzülüb gələn misraları oxuduqca adamda elə bir hiss yaranır ki, sanki şair sənin iç dünyanı yazır, duyğularını misralara köçürür.
Bu yaxınlarda keçirilən ad günü münasibətilə dostlarının ünvanladığı təbriklərdən sonra qələmə aldığı düşüncələrin misraya çevirərək yaratdığı “ÖMÜR QATARI” şeirində də şair obrazı o qədər canlı və təsirli təqdim olunub ki, oxucu istər-istəməz illərin arxasına, xatirələrin səsinə doğru bir mənəvi yolçuluğa çıxır.
Həsənxan Əsədovun bu şeiri ömrün axarı, zamanın sürəti və insanın keçmişə boylanaraq özünü dərk etməsi haqqında kövrək, düşündürücü bir lirizmlə yazılıb. Şair burada “ömür qatarı” obrazı ilə həyatın dayanmadan irəlilədiyini göstərir. Şeirdə həm keçmiş xatirələr, həm hesabat, həm də daxili barışıq hiss olunur. Elə şeirin birinci bəndindən bu hiss olunmağa başlayır :
"Bu dünya bir yoldur,vardır nizamı,
Şütüyür bu yolda ömür qatarım.
Qocalıq səsləyir, hiss edir nəfəs,
İllərə qoşulub gedir baharım."
Şütüyür bu yolda ömür qatarım.
Qocalıq səsləyir, hiss edir nəfəs,
İllərə qoşulub gedir baharım."
Şeir elə ilk misradan fəlsəfi bir düşüncə ilə başlayır. Yəni, - “Dünya bir yoldur”- misrası həyatın davamlı hərəkət və keçid olduğunu ifadə edir. “Nizam” - sözü isə kainatda, ömürdə hər şeyin öz qanunu ilə baş verdiyini göstərir.
“Ömür qatarım”- bənzətməsi bu şeir üçün çox uğurludur. Qatar dayanmadığı kimi, insan ömrü də geri qayıtmır. “Şütüyür”- felinin işlənməsi ilə şair, zamanın sürətini və insanın ömrü yaşadığını hiss etmədən illərin keçdiyini vurğulayır.
Şairin, “Qocalıq səsləyir”- misrasında artıq insanın yaşının verdiyi daxili çağırış duyulur. Şair, - “Baharım”- sözünü isə gəncliyinin, həyat eşqinin rəmzinə çevirib. O bahar artıq “illərə qoşulub gedir.” Burada həm kədər, həm də təbiiliyi qəbul etmə hissi var.
"64 ili mənmi yaşadım?
Soruram özümə güzgüyə baxıb .
Bilmirəm üzgünəm, yada ki şadam,
Təsəlli yol tapıb buluddan çıxıb."
Soruram özümə güzgüyə baxıb .
Bilmirəm üzgünəm, yada ki şadam,
Təsəlli yol tapıb buluddan çıxıb."
Şair bu bənddə isə öz ömrü ilə üz-üzə dayanmasını göstərir. “64 ili mənmi yaşadım?”- sualı artıq insanın zamana heyrətidir. Yaş artdıqca illər daha sürətli keçmiş kimi görünür və insan yaşadığı ömrə bəzən özü də inana bilmir.
“Güzgüyə baxıb”- ifadəsi yalnız zahiri görünüşə yox, daxili hesabat anına işarədir. Şair həmdə burada güzgünü vicdanın və yaddaşın simvoluna çevrir.
“Bilmirəm üzgünəm, yada ki şadam”- misrasında ikili hiss var.
Ötən illərin hüznü, yaşanmış ömrün minnətdarlığı.
Son misra çox poetikdir. “Təsəlli yol tapıb buluddan çıxıb.” Burada bulud – qüssə, kədər, düşüncədir. Təsəlli isə günəş kimi həmin buludların arasından boylanır. Şair həyatın çətinliklərinə baxmayaraq, içində hələ də bir işıq tapır.
"Özümə bənzəyir bəlkə zaman da,
Düşmüşəm izinə ötən illərin,
Artırır sürətin hər ildən ilə,
Döngəli yollarda itən illərim,"
Düşmüşəm izinə ötən illərin,
Artırır sürətin hər ildən ilə,
Döngəli yollarda itən illərim,"
Şair zamanı insaniləşdirir. O, zamanla özünü eyniləşdirir. Sanki insan da zaman kimi dəyişir, yorulur, sürətlənir.
“Düşmüşəm izinə ötən illərin” – burada keçmişə qayıdış, xatirələri axtarmaq istəyi var. İnsan yaşlandıqca gələcəkdən çox keçmişlə yaşayır.
“Artırır sürətin hər ildən ilə”- misrası çox həyatidir. Gənclikdə ağır keçən illər, yaş artdıqca sanki bir göz qırpımında ötür.
“Döngəli yollar” həyatın çətinliklərini, enişli-yoxuşlu taleyi ifadə edir. O yollarda “itən illər” isə həm arzuların, həm də zamanın geri dönməzliyidir.
"Qınayır gözləri üzdə qırışlar,
Qopar o illərdən, cürət et, qopar....
Sığsa təxəyyülə ötən illərim,
Bəlkədə ürəyim bir dinclik tapar" .
Qopar o illərdən, cürət et, qopar....
Sığsa təxəyyülə ötən illərim,
Bəlkədə ürəyim bir dinclik tapar" .
Burada qırışlar sadəcə yaş əlaməti deyil - yaşanmış həyatın izləridir. Şairin gözləri öz üzündəki qırışlara baxaraq keçmişlə danışır.
“Qopar o illərdən”-çağırışı insanın xatirələrdən ayrılmaq istəyi ilə ayrılığın mümkünsüzlüyü arasında qalan daxili halıdır.
“Sığsa təxəyyülə ötən illərim”-misrası çox dərin məna daşıyır. İnsan keçmişini tam şəkildə düşüncəsinə yerləşdirə bilmir; çünki ömür çox geniş, çox mürəkkəbdir.
Şair düşünür ki, əgər bütün yaşadıqlarını anlaya, dərk edə bilsəydi, ürəyi rahatlıq tapardı. Bu isə daxili hesabat və mənəvi sakitlik arzusudur.
"Daha eşidilmir gəncliyin səsi,
Uşaqlıq illəri dönüb əl edir.
O qədər safdır ki xatirələrim
Ömrün ətəyindəyə səcdəyə gedir."
Uşaqlıq illəri dönüb əl edir.
O qədər safdır ki xatirələrim
Ömrün ətəyindəyə səcdəyə gedir."
Şeirin ən kövrək və duyğulu bəndlərindən biri bənddi. Burada artıq gənclik uzaqlaşmış bir səda kimi təqdim olunur.
“Uşaqlıq illəri dönüb əl edir”-misrası çox təsirlidir. Keçmiş burada canlı obraz kimi təsvir edilir. Sanki uşaqlıq uzaqdan insanı çağırır, ona əl edir.
Son iki misrada xatirələrin müqəddəsliyi vurğulanır: - “Ömrün ətəyində səcdəyə gedir.”
Bu, keçmişə, uşaqlığa, saf duyğulara mənəvi ehtiramdır. Şair xatirələri qarşısında baş əyir. Burada həm minnətdarlıq, həm də ömrün müqəddəsliyini qəbul etmək hiss olunur.
“Ömür qatarım” şeirinin ümumi nəticəsi onu göstərir ki, bu şeir, zamanın sürətini, qocalığın gətirdiyi düşüncələri, keçmişə dönüş, uşaqlıq və gənclik həsrəti, insanın öz ömrü ilə hesabatı, birbaşa mövzuları ehtiva edən lirik-fəlsəfi bir əsərdir.
Şeirin əsas uğuru səmimiyyətindədir. Burada süni pafos yoxdur. Şair yaşadığı ömrə həm kədərlə, həm sevgi ilə baxır. “Ömür qatarı” metaforası isə bütün şeirin aparıcı bədii dayağı kimi çox uğurlu işlənib.
Şeirin ümumi ruhunda belə bir fikir duyulur: İnsan yaşlandıqca illərin dəyərini daha dərindən anlayır və keçmiş onun üçün həm ağrı, həm də müqəddəs bir təsəlliyə çevrilir.
Həsənxan müəllimin poeziyasından seçib götürdüyüm,növbəti şeir -"SAF EŞQİM MƏNƏ DƏRD ƏKİB"- şeiridir.
Şairin bu şeiri isə kədərin, saf sevginin gətirdiyi mənəvi ağrıların və eləcədə insanın iç dünyasında yaşadığı sarsıntıların poetik ifadəsidir. Şeirdə həm klassik duyum, həm də müasir ruhlu daxili fəryad hiss olunur. Yuxarıda söylədiklərim elə ilk bənddən hiss olunur :
"Üstümə hayqırdı, kişnədi kədər,
İlahi!... Gözümü həsrət üşütdü,
Asdım məhəbbəti eşqin danından,
Ürəkdə dözümə nifrət düşürtdü."
İlahi!... Gözümü həsrət üşütdü,
Asdım məhəbbəti eşqin danından,
Ürəkdə dözümə nifrət düşürtdü."
Şeir çox güclü emosional girişlə başlayır. “Kədərin kişnəməsi”-ifadəsi maraqlı bədii tapıntıdır. Burada kədər adi hiss kimi yox, vəhşi, idarəolunmaz bir qüvvə kimi təqdim edilir. “Gözümü həsrət üşütdü”- misrası ayrılığın və çatılmazlığın insan ruhunda yaratdığı soyuqluğu göstərir.
“Məhəbbəti eşqin danından asmaq”- ifadəsi isə sevginin artıq ümid yox, ittiham və peşmanlıq mənbəyinə çevrildiyini göstərir. Son, - "Ürəkdə dözümə nifrət düşürdü" - misrasında dözümün belə nifrətə çevrilməsi daxili sınmanı göstərən ağır psixoloji məqamdır. Şeirin növbəti bəndində şair artıq taleyin dəyişməz ağrısından danışır :
"Bağlandı bu qəlbim yenə dərdə kip,
Saf eşqim rəngbərəng mənə dərd əkib,
Qədərim yaş töküb, hey əzab çəkib,
Mənə daşdan ağır əzab daşıtdı."
Saf eşqim rəngbərəng mənə dərd əkib,
Qədərim yaş töküb, hey əzab çəkib,
Mənə daşdan ağır əzab daşıtdı."
Şair, qəlbin - "dərdə kip"- bağlanması ilə, dərdin, həqiqətən həyatın ayrılmaz hissəsinə çevrildiyini göstərir. “Saf eşqim rəngbərəng mənə dərd əkib”- misrası çox təsirlidir. Adətən sevgi xoşbəxtlik gətirməlidir, amma burada saf eşq müxtəlif formalı dərdlərin toxumuna çevrilib. “Daşdan ağır əzab”-ifadəsi isə çəkilən yükün dözülməzliyini vurğulayır.
"Qapqara buluddur başımın üstü,
Gözümdə qismətim titrədi, əsdi.
Çopur xəyallarım bəxtimdən küsdü,
Müşküllər sinəmdə əzab daşırtdı."
Gözümdə qismətim titrədi, əsdi.
Çopur xəyallarım bəxtimdən küsdü,
Müşküllər sinəmdə əzab daşırtdı."
Bu bənddə ümidsizlik daha da dərinləşir. “Qapqara bulud” - klassik şəkildə qəm və bədbəxtlik rəmzidir. “Qismətin titrəməsi”-insanın gələcəyə olan inamının zəifləməsini göstərir.
“Çopur xəyallar” - ifadəsi çox maraqlı metaforadır. Burada arzular artıq gözəl və saf deyil, yaralı və eybəcərləşmiş vəziyyətdə təqdim olunur. Həyatın çətinlikləri sinədə yığılan ağır bir yükə çevrilib.
"Səbrim kitab oldu, rəfdə toz basdı,
Qayğılar özünü kirpikdən asdı,
Dodağım sözümü yaprıxtdı, qısdı,
Vəsvəsə qəlbimi çaldı, şişirtdi."
Qayğılar özünü kirpikdən asdı,
Dodağım sözümü yaprıxtdı, qısdı,
Vəsvəsə qəlbimi çaldı, şişirtdi."
Şeirin ən fəlsəfi bəndi bu bəndir. “Səbrin kitab olub rəfdə toz basması”,“Qayğıların kirpikdən asılması” və “Dodağın sözü qısması” bu bəndin fəlsəfi qatını daşıyır.
“Səbrin kitab olub rəfdə toz basması" -artıq səbrin faydasız qalmasını göstərir. İnsan sanki səbir anlayışını unudub.
“Qayğıların kirpikdən asılması”- göz yaşına və yorğun baxışlara işarədir. “Dodağın sözü qısması” insanın içindəki dərdi dilə gətirə bilməməsini göstərir. Son misrada isə vəsvəsə və daxili şübhələr qəlbi zəbt edir.
"Sızladır canımı Fələyin, qəsdi,
İçim bir təndirdir çıxmayır tüstü,
Həsənxan, bu saflıq ömrünü kəsdi,
İnam yara adı, səni çaşırtdı!"
İçim bir təndirdir çıxmayır tüstü,
Həsənxan, bu saflıq ömrünü kəsdi,
İnam yara adı, səni çaşırtdı!"
Final bəndi ümumi nəticə xarakteri daşıyır. “İçim bir təndirdir, çıxmayır tüstü” misrası çox güclü metaforadır. İç dünyada böyük yanğın var, amma bu yanğının səsi, tüstüsü görünmür — yəni insan dərdini içində yaşayır.
Şair sonda özünə müraciət edir. Saflıq və həddindən artıq inamın insanı həyatda yaraladığını deyir. “İnam yara adı” ifadəsi etibarın artıq yara yerinə çevrildiyini göstərir.
Ümumilikdə şeir, saf sevginin gətirdiyi mənəvi sarsıntını, taleyin amansızlığını, daxili tənhalığı,
səbrin tükənməsini, inamın yaraya çevrilməsini, poetik və emosional dillə ifadə edir.
Şeirdə metaforalar, təşbehlər və daxili fəryad güclü olduğuna görə oxucuya emosional təsiri yüksəkdir. Xüsusilə “çopur xəyallar”, “səbrim kitab oldu”, “içim bir təndirdir” kimi misralar yadda qalan poetik tapıntılardır.
Həsənxan Əsədovun yaradıcılıq səhifəsindən seçib götürdüyüm- “MƏHƏBBƏT SİMFONİYASI” və “QORU” - şeirlərində həm sevginin ülviləşdirilməsi, həm də həyatın fəlsəfi ağrıları bir-birini tamamlayan iki ayrı ruh halı kimi görünür. “Məhəbbət simfoniyası” daha çox duyğusal, romantik və müqəddəsləşdirilmiş sevgi nəğməsidirsə, “Qoru” həyatın sərt həqiqətlərinə səsləyən fəlsəfi və düşündürücü poetik çağırışdır. Bu iki şeir birlikdə oxunanda insan ömrünün həm sevgidən doğan işığını, həm də dünyanın ağrılarını eyni poetik müstəvidə göstərir.
“Məhəbbət simfoniyası” şeirində qadın obrazı adi bir sevgi obyekti deyil, həyatın başlanğıcı, mənası və tamamlayıcısı kimi təqdim olunur. Şair qadını mələk obrazında təsvir edir və onu dünyanın “bəzəyi”, “donu” adlandırır. Bu, qadına verilən yüksək mənəvi dəyərin ifadəsidir. Şeirdə sevgi yalnız hiss kimi yox, həm də insanı dəyişən, ona rəng və qanad verən bir qüvvə kimi təqdim edilir. Xüsusilə:
“Ömrümə rəng verdin, könlümə qanad”
misrası sevginin insan ruhunu yeniləyən təsirini poetik şəkildə ifadə edir. Burada sevgi həyat enerjisinə çevrilir.
Şeirin ən təsirli cəhətlərindən biri qadının fədakarlığını qabardılmasıdır. Şair qadını dünyanın yükünü çiynində daşıyan, öz ömrünü başqalarının ömrünə qurban verən varlıq kimi təqdim edir. Bu məqam şeirə həm ictimai, həm də mənəvi dərinlik qazandırır. Sevgi burada yalnız iki insan arasında münasibət deyil, həm də ana, qadın və insanlıq missiyası daşıyan müqəddəs anlayışdır.
Son bəndlərdə isə məhəbbət ölümsüzləşdirilir. Qəbir üstündə çiçək kimi bitən sevgi obrazı klassik poetik düşüncəyə yaxın olsa da, səmimiyyəti ilə seçilir. “Məhəbbət simfoniyası” ifadəsi şeirin ideya mərkəzinə çevrilir. Şair sevgini adi hiss yox, zamanın yaddaşında yaşayacaq böyük bir musiqi əsəri kimi təqdim edir. Burada romantizm və nisgil vəhdət təşkil edir.
“Qoru” şeiri isə tamam başqa ovqat yaradır. Burada sevginin işığından həyatın sərt gerçəkliklərinə keçid hiss olunur. Şeir insanın dünyada yaşadığı xəyanətləri, məyusluqları və mənəvi aşınmaları ümumiləşdirərək fəlsəfi nəticəyə gəlir. İlk misralardakı:
“Uzatdım əlimi kimlərə sarı
Sonun pislik gördüm…”
etirafı insan münasibətlərindəki inamsızlığın və sınmış ümidlərin ifadəsidir. Şair burada həyatın acı təcrübələrindən danışır.
Şeirin əsas qayəsi insanı öz mənəviyyatını qorumağa çağırmaqdır. “Qoru” sözü burada sadəcə bir nida deyil, bütöv şeirin ideya yükünü daşıyan fəlsəfi çağırışdır. Şair nəfsin alovundan, dünyanın aldadıcı tərəflərindən danışaraq insanı öz daxilini, vicdanını və mənəvi dəyərini qorumağa səsləyir.
“Həyat, bir savaşdır, ümid doludu,”
misrası şeirin ümumi fəlsəfi xəttini açır. Həyat həm çətinlik, həm də ümiddir. İnsan bu savaşda yalnız maddi deyil, mənəvi baxımdan da sınır.
Şeirin sonundakı:
“Dünya dərd ocağı, ömürsə baldı”
misrası isə çox maraqlı təzad yaradır. Dünya dərd gətirsə də, ömrün özündə yenə də bir şirinlik, yaşamağa dəyər tərəf var. Bu fikir şeirin ümidsizliklə deyil, düşüncə ilə bitdiyini göstərir.
Hər iki şeiri bir arada dəyərləndirəndə görünür ki, müəllif insan ömrünü iki əsas dayağın üzərində görür — sevgi və mənəviyyat. Birinci şeirdə insanı yaşadan qüvvə məhəbbətdirsə, ikinci şeirdə onu ayaqda saxlayan mənəvi müqavimətdir. Şeirlərdə sadə və anlaşıqlı dil, səmimi etiraflar və fəlsəfi ümumiləşdirmələr diqqəti cəlb edir. Xüsusilə həyat təcrübəsindən süzülüb gələn misralar oxucuda inam yaradır və şeirləri süni pafosdan uzaq saxlayır.
Bu iki şeir birlikdə oxunanda bir insan ömrünün həm sevən, həm sınan, həm də düşünən tərəfi görünür. Buna görə də onlar bir-birini tamamlayan poetik duyğular təsiri bağışlayır.
Sonda, dəyərli şairimiz Həsənxan Əsədov -a ad günü ilə əlaqədar uca Yaradandan sağlam can sağlığı, uzun ömür sevincli günlər və gözəl yaradıcılıq uğurları arzulayıram. Allah qorusun sizi gözəl insan, deyirəm...
Elxas Comərd.
AYB-nin, "İti Qələm" Respublika Ədəbi Birliyinin və
"Ağsu Yazarları" Ədəbi Birliyinin üzvü. Yığcam Göstər
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay















