Tarixin bu günü, mayın 20-si,
XIX əsr Azərbaycan klassik ədəbiyyatının görkəmli simalarından biri olan publisist, pedaqoq maarifpərvər şair böyük düha Seyid Əzim Şirvaninin anım günüdür.

Ədəbiyyat insanın, cəmiyyətin hisslərini, düşüncələrini, arzu və istəklərini obrazlı şəkildə əks etdirən söz sənətidir. Dünya, eləcə də Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri, klassik sənətkarlar həmişə ədəbiyyatın tərbiyəedici imkanlarına xüsusi fikir vermiş, öz əsərlərində böyük idealların, müqəddəs məramların, arzuların daşıyıcısı olan kamil qəhrəmanlar yaratmışlar. Bu klassik ədəbiyyatımızı layiqincə və təkrarsız davam etdirən ədiblərdən biri də böyük söz ustadı maarifçi, publisist, pedaqoq Seyid Əzim Şirvanidir. Seyid Əzim Şirvani XIX əsr Azərbaycan ədəbiyyatının klassik poeziya ənənələrini yaradıcılıqla davam etdirən ən qüdrətli sənətkardır. Qəzəl, qəsidə, rübai, qitə, müxəmməs, müstəzad və s. janrlarda yazılmış əsərlərdə Seyid Əzim Şirvani Füzuli ədəbi məktəbinin ənənələrini davam və inkişaf etdirmişdir. Milli poeziyamızın inkişaf tarixində o, incə ruhlu, lirik, cəmiyyətin sosial bəlalarını cəsarətlə tənqid edən satirik, əxlaqi-tərbiyəvi mənzum hekayələr və təmsillər müəllifi, nəhayət, ədəbiyyatşünas-təzkirəçi kimi məşhurdur. Şairin erkən yaradıcılığının çox hissəsini qəzəllər təşkil edir. Həyat sevgisi, nikbin əhval-ruhiyyə, dini etiqad xüsusi yer tutur. Azərbaycan poeziyasının satirik şeir dühası, yeni ədəbi məktəbin banisi M.Ə.Sabir ilk təhsilini Şamaxıda Seyid Əzim Şirvaninin açdığı yeni tipli ("Üsuli-cədid") məktəbdə almışdır. Seyid Əzim Şirvani və Mirzə Ələkbər Sabir arasındakı münasibət sadə dostluqdan daha çox, ustad-şagird münasibətlərinə və dərin ədəbi hörmətə əsaslanırdı. Onlar eyni mühitdə-Şamaxıda yaşayıb-yaratmış və Azərbaycan maarifçi realist ədəbiyyatının inkişafında mühüm rol oynamışlar. M.Ə.Sabir, klassik sənətkarın yaratdığı satirik tiplərin ifşası üsulundan bəhrələnmişdir. Seyid Əzim Şirvani, Sabirin yetişməsində və onun satirik üslubunun formalaşmasında əvəzsiz rol oynamışdır. Şirvani Şamaxı səmasında parlayan bir günəş idisə, Sabir həmin günəşin işığından güc alan və bütün Şərqi aydınladan bir məşəl oldu.
Ya rəb, kim olur ərzimi cananə yetirsin,
Dərdi-dilim ol xosrovi-xubanə yetirsin.
Xurşidə desin, zərreyi-sərkəştə məlalın,
Pərvanə sözün şəmi-şəbistanə yetirsin.
Cəmiyyəti-dil kəsrəti-qəmdəndir pərişan,
Bu halı o.keysuyi-pərişanə yetirsin.
Bu mürği-giriftari-qəfəs surəti-halın,
Ol qönçeyi-novxizi-gülüstanə yetirsin.
Məndən yetirib ol şəhə əcz ilə dualər;
Xaki-qədəmin dideyi-giryanə yetirsin.
Hər şamü səhər virdi budur Seyyidi-zarın,
Allah səni SEYYID bir də bu Şirvanə yetirsin.


Dərin Sevgi və məhəbbətlə anırıq.
M.Ə.Sabirin Ev Muzeyi






Son xəbərlər

“Aşk-ı Memnu”nun “Arsen”i vəfat etdi

NBC: ABŞ-də F-16 qırıcısı qəzaya uğrayıb

Merz Trampla Ukrayna və Yaxın Şərqdəki vəziyyəti müzakirə edib

Bu gün Milli Musiqi Günüdür

Rauf İLYASOĞLU : BİZ SƏNSİZ QALMIŞIQ, AY OQTAY QAĞA - FOTO

Ərdoğanla Trampın görüşü olacaq

Rusiya millisi Azərbaycanda dördillik həsrətə son qoyacaq

ƏZİZƏ AĞAHÜSEYNQIZI : BU PAYIZI ÖZÜN İLƏ APARMA - FOTO

Vaqif Vüqar : Nizamı məqbərəsində düşüncələrim - FOTO

Arzu Yaqub qızı : Saçını meh darasa... - FOTO

Vəsiyyəti açıqlanmadan mübahisələrə səbəb oldu - İnanırın mirasına nələr daxildir?

"Teşkilat" nə vaxt yayımlanacaq?

“Ya Üçüncü Dünya müharibəsi başlayacaq, ya da...”

Tarverdi Abbasov Ömrünün Yaradıcılıq Salnaməsi

ABB ölkə üzrə ən yaxşı və innovativ rəqəmsal bank elan edildi

Bakıda ev almaq sərf etmir? – 25 illik hesabın ŞOK NƏTİCƏSİ

Nicat Novruzoğlu : Nolar ki,bir salam yolla.. - FOTO

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı başlayır

Şəhid (Antiterror hadisələri zamanı) Vüsal Şəhriyarovun anası Tatış Ananın 45 yaşı tamam olur - FOTOLAR

Bu ölkə "Avroviziya-2027"də iştirak etməyəcək

8 il sonra yenidən “Leyli” olacaq

Novruzəli Aslanov İsmayıllıda növbəti dəfə vətəndaşları qəbul edib -Fotolar

Prezident Şamaxıda Pir Ömər Sultan ziyarətgahında aparılan konservasiya işləri ilə tanış olub - FOTOLAR - YENİLƏNİB - FOTO

Ceyhun Bayramov: Azərbaycan TRACECA çərçivəsində əməkdaşlığa xüsusi önəm verir

Prezident: Azərbaycan məlum mərkəzlərdən maliyyələşən media strukturlarının təxribatlarına qarşı böyük uğurlar əldə edib

Prezident İlham Əliyev Şamaxıda “Meysari Grand Hotel & SPA” kompleksinin açılışında iştirak edib - YENİLƏNİB

İlham Əliyev: Azərbaycanın ikitərəfli gündəliyi, ilk növbədə, Türk dünyası ölkələrinə yönəlib

İlham Əliyev və Mehriban Əliyeva Şamaxıya səfər ediblər

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930