Xəbərlər
20.05.2026, 02:01
Bu gün sözün, qələmin və haqqın xidmətində olan bir insanın – Elyaz Yazanın doğum günüdür - FOTO
Bu gün uzun illər müxtəlif sahələrdə fəaliyyət göstərərək həm ictimaiyyətin, həm də media cameəsinin rəğbətini qazanan, “RESPUBLİKAXƏBƏR.AZ” və “KORRUPSİYAXƏBƏR.COM.AZ” informasiya-xəbər portallarının təsisçi baş direktoru Elyaz Yazanın doğum günüdür. Onun 43 yaşı tamam olur.
Elyaz Yazan uzun illər ərzində həm dini-mənəvi mühitdə, həm də media sahəsində vicdanla, məsuliyyətlə və prinsipial mövqedə fəaliyyət göstərmiş insanlardan biridir. O, uzun müddət Qafqaz Müsəlmanları İdarəsində çalışaraq dini-mənəvi dəyərlərin təbliği istiqamətində öz töhfələrini vermiş, sonrakı fəaliyyətini isə media və ictimai informasiya sahəsində davam etdirmişdir.
Media fəaliyyətinə başladığı ilk gündən Elyaz Yazan üçün əsas prinsip həqiqətin, obyektivliyin və cəmiyyətin maraqlarının qorunması olub. Müxtəlif qəzet və xəbər saytlarında çalışdığı dövrdə öz peşəkarlığı, araşdırma qabiliyyəti və cəmiyyətin problemlərinə həssas yanaşması ilə seçilib. Onun rəhbərlik etdiyi “RESPUBLİKAXƏBƏR.AZ” və “KORRUPSİYAXƏBƏR.COM.AZ” informasiya portalları qısa müddətdə geniş oxucu auditoriyası qazanaraq ölkənin informasiya məkanında özünəməxsus yer tutub.
Elyaz Yazanın fəaliyyətində diqqət çəkən əsas məqamlardan biri isə daim sadə insanların problemlərinə həssas yanaşması, haqsızlıqlara qarşı prinsipial mövqe nümayiş etdirməsi və vətəndaşların səsini aidiyyəti qurumlara çatdırmaq istiqamətində göstərdiyi səylərdir. O, media fəaliyyətini yalnız informasiya yaymaq vasitəsi kimi deyil, eyni zamanda cəmiyyətə xidmət missiyası kimi qəbul edən şəxslərdəndir.
Onu yaxından tanıyanlar Elyaz Yazanı səmimi, mərd, vəfalı və dostluğa dəyər verən insan kimi xarakterizə edirlər. Həyatın müxtəlif çətinliklərinə baxmayaraq mübariz ruhunu qoruyub saxlaması, daim haqqın yanında olmağa çalışması onun şəxsiyyətini tamamlayan əsas xüsusiyyətlərdəndir.
43 yaş – həyat təcrübəsinin, müdrikliyin və yeni uğurlar üçün daha böyük məsuliyyətin yaşıdır. İnanırıq ki, Elyaz Yazan bundan sonrakı fəaliyyətində də cəmiyyətə faydalı işləri, prinsipial mövqeyi və peşəkar fəaliyyəti ilə seçilməyə davam edəcək.
Bu əlamətdar gün münasibətilə Elyaz Yazanı ürəkdən təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür, ailə səadəti, fəaliyyətində yeni uğurlar və bol ruzi-bərəkət arzulayırıq.
Doğum gününüz mübarək olsun, Elyaz Yazan!
Dostlar adından Cəmil Dadaşov
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay





