İQOR KŞNYAKİN
​(Bu gün Azərbaycanın Milli Qəhrəmanı İqor Kşnyakinin doğum günüdür)

​Qəhrəmanlar anadan qəhrəman doğulurlar,
Təmiz olur damarda dolaşan al qanları.
Bəlkə də bircə anda bax beləcə olurlar,
Fəda olur Vətənə sevgi dolu canları.

​Bənzəri yoxdur onun hünərinin dünyada,
Misilsiz cəsarəti bir anda dastan oldu.
Bu məşum hadisədə özü həlak olsa da,
Ölümdən qurtardığı neçə-neçə can oldu.

​Yox! O qıya bilməzdi günahsız insanlara,
Çarpışdı var gücüylə qartal kimi göylərdə.
Baxıb imdad diləyən, kömək uman canlara,
Varlığı silkələndi, ürəyi düşdü dərdə.

​İllərdir səmalarda şahin kimi süzərək,
Milyon-milyon insanı çatdırmışdı məkana.
O, bu polad gəmiylə göy üzündə üzərək,
Mərdcə xidmət etmişdi doğma Azərbaycana.

​İndi də həyəcansız, təmkinli olmalıydı,
Ona əmanət idi bu çarəsiz adamlar.
İlahi, necə çətin, necə ağır halıydı,
İmtahan edilirdi o gün arzular, kamlar.

​Adi qəzaydımı bu, yoxsa qanlı cinayət?
Zaman azdı bunları düşünməyə, çözməyə.
Endirir təyyarəni o, bir təhər... Nəhayət,
Bəlkə də son cəhdiydi, qərar idi ölməyə.

​Başqa çarə yox idi, ümidlər tükənmişdi,
Yorulmuşdu özü də, pilot dostu Saşa da.
Bu, elə gözlənilməz, çox qorxulu bir işdi,
İqor necə çarpışdı insanları yaşada.

​Son dəfə qulaq asdı Hökumənin səsinə:
– Hamı yerinə keçsin, hər şey yaxşı olacaq!
Döndü bu səs qəlbində bir nicat kəlməsinə,
Təəssüf olsun, hər şey yaxşı olmadı ancaq.

​Bir andaca alovlar bürüdü təyyarəni,
Dəydi zərb ilə yerə nəhəng səma gəmisi.
Yazdıqca qəlbim yanır, bir hüzn boğur məni,
Sağ qurtulur qəzadan on bir nəfər – cəmisi.


Son xəbərlər

Ən çox gəlir gətirən aktyor oldu

Tramp onların Ağ Evə girişini qadağan etdi

“Gəlin, sülh içində yaşayaq, yoxsa...” - Putin

"Qarabağ"ın 5 legioneri millidən dəvət aldı

Ukraynaya 3,3 milyard avro verəcəklər

SÖZÜN İŞIĞI, İNSANIN ÜRƏYİ

Qarabağdakı antiterror əməliyyatından 3 il ötür

Kubanın elektrik şəbəkəsi yenidən sıradan çıxıb

Nüsrət Kəsəmənli : “Yalançı dostlarım”

Süni intellekt kinonu əvəz edəcək? – Gələcəyin ssenarisi açıqlandı

Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı

Kosmosda saçlarını necə yuyurlar: Astronavt AÇIQLAYIR 10 0

Təbiət və müasir istirahət bir arada - Şamaxıda “Pirqulu Park” hoteli

Adilə Aslanova : ÜZEYİR — XALQIN RUHUNDAN GƏLƏN SƏS

Həbsinə heç kim inanmırdı... - 1 ildir içəridədir

Novruzəli Aslanov: “Mövcud reallıqlar regional təhlükəsizlik məsələlərinin Azərbaycan üçün nə qədər mühüm olduğunu aydın göstərir”

Bədən bu yaşdan sonra daha sürətlə qocalır?

Fərhad Əsgərov (Ramizoğlu) : QAYDALARA RİAYƏT EDİLMƏLİDİR

Sevda Məmmədzadə dünyasını dəyişdi

Putinə "müharibəni dayandır" deyən rejissoru "xarici agent" elan etdilər

Nobel mükafatının məbləği artırıldı

“Heç nə dəyişməyib, insanlar hələ də məndən qorxurlar”

‘’Ümumdunya İlk Yardım Günü’’ - FOTOLAR

Prezidentin təhlükəsizlik haqda çağırışları: təhdidlərə qarşı birgə fəaliyyət - ŞƏRH

Zakir Həsənov və Əli Nağıyev generalın dəfnində - Foto

Cəlilabadda zəncirvari qəza olub, 4 nəfər xəsarət alıb

Azərbaycan Alban-Udi xristian dini icması Ermənistanda revanşist əhval-ruhiyyəli münasibəti qınayıb

18 sentyabr – Milli Musiqi Günü: Üzeyir bəyin qoyduğu yol və milli musiqinin yeni mərhələsi

Bütün xəbərlər
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930